MÜSTƏQİLLİK İLLƏRİNDƏ azərbaycan tibb universitetiNİn bəZİ MƏqamlarinin eskiZLƏRİNƏ daiR



Yüklə 284.91 Kb.

səhifə1/3
tarix28.12.2016
ölçüsü284.91 Kb.
  1   2   3

MÜSTƏQİLLİK İLLƏRİNDƏ 

AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN 

BƏZİ MƏQAMLARININ ESKİZLƏRİNƏ 

DAİR

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 09 (1584)  15 may 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

3

Azərbaycan Tibb Universitetinin rəhbərliyi

 

10 May -Gül bayramı 



münasıbətilə universitet əməkdaşlarını təbrik 

edir, onlara xoşbəxtlik və firavanlıq arzulayır!

BAYRAMINIZ MÜBARƏK!

Ümummilli lider Heydər Əliyevin 

anadan olmasının 91 illiyinə 

həsr edilmiş “Təbabətin aktual 

problemləri” mövzusunda elmi  

konfrans keçirilmişdir

4-5

2

B

u  

s

a

y

ı

m

ı

z

d

a

Səhiyyə naziri ATU-nun Stomatoloji Klinikasının nəzdində 

yeni tikilən tədris mərkəzində olub

http://www.amu.edu.az

15 may  2014-ъц ил

2

Ümummilli lider 

Heydər Əliyevin anadan 

olmasının 91- illiyinə həsr 

edilmiş “Təbabətin aktual 

problemləri” mövzusunda 

elmi tədqiqat işlərinin 

yekunlarına dair konfrans 

keçirilmişdir. 

Mayın  7-də  ATU-nun  Tədris 

Cərrahiyyə  Klinikasında    ümum-

milli  lider  Heydər  Əliyevin  anadan 

olmasının  91-illiyinə  həsr  edilmiş 

“Təbabətin aktual problemləri” möv-

zusunda  elmi-tədqiqat  işlərinin  ye-

kunlarına dair konfrans keçirilmişdir.

Tədbir  iştirakçıları  əvvəlcə  ulu 

öndər  Heydər  Əliyevin  klinikanın 

foyesindəki  barelyefinin  önünə  gül 

dəstələri  düzmüş  və  xatirəsini  ehti-

ramla yad etmişlər.

Klinikanın  zalında  davam  edən 

tədbiri  universitetin  rektoru,  Mil-

li  Məclisin  deputatı,  akademik 

Əhliman 

Əmiraslanov 

açaraq 

ümummilli  lider  Heydər  Əliyevin 



Azərbaycan  xalqı  və  dövləti  qar-

şısında  əvəzsiz  xidmətlərindən, 

elmə  və  təhsilə,  xüsusilə  səhiyyə 

sahəsinə göstərdiyi diqqət və qayğı-

dan, tibb müəssisələrinin maddi-tex-

niki  bazasının  möhkəmləndirilməsi 

və  əhalinin  sağlamlığı,  peşəkar 

həkim  kadrlarının  hazırlanması 

istiqamətində  fəaliyyətindən  danış-

mışdır.


Unudulmaz şəxsiyyət, dərin zəka 

sahibi  Heydər  Əliyevin  Azərbaycan 

elminin  və  təhsilinin  himayədarı 

olduğunu,  bu  sahədə  çalışanlara, 

xüsusilə  səhiyyə  işçilərinə  həmişə 

diqqət və qayğı göstərdiyini xatırla-

dan  rektor  demişdir  ki,  ulu  öndərin 

ömrünün  hər  günü  dövlətinə  və 

millətinə xidmətlə keçmişdir.

Ректор eyni zamanda билдирмишдир 

ки,  ады  тарихдя  ябядиляшян  дцнйа 

шющрятли  сийасятчи  Щейдяр  Ялийевин 

юлкямизин  дювлят  мцстягиллийи  бярпа 

едилдикдян  сонра  ики  дяфя  АТУ-

да  олмасы,  мцяллим  вя  тялябяляр 

гаршысында 

програм 

характерли 

чыхышы  вя  эяляъяк  щякимляря  дяйярли 

мяслящятляр  вермяси  университетин 

тарихиндя силинмяз изляр гоймушдур. 

Я.Ямирасланов 

диггятя 

чатдырмышдыр  ки,  улу  юндярин  сяйи 

нятиъясиндя  1998-ъи  илдя  АТУ-

нун  11  мяртябяли  йени  тядрис 

бинасы  тикилиб  истифадяйя  верилмишдир. 

Азярбайъанда  сящиййянин  инкишафы, 

университетин 

мадди-техники 

базасынын 

мющкямляндирилмяси 

вя  юлкямиздя  тибб  кадрларынын 

щазырланмасы мящз улу юндярин ады 

иля баьлыдыр. 

АТУ-нун  стоматоложи  вя  онколожи 

клиникаларынын 

цмуммилли 

лидер 

Щейдяр  Ялийевин  бюйцк  гайьысы 



сайясиндя  йарадылдыьыны  диггятя 

чатдыран  ректор  вурьуламышдыр  ки, 

онун  лайигли  давамчысы  Президент 

Илщам  Ялийевин  дястяйи  иля  инша 

олунмуш  университетин  чохпрофилли 

терапевтик  клиникасы  ян  мцасир 

аваданлыгла 

тяъщиз 


олунараг 

ящалийя дцнйа стандартларына уйьун 

сявиййядя тибби хидмят эюстярир. 

Улу  юндярин  мцяййянляшдирдийи 

сийасятин 

Президент 

Илщам 

Ялийев 


тяряфиндян 

уьурла 


давам  етдирилдийини  вурьулайан 

Я.Ямирасланов 

билдирмишдир 

ки, 


fərəhli haldır ki, cənab İlham Əliyev 

2008-ci  il  mart  ayının  13-də  daha 

bir  sərəncam  imzalamışdır.  Bu 

sərəncamla 

Tədris-Cərrahiyyə 

Klinikasının 

yaradılmasına 

və 


tikintisinə  başlanılmış,  2013-cü  il 

sentyabrın  12-də  istifadəyə  veril-

mişdir:  İndi  artıq  ATU  nun  Tədris-

Cərrahiyyə Klinikası da ulu öndərin 

bünövrəsini  qoyduğu  Azərbaycan 

Tibb  Universiteti  klinikaları  sırasına 

daxil olmuşdur.

Sözünə  davam  edən  rektor 

əlavə  etdi  ki,  ümummilli  liderimizin 

Azərbaycan  səhiyyəsinin,  eləcə  də 

Azərbaycan tibb elmi və tibb təhsili 

sisteminin dayanıqlı və sabit inkişa-

fının  təminatına  işıq  salan  ideyaları 

heç vaxt sönməz və tükənməz ener-

ji mənbəyimiz, zəngin xəzinəmizdir.

Ulu  Öndərin  müəyyənləşdirdiyi 

siyasətin  Prezident  İlham  Əliyev 

tərəfindən uğurla davam etdirildiyini 

vurğulayan  Ə.Əmiraslanov  bildir-

mişdir ki, paytaxt Bakıda və region-

larda yeni tikilən və əsaslı təmirdən 

çıxan səhiyyə ocaqlarının ən müasir 

tibb avadanlıqları ilə təchiz edilməsi 

bunun  əyani  təzahürüdür:  «Ümum-

milli lider Heydər Əliyevin 91 illik yu-

bileyi  Azərbaycanın  hər  guşəsində, 

bütün idarə və müəssisələrdə, eləcə 

də azərbaycanlıların yaşadıqları xa-

rici ölkələrdə böyük təntənə ilə qeyd 

olunmaqdadır.  Bu  tədbirlər  tarixi 

şəxsiyyət  olan  Heydər  Əliyevin  mi-

silsiz  xidmətlərinə  qədirbilən  xal-

qımız  tərəfindən  verilən  qiymətin, 

sonsuz  ehtiram  və  sevginin,  ina-

mın təzahürüdür. Ulu öndər Heydər 

Əliyev  ardıcıl  və  məqsədyönlü 

dövlətçilik  və  siyasi  fəaliyyəti  ilə 

müstəqil Azərbaycan dövlətinin ba-

nisi,  xilaskarı  və  qurucusu  olmaqla 

bərabər,  həm  də  XX  əsrin  dün-

ya  siyasətində  silinməz  izlər  qoy-

muş  tarixi  şəxsiyyətdir.  Adı  tarixdə 

əbədiləşən  dünya  şöhrətli  siyasətçi 

Heydər  Əliyevin  ölkəmizin  dövlət 

müstəqilliyi  bərpa  edildikdən  son-

ra  ATU-da  müəllim  və  tələbələr 

qarşısında  proqram  xarakterli  çı-

xışı  və  gələcək  həkimlərə  dəyərli 

məsləhətlər  verməsi  universitetin 

tarixində  silinməz  izlər  qoymuş-

dur.  Buna  görə  də  hər  il  universi-

tet  əməkdaşlarının  elmi-tədqiqat 

işlərinin  yekunlarına  dair  ənənəvi 

konfransı  bundan  sonra  da  ulu 

öndərin  doğum  günü  ərəfəsində 

keçirəcəkdir». 

Onu da qeyd edək ki, Azərbaycan 

Tibb  Universiteti  kollektivi  ulu 

öndərimiz  Heydər  Əliyevin  ana-

dan  olmasının  91-ci  ildönümü 

münasibətilə  mayın  2-də  ATU-nun 

Tələbə  Elmi  Cəmiyyəti  tərəfindən 

təşkil  edilmiş  tələbələrin  və  gənc 

həkimlərin  I  Beynəlxalq  elmi  konq-

resi,  mayın  7-də  isə  Azərbaycan 

Tibb  Universiteti  əməkdaşlarının 

beynəlxalq  elmi-praktik  konfransı 

keçirilmişdir.

Sonra    universitetin  elmi  işlər 

üzrə  prorektoru,  professor  İbrahim 

İsayev konfransın plenar hissəsının 

gündəliyini  elan  edərək  sözü 

məruzəçılərə verdi.  

Plenar  iclasda  universitetin  pro-

fessorları  Nuru  Bayramov 

“Lapa-

roskopik  təcrübəmizin  bu  günü 

və  perspektivləri”,  Qalib  Qarayev  

“Reperfuzion  sindrom    və    ondan 

törənmiş  orqan  çatmazlığının 

patofizioloji  aspektləri”  ,    Habil 

Muradov   



“Yumşaq  toxumala-

rın  bədxassəli  şişlərində  damar 

endotelial  faktorunun  pronos-

tik    əhəmiyyəti”,    Çingiz  Rəhimov  

“Üz-  çənə  nahiyyəsinin  defekt  və 

deformasiyaları  olan  xəstələrin 

bərpaedici 

əməliyyatlarının 

planlaşdırılmasında  yeniliklər”, 

İsfəndiyar 

İsmayılov 

“Ümumi 

cərrahiyyə  təcrübəsində  Ketamin 

preparatının yeri” və dosent Ramin 

Bayramlı 



“Nozokomoial  infeksiya 

törədicilərində  antibiotiklərə  re-

zistentlik problemləri”   mövzusun-

da  təbabətin  ən  aktual  problemləri 

ilə  bağlı  məruzələri  dinlənilmiş  və 

müzakirələr aparılmışdır. 



