416
Фирузя Мяммядли
səsində – toxucu, «b» səsində – baramaçı və s.)
peşə adlarından seçmək olar.
Dərsin əsas məqsədi
tam mənası ilə ödənildikdən sonra əlbəttə ki, həmin
peşəyə dair maraqlı söhbətlər aparmaq olar.
Bu baxımdan, «Danışıq səsləri və onların
əmələ gəlməsi», «Sait və samit səslər», «Sait
səslərin növləri» mövzuları üzrə verilmiş
çalışmalardan peşə informasiyası imkanına malik
nümunələrə rast gəlmədik. Lakin yuxarıda
dediyimiz kimi, bu mövzular uşaqların
sərbəst
çalışmasına geniş imkanlar verir. Məsələn, növbəti
yeni dərsin izahından və buna dair möhkəmlən-
dirici çalışmaların icrasından sonra müəllim keçmiş
dərsi uşaqların yadına salmaq və bir daha
təkrarlatmaq məqsədi
ilə həmin mövzuya dair bir
neçə söz yazdırır. Məsələn, «sait və samit səslər»
mövzusunda olan «ü», «e» və «m», «s» səslərinin
tələffüzü ilə bağlı sözlərdə olduğu kimi: «üzgüçü»,
«üz», «üskük», «ürək», «əyirici», «əritmək»,
«əzmək», «sənət», «mexanik», «maşın», «əmək»,
«məktəb»,
«kələm»,
«mantyor»,
«sürücü»,
«suvaqçı», və s.
Bu nümunələrdə həmin səslərin işləndiyi
yerin və digər sadə xüsusiyyətlərin izahı və
müəyyənləşdirilməsindən sonra müəllim «əyirici»,
«mexanik», «mantyor», «sürücü» və «suvaqçı»
sözləri üzərində dayanıb, bunların
ifadə etdikləri
məna arenasında peşələr barədə məlumat verə bilər.
«Əyirici» peşəsi barədə: əyirici – sap əyirənlərə