BĠZĠM FERMA
Bizim kolxozun heyvandarlıq ferması ötən ilin
dövlət planına 150 faiz əməl etmişdir. Fermada 600
384
Фирузя Мяммядли
baş iribuynuzlu heyvan vardır. Şagirdlərimizdən 10
nəfəri yay tətilində ferma işçilərinə kömək etmişdir.
Belə ki, hərəmiz I baş danaya baxmağı öhdəmizə
götürmüşük. Mənim nənəm və anam sağıcıdırlar.
Onlar hərəsi 15 baş inəyə baxır. Anam hər inəkdən
ildə 3000 litr süd sağır.
Bu üsulla uşaqları «Tərəvəz yığımı»,
«Pambıqçı qız», «Bizim bağ», «Emalatxanada»,
«Zavodda bir gün» və s. mövzularda, hər bir şagird
özünə məlum olan mövzunu seçməklə, yazılı və
şifahi çalışmalar üzərində işlətmək olar. Sərbəst
mövzular üzərində düşüncələr şagirdlərin yaradıcı
təfəkkürünün inkişafına kömək etməklə yanaşı,
körpə təsəvvürlərdəki fantastik düşüncə tərzinin
ifadəsinə gətirib çıxaracaq. Belə ki, valideyni
haqqında yazan və ya danışan uşaq mütləq bildiyi
ən yüksək rəqəmlə onu öyməyə çalışacaq. Lakin
müəllim nəzarəti rəqəmlərin özlərində belə
ağılasığmazlığa
yol
verməməlidir.
Bununla
müəllim, həm də uşaqda əmək məhsuldarlığının
artım hüdudu, insanın əmək qabiliyyətinin qadir
olduğu hədd barəsində təsəvvür yaratmış olar.
«Əvəzlik» bəhsi ilə əlaqədar verilmiş 229,
231, 234, 244 nömrəli çalışmalarda da şagirdlər
əməyin müxtəlif növləri və müxtəlif peşə adamları
haqqında söhbətlərlə tanış ola bilərlər. Diqqət
yetirmək lazımdır ki, şagird belə çalışmaların icrası
zamanı qrammatik tövsiyyələri sadəcə yerinə
yetirməklə kifayətlənməyib, çalışmada kimdən,
385
Сечилмиш ясярляри
lX
nədən və necə danışıldığı barədə aydın təsəvvürə
malik olsun. Əvəzlik bəhsinin tədrisi prosesində
uşaqları sinifdən xaric məşğələlər zamanı sərbəst
mövzularda yazılı və şifahi çalışmalar üzərində
işlətmək olar. Bu çalışmalar əlbəttə ki, məhsuldar
əməklə bağlı epizodlar fonunda aparılmalıdır.
Şagirdləri «Bizim emalatxana», «Mənim bağçam»,
«Sən hansı peşəni sevirsən», «Onun neftçi əmisi»
və s. mövzularda sərbəst düşündürmək və yeri
gəldikcə istiqamətləndirici məsləhətlərlə onların
nitqinə müdaxilə etmək bir çox hallarda
müəllimdən pedqoji ustalıq və uşaq psixologiyasına
yaxşı bələdlik tələb edir.
Dərslikdə «feil» bəhsi ilə əlaqədar olan 266,
267, 278 nömrəli çalışmalarda uşaqların əmək
tərbiyəsi və peşə təsəvvürlərinin inkişafı üçün
əhəmiyyətli mətnlər verilmiş maşa, dəmirçi,
furqon, at, tövlə, damğa, ilxı sözləri mətnin
məzmunundan əlavə peşə söhbətləri üçün xüsusi
imkanlara malikdir. Belə ki, sözlərin mənaca izahı
zamanı müəllim uşaqların diqqətini keçmişə, indiki
və gələcək zamana yönəltməklə bu sözlərin ifadə
etdiyi əmək alətləri və istehsal vasitələrinin rolu,
zəruriyyəti və perspektivi barədə müəyyən
təsəvvürün yaranmasına səbəb olar.
«Zərf» adlanan nitq hissəsi hal və hərəkətin
zamanını, tərzini, səbəbini, yerini, nəticəsini,
kəmiyyətini, şərtini, məqsədini və s. izah edir.
Deməli zərflər bilavasitə işlə, hərəkət prosesi ilə
|