ürəyim qızmır,
-dedi, - uzaq yer, yad
ölkə…»
Yaxud:
«-Onun ipinin üstünə odun
yığmaq olmaz,
-dedi».
313
Сечилмиш ясярляри
lX
Bu cümlələrdə "ürəyim qızmır", "ipinin
üstünə odun yığmaq olmaz" frazeoloji vahidləri bir
ümumi məna (inanmamaq) ətrafında öz aralarında
sinonim olsa da, ayrı-ayrılıqda "inanmamaq",
"etibar etməmək" anlayışlarına ekvivalentdir.
Beləliklə, məlum olur ki, leksik ekvivalentlər
dubletlərdə qeyd olunduğu kimi, "dili yükləmir".
Bu leksik-semnatik kateqoriya öz üslubi imkanları
ilə və bədii dildə əvəzetmə mövqeləri ilə son dərəcə
zəngin məna və məzmun çalarlarına malik olub,
nitqin
xəlqiliyinə
xidmət
edən
linqvistik
vahidlərdəndir.
Leksik ekvivalentlər nitqdə təkrarların
qarşısını alır.
Leksik ekvivalentlər ədəbi dilin seçvə və
əvəzetmə
əməliyyatında
prosesin
gedişatını
tənzimləyən semantik hadisədir.
QRAMMATĠK EKVĠVALENTLƏR
Qrammatik ekvivalentlik daha çox cümlə
formulasında üzə çıxır. Dilçilik ədəbiyyatında çox
vaxt sintaktik sinonimlik kimi təqdim edilən tabeli
mürəkkəb cümlə ilə feli tərkibli sadə cümlə
arasında
ekvivalentlik
nəzərə
alınmamışdır.
Halbuki bu iki sintaktik konstruksiya struktur
cəhətdən fərqlənsələr də, məna baxımından eyni
semantik yükə malik olur. Cümlədə təqdim olunan
məlumatın sadə və ya mürəkkəb cümlə şəklində
314
Фирузя Мяммядли
ifadə olunması strukturun müxtəlifliyini təmin
edirsə, hər iki quruluşda eyni mənanın ifadəsi,
məzmun eyniliyi ekvivalentliyin qrammatik əsasda
formalaşmasını göstərir. Sintaktik sinonimliyin
qrammatik
ekvivalentlikdən
fərqi
"üslubi
çalarlarına görə bir-birindən fərqlənmə" və ümumi
məna faktoru ətrafında birləşmə ilə bağlıdlır. Daha
doğrusu, ekvivalent tərəflərin semantik sturkturu
üslubi çalarlıqdan məhrum olur.
İ.İ.Rezvin
"müxtəlif
forma
və
konstruksiyaların eyni deyil, yaxın qrammatik
mənada işlədilməsini" qrammatik sinonim hesab
edir.
1
Dilçilikdə sinonimliyin mütləq eynimənalı-
lıqmı, yoxsa "yaxın" mənalılıqmı ifadə etməsi ilə
bağlı mübahisələr davam etməkdədir. Bu ondan
irəli gəlir ki, mütləq məna eyniliyinə malik
qrammatik quruluşun ekvivalentliyi diqqətdən
kənarda qalmışdır. Buna görə də leksik
sinonimlərdən danışılarkən mütləq məna eyniliyi
qəbul edilmədiyi halda, qrammatik sinonimliyə
mütləq və ya yaxın mənalılıq meyarı ilə yanaşılır.
Eyni kateqoriyaya belə ikili münasibət isə,
ümumiyyətlə, sinonimliyin mahiyyətinin nəticəsidir
ki, "Bu təzə evin Nərgizgilin olması onun heç
ağlına gəlməzdi" cümləsi ilə "Onun heç ağlına
gəlməzdi ki, bu təzə ev Nərgizgilindir" cümləsinin
1
İ.İ.Rezvin. K voprosam o qrammatiçeskoy sinonimike.
"İnostrannıy yazık v şkole", 1962, №1.
|