Сечилмиш ясярляри
lX
çalışmaların
məzmunundan
çıxış
edərək,
şagirdlərdə insan əməyinin müxtəlifliyi, əmək
fəaliyyətinin dil və təfəkkürün inkişafına təsiri və
eləcə də şagird şüurunda əməyin yaradıcı gücü,
əzəməti, şərəf və şan-şöhrət yolu olması barədə
aydın təsəvvür yaratmağa imkan verir. Bu baxım-
dan, dil dərsləri gəncləri konkret bir peşə sahəsinə
istiqamətləndirmək məqsədi daşımasa da, tədris
materiallarının əmək tərbiyəsi baxımından təhlili
son nəticədə şagirdin öz taleyini müəyyən bir əmək
növü, peşə ilə bağlamasına köməklik göstərə bilər.
Qeyd etmək lazımdır ki, ibtidai məktəb yaşlı
şagirdlərin ətraf mühit haqqındakı real təsəvvürləri
yaş səviyyəsinə uyğun fantastika ilə qarışmış
şəkildə olur. Belə ki, onların uşaq xəyalını
avtomobildən çox təyyarə; traktordan çox tank,
gəmi, meyvə ağaclarından çox uçan şar məşğul
edir. Bundan əlavə, kosmos, hərbi rütbə və
dedektiv əməliyyatlar onları gündəlik görüb
öyrəndikləri
həyat
tərzi
və
təsərrrüfat
ləvazimatından və eləcə də təsərrüfatla bağlı
ictimai-sosioloji mövqelərdən çox maraqlandırır.
Buna görə də ana dili barəsində ilk bilik verən
dərslərdən başlayaraq, verilən məlumatları istehsal
alətləri barəsində informasiya və buna uyğun olaraq
uşaq aləmini daha yaxın olan sahələrlə
əlaqələndirmək lazımdır. Elə etmək lazımdır ki,
şagirdlər qırx beş dəqiqəlik dərsin hər dəqiqəsindən
səmərəli istifadə etməklə, müasir inkişafımızı təmin
350
Фирузя Мяммядли
edən istehsal vasitələrinin ən xırda detallarından
tutmuş bugünkü elmi-texniki inkişafın mürəkkəb
proseslərinədək tədrici – sadədən mürəkkəbə üsulu
ilə məlumat ala bilsinlər. Bu zaman müəllimdən
təkcə poetik imkanlara deyil, həm də yüksək
emosiya və nitq qabiliyyətinə malik olmaq tələb
edilir. Misal üçün bizim gündəlik yeməyimiz olan
«çörək» haqqında: onun süfrələrdə görünməsi
böyüklərdə də, kiçiklərdə də eyni dərəcədə qürur,
gələcəyə, sağlamlığa, gücə, qüvvəyə inam, sabaha
ümid yaradır.
Müəllim çörək haqqında ürək dolusu, hiss-
həyəcanla danışmağı bacarmalı, ən zəruri həyat
amili olan bu əvəzsiz nemətin hasilə gəlməsi, ona
hörmət və məhəbbətin əsası, onun müqəddəsliyi
barədə konkret misallar gətirməklə şagirdlərə
çörəyə qayğı və hörmətlə yanaşmaq hissi
aşılamalıdır. Uşaqlar dərk etməlidir ki, çörək insan
qüvvəsinin mərkəzləşdiricisi, xalqın rifahının əsası,
həyat mənbəyi və xoşbəxtlik simvoludur.
Dərsdə peşəyönümü işlərinin təşkili müxtəlif
formalarda aparıla bilər. Kiçik hekayə və nağıllar,
söhbətlər şifahi və yazılı çalışmaların icrası, tədris
filmlərinin
adlı-sanlı
əmək
adamlarının
portretlərinin nümayişi və s. şagirdlərə xalq
təsərrüfatının ən müxtəlif sahələri üzrə fəhlə
peşələri ilə tanışlığa imkan verir.
|