414
Фирузя Мяммядли
olub, eyni suala cavab verən sözlərə deyilir. Bu
mənada həmcins mübtədalı, həmcins xəbərli,
həmcins tamamlıqlı və zərflikli cümlələrdə
müxtəlif peşə adları ifadəçisi olan sözlər, eləcə də
xalq təsərrüfatının
ən müxtəlif sahələrinə dair
istehsal vasitələri, istehlak məmulatı və məhsulların
adları sadalana bilər, yaxud onlara dair iş prosesləri
barədə məlumat vermək və eləcə də halı, vəziyyəti,
zamanı, yeri, kəmiyyəti və s. ifadə oluna bilər.
Buna görə də bu mövzuların tədrisi zamanı
istənilən kəmityyətdə və keyfiyyətdə məqsədyönlü
iş aparmaq olar.
«Həmcins üzvlü cümlələr» mövzusu üzrə
175, 176, 180 nömrəli çalışmalar kənd təsərrüfatı
məhsulları, quşçuluq, heyvandarlıq təsərrüfatları,
bunlara dair peşələr haqqındla məlumat vermək
üçün zəngin material verir.
Çox təəssüf ki,
dərslikdə yuxarıda sadaladığımız mövzular üzrə
verilmiş çalışmalar içərisində şagirdlərin peşə
təsəvvürlərini zənginləşdirməyə imkan verən
materiallara ancaq bir neçə tapşırıqda təsadüf etdik.
214 nömrəli çalışma məzmunca şagirdlərin
əmək
tərbiyəsinə
istiqamət
vermək
üçün
əlverişlidir.
IV sinif şagirdlərinin psixoloji inkişafı onlara
riyaziyyat, tarix, xarici
dil kimi nisbətən ciddi səy
tələb edən fənlərin tədrisində olduğu kimi,
Azərbaycan dili fənninin tədrisində də tədricən
daha mürəkkəb məsələlər üzərində düşünməyə