Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə180/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   176   177   178   179   180   181   182   183   ...   321
Фирузя Мяммядли 
alətlərinə və əmək vərdişlərinə alışması, kollektiv 
əmək proseslərində dağınıq işçi qüvvəsini bir 
nöqtəyə istiqamətləndirmək, yorğunluğa üstün 
gəlmək, müəyyən bir işə həvəs yaratmaq, ağır 
zəhmətlə keçən vaxtı «sürətləndirmək» və sairəyə 
xidmət etmişdir. Qədim əmək nəğmələrimizin, 
holavarlarımızın, sayaçı mahnılarımızın oynaq 
ritmi və intonasiya tutumu dediklərimizə sübutdur. 
Qeyd etməliyik ki, birinci sinfin «Ana dili» kita-
bında «heca» mövzusu ilə əlaqədar verilən 
nümunələr (xüsusən, çalışmalar) yuxarıdakı 
məqsədə xidmət baxımından məqsədə müvafiq 
deyildir. 
«Sözlərdə bəzi samitlərin yazılışı» mövzusu 
üzrə samit səslərin sözün əvvəlində, ortasında və 
sonunda tələffüzü və yazılışı qaydalarına, eləcə də 
sözdə qoşa samitlərin və ya müxtəlif samitlərin 
yanaşı işlənməsi və bu zaman meydana çıxan tələf-
füz normalarının mənimsənilməsinə kömək edən 
çalışmalar verilmişdir. Bu çalışmalarda kənd 
təsərrüfatı və sənaye məhsulları, bunların istehsalı, 
istehsal müəssisələri, məhsuldar qüvvələr və s. 
barəsində şagirdlərin qavrama səviyyəsində müəl-
limin izahat işi aparması üçün geniş imkanlar 
vardır. Çalışmaların icrası zamanı aşbazlıq işləri, 
bunun məişət çərçivəsində təsviri üzrə söhbətlər 
aparmaq, şagirdlərin maraq dairəsini evdə ana və 
böyük 
bacılarının 
gördüyü 
işlərə 
istiqamətləndirmək, bu işlərin əhəmiyyətini izah 


365 
Сечилмиш ясярляри 
lX 
etməklə onları ev işlərində valideynlərə kömək 
etməyə həvəsləndirmək olar. 
Müxtəlif 
ideya 
istiqamətinə 
malik 
çalışmalarda verilən kənd təsərrüfatı, heyvandarlıq, 
meşə təsərrüfatı, sənaye istehsalı məhsullarına və 
bu sahələrə dair ümumişlək sözlərə (adlara) 
əsaslanaraq şagirdlərdə bostan-tərəvəz məhsulları, 
tətbiqi sərvətlərin qorunması, heyvanlar aləmi, 
fabrik və zavodlar, bunların işi və s. barəsində 
təsəvvürü genişləndirmək olar. 
Kitabın bu bölməsinə daxil edilmiş «Eldar» 
adlı qiraət materialında xəstə anasına qulluq 
etməkdən boyun qaçıran tənbəl uşağın necə tərbiyə 
olunması təsvir edilir. Xəstə ana özünün gördüyü 
bütün işləri Eldarın adına çıxmaqla onu utandırır. 
Öz bayaqkı hərəkətlərindən xəcalət çəkən uşaq 
ananın onu qayğıkeş və işgüzar bir oğul kimi 
qiymətləndirməsindən düzgün nəticə çıxarır və 
anasının xidmətində durur. Eldarı tənbəl edən 
əlbəttə ki, onun ev işlərinə laqeydliyi idi. Əgər 
Eldar evdə ən adi işləri görməyə, anasına kömək 
etməyə, süfrəni yığışdırmağa öyrəncəli olsaydı, 
ondan kömək istəyən xəstə anasını pis vəziyyətdə 
qoymaz və özü də xəcalət çəkməzdi. Bu materialın 
tədrisi zamanı müəllim şagirdlərə aşağıdakı 
suallarla müraciət edə bilər: 
1. Eldarın səhvi nədə idi? 
2. Eldar nə səbəbə görə belə tənbəl 
böyümüşdü? 


366 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin