371
Сечилмиш ясярляри
lX
valideyn əməyinin hüdudları fövqündə saxlamaq
cəhdidir.
Təbii ki, tərbiyədə bu istiqamət səhvdir.
Uşaqlar lap körpə yaşlarından ata-ananın əməyi,
gördüyü
çətinliklər, əməyə müsbət münasibəti
barəsində müəyyən təsəvvürə malik olmalıdır.
Çalışmaq lazımdır ki, bu təsəvvür zaman keçdikcə
genişləndirilsin,
tədricən
əməyə
məhəbbət,
zəhmətdən qorxmamaq, çətinlik qarşısında
özünü
itirməmək kimi iradi keyfiyyətlərə çevrilsin.
«Cümlə üzvləri» haqqında ilkin məlumat
şagirdlərdə
Azərbaycan
dilinin
qrammatik
normaları barəsində konkret təsəvvür yaratmaq
məqsədi daşıyır. Təbii ki, cümlənin baş və ikinci
dərəcəli üzvlərinin heç olmasa,
cümlədəki yeri
barəsində məlumatı olan şagird savadlı yazı
normalarına yiyələnməkdə çətinlik çəkməyəcək.
Savadlı yazı qabiliyyətinə malik olmaq isə hər
kəsin mənəvi borcudur. Elmi-texniki yeniliklərlə
bağlı hədsiz informasiyalar bolluğunda yetişməkdə
olan gənc nəsil özünə lazım olan fundamental biliyi
yazılı nitq
vasitəsi ilə əldə etdiyi kimi, öz fikrini
yazılı şəkildə; dövrün elmi və publisistik nailiyyət-
ləri səviyyəsində ifadə etməyi də bacarmalıdır. Bu
isə doğma dilin leksik-qrammatik normalarından
kənarda mövcud deyildir.
«Azərbaycan dili» (II sinif) kursunun
müəyyən hissəsini morfologiya (sözün tərkibi,
qrammatik qrupları) təşkil edir.
Morfologiya