Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə179/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   175   176   177   178   179   180   181   182   ...   321
Фирузя Мяммядли 
A.Babayevin «Bizim təzə qonşular» şeiri 
uşaqların əmək təsəvvürünü inkişaf etdirmək üçün 
yaxşı bədii materialdır. Şeirdə işlənmiş 
ev tikmək, 
ağac əkmək, bağ-bağça 
kimi sintaktik modellərin 
leksik-semantik imkanları və görülən iş haqqında 
informasiya tutumunun açımından çıxış edərək 
uşaqların əmək tərbiyəsinə yaxşı mənada əlavələr 
etmək olar. 
«Sevinc hamıdan güclüdür» mövzusu müasir 
texnikanın 
insanın 
həyat 
şəraitinin 
yüngülləşdirilməsindəki rolu barəsində kiçik bir 
epizoddur. Hekayənin əvvəlinin məzmunla heç bir 
bağlılığı olmasa da, bunu balacaların diqqətini 
cəmləşdirmək baxımından mənalandırmaq olar. Bu 
balaca epizoda əmək tərbiyəsi baxımından 
müəllimin diqqətini nə cəlb edə bilər? 
Balaca Sevincin gördüyü çox adi bir işlə. 
Sevinc altı yaşında balaca bir qızdır. Onun üçün 
dünyada sevindirici şeylər çox-çoxdur. Amma bir 
iş, məhz özünün gördüyü bir iş onu hamıdan artıq 
sevindirir: hər dəfədə liftin düyməsini basmaqla lif-
tin hərəkətə gəlməsi ona böyük fərəh gətirir. 
Əsərdə uşaq psixologiyasının bu incə ştrixi 
müəllimin balaca məktəblilərin əmək tərbiyəsinə 
düzgün praktik istiqamət götürməsi üçün çox mü-
nasibdir. 
«Keçmişdə və indi» mövzusu keçmiş 
insanların 
fantastik 
xəyallarının 
həqiqətə 
çevrilməsini əks etdirən texniki nailiyyətlərimizin 


363 
Сечилмиш ясярляри 
lX 
bədii-publisistik bir dillə müqayisəsinə həsr olun-
muşdur. Burada 
uçan xalça – təyyarə, özü yeriyən 
çəkmə – avtomobil, sehrli güzgü – televizor
haqqında ən adi məlumatlara rast gəlirik. Yaxşı olar 
ki, müəllim bu müqayisələri verərkən kiçik 
haşiyələrlə insan təfəkkürünün uçan xalçadan 
təyyarəyə, özü yeriyən çəkmədən avtomobilə və 
sehrli güzgüdən televizora keçdiyi yolu zehni və 
fiziki əmək mövqeyindən işıqlandırsın. Bu zaman 
uşaqların telefiziyada dəfələrlə tamaşa etdiyi mul-
tifilm və sənədli filmlərin xatırlanması və ya 
baxmağı tövsiyə edilməsi yerinə düşər. 
«Adamsız sex» adlı bədii parçada başdan-
başa avtomatlaşdırılmış, robotlaşdırılmış sexdə 
mürəkkəb qurğuların, maşın və mexanizmlərin 
istehsalı prosesində insan əməyinin insanın bilik və 
bacarığının 
əhəmiyyəti 
uşaqların 
qavrama 
səviyyəsində yaxşı təsvir olunmuşdur. Mətnin 
tədrisi uşaqların valideynlərinin iş yeri ilə 
əlaqələndirilsə, nəticə daha effektli olar. Bu tövsiy-
yələr şagirdlərin əmək tərbiyəsində müsbət rol 
oynayası «Metro», «Təyyarədə», «Mən də 
yaradım», «Bizim kənd» mətnlərinin tədrisində də 
nəzərə alınna bilər. 
Ümumiyyətlə, heca nitqdə söz bölüşmələrini 
müəyyən nizama, ahəngə, ritmə salan qaydadır. 
Sözlərin heca bölümləri zəngin intonasiya və ritm 
taktlarına malikdir. İntonasiya və ritm isə lap 
ibtidai icma dövründə, insan əlinin primitiv əmək 


364 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin