Фирузя мяммядли


Yaxşı . -O sənə dedi ki, məni yaxşı tanıyır? -Yox



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə163/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   159   160   161   162   163   164   165   166   ...   321
Yaxşı
.
-O sənə dedi ki, məni yaxşı tanıyır?
-Yox.
-Rəsul əmi, de görüm, mən necə adamam?
-
Necə bəyəm, a bala?! 
 
-O ki uşaqları oxutmaq, adam eləmək istəyir, 
onu görüm yüz yaşasın.
-
Amin. 
 
-Uşaq ki, körpəlikdən ərköyün böyüdü, onun 
aqibəti yaxşı olar?
-
Əlbəttə yox. 
 
-İndi zavodumuzda fəhlə var ki, gələn 
beşilliyin hesabına işləyir.
-
Pah atonnan! 
 
-Mən həmin pilləkanı deyirəm ki, ötən il 
oradan iki qadın yıxılmışdı.
-
Vay, vay, vay! 
 
Araşdırmalardan 
belə 
qənaətə 
gəlmək 
mümkündür ki, qrammatik ekvivalentlik özünü 
başlıca olaraq cümlə strukturunda göstərir. 
Xüsusilə cümlə əvəzləri kimi qiymətləndirilən söz-


327 
Сечилмиш ясярляри 
lX 
cümlələrin mənaca ən müxtəlif quruluşlu 
cümlələrlə uyğunluğu, bəzən mütləq eyniliyi bu iki 
cümlə strukturu arasında ekvivalentlik yaradır.
Konkret nəticə budur ki, söz-cümlələr 
məzmun etibarı ilə sadə cümlənin təktərkibli, 
cüttərkibli, bütöv və yarımçıq tipləri ilə ekvivalent 
ola bildiyi kimi, tabesiz və tabeli mürəkkəb cümlə 
tipləri ilə də ekvivalentlik yarada bilir. 
 2. Sadə (üzvlənən) cümlə ilə mürəkkəb 
cümlə ekvivalentliyi
Yaxın məzmunu ifadə etmək üçün dildə 
tükənməz ehtiyat əmələ gətirən variantlar, 
ekvivalentlər, dubletlər mövcuddur.
Məzmun eyniliyi dildə mövcud olan ifadələr 
zəmini, yaxud bu ifadələrin parçalanması, ayrılması 
əsasında əmələ gəlir.
Ekvivalentlər formaca müxtəlif, məzmun və 
eləcə də başqa xüsusiyyətlərinə görə tamamilə eyni 
olan dil vahidləridir. Bu cəhətin birinci hissəsi 
(formaca 
müxtəlif) 
sinonimin 
xarakterinə 
uygundur. Lakin müxtəlif formalı sinonimik quru-
luşların yaxın məna ifadə etməklə başqa bir 
quruluşun qrammatik mənasına potensial şəkildə 
malik olması, məna çaları baxımından fərqlənməsi 
ilə səciyyələnir.
Ekvivalentlər kontekstdən asılı olmayaraq
bir-birini əvəz edə bildikləri halda, sinonimlər 
kontekstin köməyi ilə qrammatik mənanın 
imkanlarını reallaşdırır.


328 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin