430
Фирузя Мяммядли
təsərrüfatı ilə bağlı bugünkü problemlərimiz,
tram-
vay sürücülüyü, yanğınsöndürən, baramaçılıq,
metallurq, naxırçı
peşələrinə dair ətraflı
söhbət
aparmaq, bu peşələrə dair kiçik hekayələr imla
yazıları yazdırmaq, uşaqların keçmiş biliklərinə ar-
xalanıb disput keçirmək olar.
«Yanğınsöndürən» peşəsi barədə:
Yanğın hər dəqiqə ehtiyatsızlıq, bir çox
hallarda isə diversiya üzündən törənə bilən döyüş
meydanıdır. Təsadüfi deyil ki, yanğunsöndürən
dəstəsi
ciddi hərbi rejimə tabe olub, bir növ hərbi
forma geyinirlər. Bu mənada yanğınsöndürən hər
an döyüşə hazır xilaskar bir ordudur. Yanğın özü
son dərəcə ciddi faciələrlə nəticələnə bilən bir
fəlakət olduğu üçün bununla mübarizə aparan bu
cəsur, igid adamların insanlara necə bir xoşbəxtlik,
səadət verməyə hazır olduqlarını təsəvvür etmək
çətin deyildir. Yanğınsöndürən
peşəsi bəşər
tarixinin yarandığı ilk dövrlərdən bu günə kimi
böyük və son dərəcə şərəfli bir qəhrəmanlıq yolu
keçib gələn bir peşədir. Hələ ilk dövrlərdən ən pri-
mitiv üsullardan istifadə etməklə söndürülən
müxtəlif miqyaslı və müxtəlif xarakterli yanğınlar
bu gün elm və texnikanın son nailiyyətləri ilə
silahlanmış peşəkar yanğınsöndürənlər tərəfindən
ən
tez bir zamanda, mümkün qədər itkisiz aradan
qaldırılır.
Yanğınsöndürən işi də suda batanları xilas
etmək işində olduğu kimi, bacarıqlı, cəsur və