üzümçü, baramaçı, pambıqçı,
196 №-li çalışmada
kolxozçu, neftçi, təyyarəçi, dənizçi, traktorçu
kimi peşələr haqqında ilk məlumat alması üçün real
imkan vardır. Təbii ki, peşə haqqında ilk məlumat
peşəyönümü işinin hüceyrəsidir. Məlumdur ki,
hüceyrə sağlam olarsa, embrionun sağlam inkişafı
davamlı olacaqdır. Buna görə də müəllimin işi
çalışmanın
təkcə
qrammatik
mahiyyətini
öyrətməklə bitmir. Müəllim belə çalışmalarda
sözlərin leksik mahiyyətinə varmaqla, şagirdlərin
376
Фирузя Мяммядли
şüurunu sözün işığında həyatın zəhmət və əməklə
süslənmiş böyük işləri üzərində düşünməyə
istiqamətləndirməlidir.
201 №-li çalışmada verilmiş təsvir üzrə kiçik
hekayə düzəltmək tələb olunur. Burada qarlı qış
fəslinin saf təbiəti qoynunda şənlənən bir neçə uşaq
şəkli verilmişdir. Kirşə ilə sürüşən, qar adamı
düzəldən uşaqların hərəkətləri onların qayğısız
həyatından xəbər verir. Şagirdləri bu çalışma
üzərində işlədərkən, bu qayğısız həyatın mənbəyi,
uşaqları kirşə ilə, gözəl, isti paltar ilə təmin edən
valideynlərin zəhməti və ən nəhayət kirşənin
düzəldilməsi texnikası barədə məlumat vermək,
əlbəttə ki, faydalıdır. 206, 210 №-li çalışmalarda
xüsusi isimlərin müəyyənləşdirilməsi və onların
böyük hərflərlə yazılması təklif olunur. Burada
şəhər, çay, dəniz, heyvan, quş və insan adları var-
dır. Hər bir ad özü barəsində müəyyən
informasiyaya
malik
olduğundan
müəllim
çalışmalıdır ki, bunların içərisindən əməklə bağlı,
peşə təsəvvürü yaratmaq imkanına malik məlumat-
ları seçib uşaqlara çatdırsın.
Məsələn, çalışmada Şirvanın, Mingəçevirin
yeni şəhər olduğu xəbər verilirsə, yeni şəhərin
özbaşına düşmədiyi, burada nəhəng tikinti-
quraşdırma, mədəni-abadlıq işləri aparılması və
insan əməyinin qüdrəti barədə danışmaq olar.
231 №-li çalışmada bilavasitə kənd təsərrüfatı
əməyi barəsində məlumat verilir. 236 №-li çalışma
|