451
Сечилмиш ясярляри
lX
Bu sahənin
özü də müxtəlif ixtisaslara
qollanır: teleqrafçı, teleqram paylayan, teleqrafın
təmiri üzrə çilingər, teleqraf elektromantyoru. Bu
ixtisasların hər birinin öz iş xüsusiyyətləri,
vəzifələri vardır. Teleqrafçı –
operatorun vəzifəsi
teleqramların tərtibi, ötürülməsi, qəbulu, şifrənin
açılması, xüsusi blanka köçürülməsi və ünvanın
dəqiqləşdirilməsi kimi məsələləri əhatə edir.
Teleqrafçı-operator peşəsinə tədris-istehsalat
kombinatlarında 3-cü dərəcənin alınması,
texniki
peşə
məktəblərində,
rabitə
texnikumunda,
M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya
İnstitutunda yiyələnmək olar.
Bununla belə, hal kateqoriyasının tədrisi ilə
əlaqədar bizim problemin işinə müsbət təsir edə
biləcək bir neçə çalışmaya təsadüf etdik. 178, 179,
180 nömrəli çalışmalarda «çoban», «usta»,
«sürücü», «pambıq», «taxıl», «maşın»
sözlərinin
ehtiva etdiyi peşə və məhsullar barədə söhbət
aparmaq olar.
«İsmin quruluşca növləri» mövzusunun da
peşəyönümü işi aparmaq imkanları genişdir. Belə
ki, sadə, mürəkkəb və düzəltmə isimlərə çəkilən
nümunələr sırasında
istehsal vasitələri, müxtəlif
peşə sahibləri ifadəçiləri və peşə adlarının söz ya-
radıcılığı yolu ilə müəyyən formula düşmüş
nümunələrini misal gətirmək və lazım gələrsə, bu
barədə danışmaq olar. Məsələn, «gəmi», «traktor»,
«xarrat», «tokar» və s.
kimi istehsal vasitələri və