Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə169/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   165   166   167   168   169   170   171   172   ...   321
elə yanımdaca əvvəlcə 
birini pislədi, sonra beş 
dəqiqə keçməmiş təriflədi.
 
Elə yanımdaca əvvəlcə 
birini pisləyən, sonra beş 
dəqiqə 
keçməmiş 
tərifləyən
adamlar gör-
düm. 
Təyin budaq cümləsinin baş cümlə daxilində 
gələn budaq cümləsi də mənaca feili sifət tərkibi ilə 
ifadə olunan çevrilmiş formasının mənasına 
ekvivalent olur:


340 
Фирузя Мяммядли 
O sahil ki, 
sizi aparmaq 
istəyirəm,
 
qızıl qumla 
örtülüdür. 
Sizi aparmaq istədiyim
 
sahil 
qızıl 
qumla 
örtülüdür. 
 
Dilimizdə həm təyin budaq cümləsi feili 
tərkblərlə, həm də feili tərkiblər təyin budaq 
cümlələri ilə əvəzlənə bilir. Bu isə qrammatik 
ekvivalentlik üçün çox vacibdir. Məsələn:
Can ver elə cananə ki, 
ilqarı gözəldir.
 
Ġlqarı gözəl olan
cananə 
can ver. 
Uçmaz elə bir xanə ki, 
memarı gözəldir. 
Memarı gözəl olan
xanə 
uçmaz. 
Qiymətli o şeydir ki,
 
xiridarı gözəldir.
 
Xiridarı 
gözəl 
şey
 
qiymətlidir. 
Zərflik budaq cümləli tabeli mürəkkəb 
cümlənin zaman, yer, tərzi-hərəkət, kəmiyyət, 
səbəb və məqsəd budaq cümlələrinin bəzi tipləri 
özlərinin sadə cümləyə çevrilmiş cümlə üzvlərinə 
(eyni adda) ekvivalent ola bilir. Nümunələrə 
müraciət edək:
Zaman budaq cümləsi:
Onun budağını bir az 
tərpətdinmi,
iri ağ tutlar 
yağış kimi yağır. 
Onun budağını bir az 
tərpədən kimi 
iri ağ tutlar 
yağış kimi yağır. 
Özü də o vaxt gəldi ki, Özü də 
qazan yenicə 


341 
Сечилмиш ясярляри 
lX 
qazan 
yenicə 
qaynağa 
düşmüşdü.
 
qaynağa düşdüyü vaxtda 
gəldi. 
Yer budaq cümləsi: 
Harda birlik var,
orda 
dirilik var. 
Birlik olan yerd
ə dirilik 
var. 
Bir evdə ki, könül ağlar,
Toy-düyündən söz açılmaz. 
Könül ağlayan evdə
toy-
düyündən söz açılmaz. 
Tərzi-hərəkət budaq cümləsi:
Corc elə danışırdı ki, sanki 
çoxdanın kəşfiyyatıçısı idi.
 
Corc 
çoxdanın 
kəşfiyyatçısı 
kimi 
danışırdı.
 
At elə hərəkətsiz durmuşdu 
ki, 
deyirdin bəs ağacdan 
yonulub.
 
At 
ağacdan yonulmuş 
kimi
 hərəkətsiz durmuşdu. 
 
Səbəb budaq cümləsi:
Qələmi yerə qoydu,
çünki 
özündə narahatlıq hiss 
etdi.
 
Özündə narahatlıq hiss 
etdiyi üçün 
qələmi yerə 
qoydu. 
İstidən boğulurdu, 
çünki 
yayın bürküsündə nəfəsini 
adyalın altına verirdi.
 
Yayın istisində nəfəsini 
adyalın altına verdiyi 
üçün
 istidən boğulurdu. 
Məqsəd budaq cümləsi:


342 
Фирузя Мяммядли 
Biz min əzaba dözmüşük 
ki, 
bu günləri görək.
 
Biz 
bu günləri görək deyə
 
min əzaba dözmüşük. 
Yalandan əlli statya tapır 
ki,
 
fəhlələrin 
pulunu 
kəssin.
 
Fəhlələrin pulunu kəsmək 
üçün
yalandan əlli statya 
tapır. 
Budaq cümlə tipləri ilə feili tərkibləri 
ekvivalentlik baxımından araşdırılmasından belə 
qənaət hasil olur ki, budaq cümlə növlərinin heç də 
hamısı deyil, ancaq bəziləri özlərinin sadə cümləyə 
çevrilmiş formasında feli tərkiblə ifadə olunmuş 
eyni adda cümlə üzvünün mənası ilə ekvivalent ola 
bilir.
Qrammatik ekvivalentliyin bu ifadə tərzi 
tabeli mürəkkəb cümlə tərkibindəki budaq cümlə 
ilə sadə cümlə tərkibindəki feili tərkib arasında 
özünü daha çox göstərir.
Beləliklə 
deməliyik 
ki, 
linqvistik 
ekvivalentlik dilin semantik sistemində xüsusi bir 
kateqoriya olub, həm leksik, həm də qrammatik 
səviyyələrdə özünəməxsus dil vahidlərinə malikdir.
Linqvistik ekvivalentlik dil səviyyəsində 
leksik, frazeoloji və qrammatik vahidləri əhatə 
etməklə nitq prosesində xüsusi üslubi mövqeyə 
malikdir.
Sinonimlərdən fərqli olaraq, ekvivalent 
vahidlər mənaca bir-birinin tam eynini təşkil edib, 
"başqa bir nitq vahidinin funksiyasını yerinə 
yetirən nitq vahididir."


343 
Сечилмиш ясярляри 
lX 
Dubletlərdən fərqli olaraq ekvivalentlər dil 
mənsubiyyəti baxımından eyni mənşəli olub, daha 
çox söz və ifadə quruluşuna məxsusdur. Yəni 
eynimənşəli dil vahidləri daxilində təzahür edən 
semantik hadisədir.
Linqvistik ekvivalentlər leksik və qrammatik 
olmaqla tiplərə ayrılır. 
Leksik ekvivalentlər dubletlərdən fərqli 
olaraq "dili yükləmir." Bu leksik-semantik 
kateqoriya öz üslubi imkanları ilə – bədii dildə 
əvəzetmə mövqeləri ilə zəngin məna və məzmun 
çalarlarına malik olub, nitqin xəlqiliyinə xidmət 
edir.
Leksik ekvivalentlər dildə təkrarların qarşısını 
alır.
Leksik ekvivalentlər ədəbi dilin seçmə və 
əvəzetmə 
əməliyyatında 
prosesin 
gedişatını 
tənzimləyən semantik hadisədir.
Leksik ekvivalentlik sözlə frazeoloji vahid 
arasında mövcuddursa, qrammatik ekvivalentlik 
özünü cümlə modelində göstərir.
Eynimənalı cümlələrin tərəfləri sadə cümlələr 
içərisində söz-cümlə ilə müxtəlif növlü sadə və 
mürəkkəb cümlələrdən ibarət olur.
Qrammatik 
ekvivalentlik 
sintaktik 
ekvivalentlik səviyyəsində budaq cümlə ilə feli 
tərkiblər arasında da mövcuddur.
Bu iki sintaktik konstruksiyanın quruluş 
xüsusiyyətlərindən asılı olaraq, ekvivalentlik ancaq 


344 
Фирузя Мяммядли 
nitq prosesində təzahür edir. Bu həm də qrammatik 
ekvivalentliyi 
sinonimlik 
və 
dubletlilikdən 
fərqləndirən 
cəhətlərdəndir. 
Burada 
da 
özünəməxsus cəhətlər vardır. Belə ki, budaq 
cümlənin hər hansı bir növünün tərkiblərlə 
ekvivalent olması dil sistemi ilə əlaqədar olduğu 
halda, eyni növ budaq cümlənin – deyək ki, 
mübtəda budaq cümləsinin məsdər tərkibi, feli sifət 
və feli isim tərkibi ilə, yaxud zaman budaq 
cümləsinin feili bağlama, qoşmalı feili sifət tərkibi 
ilə ekvivalentliyi nitq şəraitindən asılıdır.


345 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin