Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə155/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   151   152   153   154   155   156   157   158   ...   321
Сечилмиш ясярляри 
lX 
məzmun eyniliyi bu cümlələrin tərkibində işlənmiş 
"Bu təzə evin Nərgizgilin olması" feili tərkibi ilə 
"bu təzə ev Nərgizgilindir" budaq cümləsini 
qrammatik sinonim kimi götürməyə əsas verir
1
qənaətinə gəlinmişdir.
Halbuki 
məna 
eyniliyi 
bu 
sintaktik 
strukturları ekvivalentlik kimi qiymətləndirməyə 
daha çox əsas verir.
Tədqiqatçılar 
sintaktik 
ekvivalentlikdən 
danışarkən onun iki qrammatik strukturda təzahür 
etdiyini göstərirlər.
1. Sadə cümlə ekvivalentliyi.
2. Sadə cümlə ilə mürəkkəb cümlə 
ekvivalentliyi.
 
1. Sadə cümlə ekvivalentliyi
Sadə cümlə ekvivalentliyi qrammatik quruluş 
etibarı ilə sadə strukturlu cümlələrə aiddir. Məlum 
olduğu kimi, sadə cümlə "Üzvlənən sadə cümlələr" 
və "Üzvlənməyən sadə cümlələr" olmaqla iki yerə 
bölünür. "Üzvlənməyən sadə cümlələrə" dilçilik 
ədəbiyyatında "Söz-cümlələr" də deyilir. Söz-
cümlə qrammatik cəhətdən cümlə üzvlərinə ayrıla 
bilməyən, lakin semantik baxımdan hər hansı bir 
cümləyə ekvivalent ola bilən cümlələrə deyilir.
1
N.Abdullayeva. Müasir Azərbaycan dilinin sintaksisi üzrə 
xüsusi seminar materialları. B., 1975, s.9. 


316 
Фирузя Мяммядли 
Z.Budaqova
"Söz-cümlə"
ni təktərkibli cümlə
1
növlərindən hesab edir. Halbuki Söz-cümlə heç bir 
cümlə üzvünə ekvivalent ola bilmir. Təktərkibli 
cümlələr isə baş üzvlərdən (mübtəda və xəbər) biri 
əsasında formalaşan üzvlənən cümlədir.
K.A.Meyselman “Söz-cümləni” təktərkibli və 
yarımçıq cümlələrdən fərqləndirərək xüsusi bir 
cümlə növü adlandırır.
2
O Söz-cümlənin təktərkibli 
cümlədən fərqini aşağıdakı kimi izah edir:
1. Söz-cümlə kontekstdən kənarda, yəni təcrid 
olunmuş şəkildə götürüldükdə mənasını (semantik 
strukturunu) itirir.
2. 
Söz-cümlə 
əksərən 
sual-cavab 
replikalarında işlədilir.
3. Söz-cümlə təktərkibli cümlədən fərqli 
olaraq, daha çox şifahi nitq üçün səciyyəvidir.
Ə.Abdullayev
3
Söz-cümləni
"cümlə əvəzləri" 
adlandırır və üzvlənməyən cümlələr sırasına daxil 
edir.
Q.Kazımov
4
Söz-cümlədən 
danışarkən 
göstərir ki, Söz-cümlələr intonasiya və mətnin 
köməyi ilə formalaşır. İntonasiya predikativliyi 
təmin edir, Söz-cümlələrin modal mənasının 
1
Z.Budaqova. Söz-cümlə. Müasir Azərbaycan dili (dərslik). 
III, B., 1978, s.284. 
2
Yenə həmin mənbədə.
3
Ə.Abdullayev. Müasir Azərbayjan dili. "Maarif" nəşriyyatı, 
1985, s.257.
4
Q.Kazımov. Müasir Azərbayjan dili. B., 2000, s.203. 


317 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin