Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə207/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   203   204   205   206   207   208   209   210   ...   321
Сечилмиш ясярляри 
lX 
saysız-hesabsız adlı-sanlı aqronomlar fəaliyyət 
göstərir. Onlar bizim sevdiyimiz meyvələrin, 
tərəvəzin, gül-çiçəyin, bağ-bağatın, atmosferin 
sanitarı olan yaşıllığın yetişdiricisi, keşiyində 
duranı, qayğısını çəkə-çəkə qoruyub gələcəyə 
ötürənidirlər. Ölkəmizdə bütün başqa peşələr kimi, 
aqronomluq peşəsi də böyük diqqət və qayğı ilə 
əhatə 
olunmuşdur. 
Bu 
sahədə 
kadrların 
yetişdirilməsi başlıca məsələlərdən olmuşdur. 
Aqronomluq peşəsi üzrə kadrlar yetişdirmək 
üçün texniki-peşə məktəbləri, texnikumlar və 
institutlar vardır. Belə tədris müəssisələri xüsusilə 
meyvə və tərəvəzçiliklə məşğul olan regionlarda 
yerləşdirilir. 
Bu mənada, respublikamızın Quba, Gəncə, 
Şamaxı kimi iri şəhərlərində həmin peşə üzrə 
ixtisas qazanmaq üçün institut, texninum və 
texniki-peşə məktəbləri vardır. 
IV sinif «Azərbaycan dili» dərsliyində 
sintaksis kursu «Həmcins üzvlü cümlələr», «Xitablı 
cümlələr», «Sadə və mürəkkəb cümlələr», 
«Vasitəsiz nitq» mövzuları ilə tamamlanır. Bu 
mövzular 
içərisində 
şagirdlərin 
peşə 
məlumatlarının zənginləşdirilməsi və peşəyönümü 
üzrə onlarla aparılacaq iş üçün «Həmcins üzvlü 
cümlələr», «Sadə və mürəkkəb cümlələr» və qis-
mən də «Vasitəsiz nitq» həm nəzəri, həm də 
praktik cəhətdən əlverişlidir. «Həmcins üzvlər» - 
məlum olduğu kimi, cümlədə eyni üzv ilə bağlı 


414 
Фирузя Мяммядли 
olub, eyni suala cavab verən sözlərə deyilir. Bu 
mənada həmcins mübtədalı, həmcins xəbərli, 
həmcins tamamlıqlı və zərflikli cümlələrdə 
müxtəlif peşə adları ifadəçisi olan sözlər, eləcə də 
xalq təsərrüfatının ən müxtəlif sahələrinə dair 
istehsal vasitələri, istehlak məmulatı və məhsulların 
adları sadalana bilər, yaxud onlara dair iş prosesləri 
barədə məlumat vermək və eləcə də halı, vəziyyəti, 
zamanı, yeri, kəmiyyəti və s. ifadə oluna bilər. 
Buna görə də bu mövzuların tədrisi zamanı 
istənilən kəmityyətdə və keyfiyyətdə məqsədyönlü 
iş aparmaq olar. 
«Həmcins üzvlü cümlələr» mövzusu üzrə 
175, 176, 180 nömrəli çalışmalar kənd təsərrüfatı 
məhsulları, quşçuluq, heyvandarlıq təsərrüfatları, 
bunlara dair peşələr haqqındla məlumat vermək 
üçün zəngin material verir. Çox təəssüf ki, 
dərslikdə yuxarıda sadaladığımız mövzular üzrə 
verilmiş çalışmalar içərisində şagirdlərin peşə 
təsəvvürlərini zənginləşdirməyə imkan verən 
materiallara ancaq bir neçə tapşırıqda təsadüf etdik. 
214 nömrəli çalışma məzmunca şagirdlərin 
əmək 
tərbiyəsinə 
istiqamət 
vermək 
üçün 
əlverişlidir. 
IV sinif şagirdlərinin psixoloji inkişafı onlara 
riyaziyyat, tarix, xarici dil kimi nisbətən ciddi səy 
tələb edən fənlərin tədrisində olduğu kimi, 
Azərbaycan dili fənninin tədrisində də tədricən 
daha mürəkkəb məsələlər üzərində düşünməyə 


415 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin