316
Фирузя Мяммядли
Z.Budaqova
"Söz-cümlə"
ni təktərkibli cümlə
1
növlərindən hesab edir.
Halbuki Söz-cümlə heç bir
cümlə üzvünə ekvivalent ola bilmir. Təktərkibli
cümlələr isə baş üzvlərdən (mübtəda və xəbər) biri
əsasında formalaşan üzvlənən cümlədir.
K.A.Meyselman “Söz-cümləni” təktərkibli və
yarımçıq cümlələrdən
fərqləndirərək xüsusi bir
cümlə növü adlandırır.
2
O Söz-cümlənin təktərkibli
cümlədən fərqini aşağıdakı kimi izah edir:
1. Söz-cümlə kontekstdən kənarda, yəni
təcrid
olunmuş şəkildə götürüldükdə mənasını (semantik
strukturunu) itirir.
2.
Söz-cümlə
əksərən
sual-cavab
replikalarında işlədilir.
3. Söz-cümlə təktərkibli cümlədən fərqli
olaraq, daha çox şifahi nitq üçün səciyyəvidir.
Ə.Abdullayev
3
Söz-cümləni
"cümlə əvəzləri"
adlandırır və üzvlənməyən cümlələr sırasına
daxil
edir.
Q.Kazımov
4
Söz-cümlədən
danışarkən
göstərir ki, Söz-cümlələr intonasiya və mətnin
köməyi ilə formalaşır. İntonasiya predikativliyi
təmin edir, Söz-cümlələrin modal mənasının
1
Z.Budaqova. Söz-cümlə. Müasir Azərbaycan dili (dərslik).
III, B., 1978, s.284.
2
Yenə həmin mənbədə.
3
Ə.Abdullayev. Müasir Azərbayjan dili. "Maarif" nəşriyyatı,
1985, s.257.
4
Q.Kazımov. Müasir Azərbayjan dili. B., 2000, s.203.