324
Фирузя Мяммядли
-Piyada.
-
Doğrudan?
(Piyada?)
-Qov onları!
-Küçəyəmi?
-
Hə.
(Küçəyə).
2. Elliptik cümlələrdə buraxılmış üzvə
ekvivalent olan söz cümlələr.
Məlum
olduğu kimi, "ellepsis" yunan sözü
olub "buraxılma" deməkdir. Elleptik yarımçıq
cümlə müstəqil xəbəri buraxılmış cümlələrə deyilir.
Elliptik cümlələrdə buraxılmış xəbər ismi və ya feli
xəbər ola bilər. Söz-cümlələr hər iki tipə ekvivalent
ola bilir. Nümunə üçün:
-Ay usta, bir tərəkəmə! (çal).
-
Baş üstə!
(Çalaram)
-İşığı o yana. (tutun)
-
Yaxşı.
(tutarıq)
Söz-cümlələr mürəkkəb cümlənin müxtəlif
tiplərinə də ekvivalent ola bilir.
Mürəkkəb cümlə tabesiz və tabeli mürəkkəb
cümlə olmaqla iki yerə bölünür.
Bu mənada söz-
cümlələr həm tabesiz,
həm də tabeli mürəkkəb
cümləyə ekvivalent işlənə bilir.
1. Tabesiz
mürəkkəb cümləyə
ekvivalent olan söz-cümlələr
daha
çox təsdiq, inkar, sual və güman-şübhə
bildirir. Nümunələrə müraciət edək:
-Hava qaralır, qayıdaq.
-
Yaxşı.
-Bizimkilər düşməni qırıb-çatıblar, eşitmisən?