361
Сечилмиш ясярляри
lX
prinsiplərindən
olan sadədən mürəkkəbə, asandan
çətinə, bəsitdən zənginə üsullarının tətbiqinə
Azərbaycan dilinin «heca» mövzusunun ilkin
tədrisində də böyük ehtiyac vardır. Bu mənada elə
nümunələr
seçilməli idi ki, balaca məktəblilər elə
başlanğıcdan hecanın müxtəlif növləri, səs
materialı və eləcə də təkhecalı və çoxhecalı sözlər
barəsində qarmaqarışıq informasiya deyil,
tədrici
inkişaf istiqamətində nizamlı bilik qazana bilsinlər.
Burada əlbəttə ki, verilən sözlərin əmək prosesi və
əmək tərbiyəsi ilə nə dərəcədə əlaqədər olması
mərkəzi plana çəkilməlidir.
Mövzu tədris olunarkən elə etmək lazımdır ki,
körpə xəyalını heyrətə salan bu gözəlliklər insan
əməyindən, insanın yaradıcı şüurundan, zəhmətdən
kənarda, mücərrəd təsəvvür yaratmasın. Elm və
texnikanın yüksək inkişaf yolunda inamla addım-
ladığımız indiki şəraitdə qədim Misir piramidaları
bizi ona görə heyrətə salır ki, biz bu nəhəng
tikililərə sərf olunan insan əməyinin xarakterini heç
cür
real
təsəvvürlə
əlaqələndirə
bilmirik.
Dərketmənin reallaşdığı
yerdə isə heyrət çəkilib
gedir. Unutmamalı ki, məktəbliləri heyrətə salmaq
yox, ilk gündən real bilik və məlumatla
zənginləşdirmək lazımdır. Elə etmək lazımdır ki,
təfəkkürünün inkişaf yoluna ilk qədəmlərini atan bu
balaca insanın əşya və predmetlər qarşısındakı ilkin
heyrəti onları yaradan,
quran əllərin hünərinə
heyranlığa doğru istiqamətləndirilsin.