Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə208/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   204   205   206   207   208   209   210   211   ...   321
Сечилмиш ясярляри 
lX 
imkan verir. Bu yaş dövründə uşaqların müstəqil 
işlərinə düzgün və ciddi rəhbərlik etməklə onlara 
daha çox sərbəst yaradıcılıq imkanı vermək 
lazımdır. Təcrübə göstərir ki, təxəyyülün gələcək 
inkişaf istiqaməti uşaqların məhz yeniyetməlik 
dövrü ərəfəsindəki psixi və fizio-bioloji oyanışı 
zamanı müəyyənləşmiş olur. Elə buna görə də 
dərsliyə daxil edilmiş mövzular getdikcə mü-
rəkkəbləşmə istiqamətində daha ciddi elmi 
əsaslarla təqdim olunur. Bunu nəzərə alaraq, yəni 
şagirdlərin tədris yükünü ağırlaşdırmamaq üçün dil 
dərslərinin hamısında ucdantutma peşəyönümü 
məsələləri üzrə söhbətlər etmək vacib deyildir. 
Lakin bu işdə laqeydliyə, məqsəddən uzaqlaşmaya 
da yol vermək olmaz. Dərslik üzərindəki 
müşahidələrimizdən aydın oldu ki, «Fonetika» 
bölməsində verilmiş çalışmaların heç biri peşə tə-
səvvürü aşılama, əmək tərbiyyəsi mövzusunda 
söhbət aparmaq imkanına malik deyildir. Bu o 
demək deyil ki, həmin bölmənin tədris olunduğu 
bütöv bir dövr ərzində bu məsələdən uzaqlaşmaq, 
arada uzun bir fasilə vermək olar. Əksinə, 
təsəvvürlərinin 
köhnəlməməsi, 
eşidib 
öyrəndiklərinin zehnindən silinməməsi məqsədi ilə 
heç olmasa, iki saatda bir dəfə bu vacib məsələyə 
vaxt ayırmaq, şagirdləri nəzəri müddəaların 
möhkəmləndirilməsi 
üzərində 
işlədərkən 
nümunələri müvafiq səslə başlayan (məsələn, a – 
səsinin tələffüz mexanizminin tədrisində: aşbaz «t» 


416 
Фирузя Мяммядли 
səsində – toxucu, «b» səsində – baramaçı və s.) 
peşə adlarından seçmək olar. Dərsin əsas məqsədi 
tam mənası ilə ödənildikdən sonra əlbəttə ki, həmin 
peşəyə dair maraqlı söhbətlər aparmaq olar. 
Bu baxımdan, «Danışıq səsləri və onların 
əmələ gəlməsi», «Sait və samit səslər», «Sait 
səslərin növləri» mövzuları üzrə verilmiş 
çalışmalardan peşə informasiyası imkanına malik 
nümunələrə rast gəlmədik. Lakin yuxarıda 
dediyimiz kimi, bu mövzular uşaqların sərbəst 
çalışmasına geniş imkanlar verir. Məsələn, növbəti 
yeni dərsin izahından və buna dair möhkəmlən-
dirici çalışmaların icrasından sonra müəllim keçmiş 
dərsi uşaqların yadına salmaq və bir daha 
təkrarlatmaq məqsədi ilə həmin mövzuya dair bir 
neçə söz yazdırır. Məsələn, «sait və samit səslər» 
mövzusunda olan «ü», «e» və «m», «s» səslərinin 
tələffüzü ilə bağlı sözlərdə olduğu kimi: «üzgüçü», 
«üz», «üskük», «ürək», «əyirici», «əritmək», 
«əzmək», «sənət», «mexanik», «maşın», «əmək», 
«məktəb», 
«kələm», 
«mantyor», 
«sürücü», 
«suvaqçı», və s. 
Bu nümunələrdə həmin səslərin işləndiyi 
yerin və digər sadə xüsusiyyətlərin izahı və 
müəyyənləşdirilməsindən sonra müəllim «əyirici», 
«mexanik», «mantyor», «sürücü» və «suvaqçı» 
sözləri üzərində dayanıb, bunların ifadə etdikləri 
məna arenasında peşələr barədə məlumat verə bilər. 
«Əyirici» peşəsi barədə: əyirici – sap əyirənlərə 


417 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin