Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə224/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   220   221   222   223   224   225   226   227   ...   321
Фирузя Мяммядли 
istehsal münasibətləri ifadə edən sözlər sadə isim-
lərə nümunə ola bilərsə, «gəmiçi-lik», «xarrat-lıq», 
«traktor-çu», «sür-ücü» kimi peşə adları düzəltmə, 
«pambıq-yığan (maşın)», «ot-biçən (maşın)», «baş 
çoban», «ferma müdiri» və s. sözlər mürəkkəb 
isimlərə nümunə gətirilə bilər. Yaxşı olar ki, belə 
nümunələrin qrammatik izahından sonra leksik 
mənanın açılması – lüğət üzərində işin davamı 
kimi, peşəyönümü istiqamətində söhbət aparılsın. 
Bu mənada aşağıda «xarrat» peşəsinə dair bəzi 
vacib şərtləri qeyd etməyi zəruri bilirik. 
Xarrat – taxta məmulatı ilə işlətməyi 
bacaranlara deyilir. Xarrat peşəsi də ev tikmək, bağ 
salmaq, yol çəkmək qədər vacib və çox lazımlı 
peşələrdəndir. Xarrat peşəsinə yiyələnmək üçün 
insanda bir sıra bacarıq və qabiliyyətlər olmalıdır. 
Belə ki, xarrat olmaq istəyən şəxs aşağıdakı 
keyfiyyətlərə 
yiyələnməlidir: 
nişanlamağı, 
mişarlamağı, yonmağı, rəndələməyi, burğulamağı, 
birləşdirməyi, yapışdırmağı, dəzgahlarda işləməyi, 
pəncərə və qapı bloklarını, arakəsmələri, daxili 
avadanlıqları hazırlamağı, bəzək işlərini, istehsal 
prosesini təşkil etməyi, təhlükəsizlik texnikasını, 
tikintidə planlaşdırma işlərini və onun elmi təşkilini 
və s. bacarmalıdır. 
Bütün bunlar şübhəsiz ki, elmdən kənarda, 
elmi biliklərin əsası barədə ümumi təsəvvürdən 
ayrılıqda mövcud deyildir. Ona görə də xarratlıq 
peşəsi kimyanı, fizikanı, riyaziyyatı, etika və 


453 
Сечилмиш ясярляри 
lX 
estetikanın əsaslarını, rəsmxətti, texnoloji prosesləri 
bilməyi tələb edir. 
«Sürücü» peşəsi barədə IV sinif «Azərbaycan 
dili» kursunun tədrisi ilə bağlı söhbət aparılsa da, V 
sinifdə peşəyönümünə hazırlıq işi daha konkret və 
daha dəqiq təsəvvür tələb etdiyini nəzərə alaraq, 
burada həmin peşə barəsində yenidən söhbət açmaq 
və şagirdlərə aşağıdakıları çatdırmaq faydalı olar: 
Sürücülük peşəsi çətin və mürəkkəb 
mexanizmin idarəetmə prosesi ilə bağlı olaraq, 
ayıqlıq, sayıqlıq, diqqət və texnikaya qayğıkeş 
münasibət tələb edir. Sürücü avtomobili idarə et-
məyi, hərəkət şəraitini və idarə etdiyi avtomobilin 
texniki vəziyyətini qiymətləndirməyi, yük, yaxud 
sərnişin daşınması ilə əlaqədar tapşırıqların yerinə 
yetirilməsi üçün düzgün qərar qəbul etməyi 
bacarmalıdır. 
Avtomobili idarə edən sürücünün vəzifəsi 
nəqliyyat 
işinin 
icra 
edilməsi, 
hərəkətin 
təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bir 
sıra tədbirləri ardıcıl yerinə yetirməkdən ibarətdir. 
Sürücü diqqətli olmalı, yaxşı görməli və 
eşitməli, rəngləri aydın seçməli, məsafəni və sürəti 
gözəyarı, səs gələn yeri isə düzgün təyin etməyi 
bacarmalıdır. 
Avtomobil nəqliyyatında sürücüyə əmək 
haqqı onun ixtisas dərəcəsinə, görülmüş işlərin 
kəmiyyət və keyfiyyətinə, sərf olunmuş vaxta, 
habelə tapşırılmış işin mürəkkəbliyinə müvafiq 


454 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin