Сечилмиш ясярляри
lX
Buna görə də bu mövzunu möhkəmləndirmək
məqsədi ilə verilən çalışmalar müxtəlif-məzmunlu
ola bilər. Bu mövzunun tədrisi təkcə dərslik çərçi-
vəsində çalışmalarla məhdudlaşmayıb, müəllimə
sərbəst mətn seçmək üçün geniş imkanlar verir.
Burada isə əlbəttə ki, həyatın, bizi əhatə edən
mühitin, nəhayət məktəbin yerləşdiyi regionun ən
müxtəlif cəhətləri ilə bağlı, uşaqlara daha yaxın,
daha tanış mövzulara müraciət etmək faydalı olar.
Təcrübə göstərir ki, şagirdlərin hələ kiçik yaşlardan
sərbəst mövzular üzrə işlədilməsinin onların aydın
dünyagörüşünə malik sərbəst düşüncə tərzi olan,
gələcək həyat yolunu müəyyənləşdirməkdə, ən baş-
lıcası isə peşəseçməkdə daha az səhv edən gənclər
kimi yetişməsində böyük rolu vardır. Bu mənada,
sərbəst mövzular xalq təsərrüfatının müxtəlif
sahələrində
fəaliyyət
göstərən
əmək
qəhrəmanlarının həyatı, şagirdin valideynlərinin
əməyi, ailə və məişətdə texnikanın rolu, şagirdin
valideynlərinə köməyi, məktəbyanı tədris-təcrübə
sahəsi və gənc təbiətçilər və s. kimi məsələlərə həsr
oluna bilər. Çalışmaq lazımdır ki, tapşırığın icrasın-
dan sonra hər bir şagirdin əməyi diqqətlə nəzərdən
keçirilsin, tərifəlayiq cəhətlər mütləq şagirdlərin
xüsusi diqqətinə çatdırılsın. Bu ümumi oxudan
sonra mətnin qrammatik cəhətdən təhlili üzrə iş
aparılmalıdır. Nümunə üçün aşağıda belə bir sər-
bəst mövzu veririk:
400
Фирузя Мяммядли
– Züleyxa xala işdən gəlib yuyundu. Şam
yeməyi hazırlamaq üçün mətbəxə keçdi. Yerişindən
hiss olunurdu ki, o çox yorğundur. Axı bütün günü
işdə – dəzgahın qarşısında ayaq üstə durmalı
olurdu. Bununla belə, o evdə yorğunluğunu heç
vaxt büruzə verməzdi. Anası bir söz deməsə də,
Nigar hiss edirdi ki, o çox yorulur. Buna görə də
anasına necə kömək edəcəyi barədə uzun müddət
düşünməli oldu.
Züleyxa xala mətbəxə girəndə təzə bişmiş
xörəyin ətri onu vurdu. Ana təəccüb içində peçə
yaxınlaşanda heyrətindən donub qaldı; peçin
üstündə bir dolu qazan yarpaq dolması vardı. O
geri çevriləndə qızının fərəhli baxışları ilə
qarşılaşdı...
«Söz
birləşmələri»
mövzusunun
möhkəmləndirilməsi
məqsədi
ilə
verilmiş
çalışmaların əksəriyyəti müxtəlif mənalı vahidlərin
əsas və asılı mövqelərdə işləndiklərini və ya işlənə
bilmə imkanlarını nümayiş etdirmək məqsədi
daşıdığından burada konkret peşə təsəvvürü ilə
bağlı mətnlər və sözlərə az yer verilmişdir.
İstehsal prosesləri və kənd təsərrüfatı
məhsullarının ad göstəriciləri 113 nömrəli
çalışmada söz birləşmələri tərkibində əsas və ya
asılı söz mövqelərində işlənmişdir. Burada
«pambıq yığımı», «məhsulun daşınması», «yarışın
başlanması» kimi birləşmələr üzrə şagirdlərin
həmin məhsul haqqındakı biliyini genişləndirmək
|