MƏNSUR

Mayın 8-də bir sıra nüfuzlu 

ali məktəblərin nümayəndələri 

Azərbaycan Tibb Universitetinin qonağı 

olub. Nümayəndə heyətinə Harvard 

Universiteti Boston Uşaq Xəstəxanası, 

İnkişaf qüsurları kafedrasının direktoru 

Kerim Munir, Hacettepe Universiteti, 

Xarici dillər fakültəsinin direktoru 

professor Tuncay Ergene, Ankara 

Universitetinin Uşaq Psixiatriyası 

kafedrasının dosenti Özgür Önər 

daxildir.

ATU-nun  elmi  işlər  üzrə  prorekto-

ru,  professor  İbrahim  İsayevin  iştira-

kı  ilə  baş  tutan  görüşdə  Azərbaycan 

universitetlərinin “Global Mental Health 

&Neurodevelopment  Reseach  Training 

İnitiatives”  layihəsinə  qoşulması  haq-

qında  müzakirələr  aparılıb.  Psixiatri-

ya  kafedrasının  ATU  tərəfindən  həmin 

layihədə iştirak edəcəyi önə sürülüb.

Görüş  zamanı  İ.İsayev  qonaqlara 

universitet,  ATU-nun  klinikalarının 

fəaliyyəti  haqqında  ümumi  məlumat 

verərək  “Global  Mental  Health  &Neu-

rodevelopment  Reseach  Training  İniti-

atives”  layihəsində  iştirakçılığın  ATU 

üçün böyük əhəmiyyət daşıdığını bildi-

rib. Müzakirələrdə psixiatriya kafedrası-

nın müdiri, professor Gəray Gəraybəyli 

layihənin həyata keçirilməsi yollarından 

danışıb. 

Görüşdə 


qonaqlarla 

gələcək 


əməkdaşlığın  təfərrüatları  haqqında  da 

müzakirələr aparılıb.                 



Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş 

“Təbabətin aktual problemləri” mövzusunda elmi  konfrans keçirilmişdir

Əməkdaşlığa dair müzakirələr aparılıb 

ATU-nun mətbuat xidməti

15 may   2014-ъц ил

http://www.amu.edu.az

3

Azərbaycan  Tibb  Universitetinin  5  fəal  tələbəsi 

Nabranın  “Təhsil”  istirahət  mərkəzinə  yola  düşüb.  V 

kurs tələbəsi Araz İsmayılovun rəhbərlik etdiyi qrupa 

Sərxan Şükürov, Humay Mehdiyeva, Günel Salmano-

va və Şəmsi Nuriyev daxildir. 

Onlar 

“Vətənim 



Azərbaycan” 

mövzusunda 

vətənpərvərlik  tərbiyəsinə  həsr  olunmuş  konfransda 

iştirak edəcəklər. 

“Vətənim  Azərbaycan”  konfransı  Azərbaycan 

Təhsil  İşçiləri  Azad  Həmkarlar  İttifaqı  Respublika 

Komitəsi  tərəfindən  təşkil  olunur.  14-16  may  2014-

cü  il  tarixlərində  baş  tutacaq  tədbirin  əsas  məqsədi 

gənclərdə  vətənpərvərlik  hisslərinin  gücləndirilməsi, 

bu mövzuda maarifləndirici söhbətlərin aparılması və 

gənclərin bu məsələ ətrafında şəbəkələşməsinə yar-

dım göstərilməsi, onların dövlət gənclər siyasətinə öz 

töhfələrini verməsini stimullaşdırmaqdır.

Mayın  6-da  səhiyyə  naziri  Oqtay  Şirəliyev  Azərbaycan  Tibb 

Universitetinin (ATU) rektoru, millət vəkili, akademik Əhliman 

Əmiraslanovla birgə ATU-nun Stomatoloji Klinikasının nəzdində 

yeni tikilən Stomatoloji Tədris Mərkəzinə baxış keçirib. 

Stomatoloji Klinikanın direktoru Alqış Səfərov mərkəzdə quraş-

dırılan  yeni,  məxsusi  olaraq  mərkəz  üçün  Avropadan  gətirilən 

avadanlıqlar barədə məlumat verib. Onun sözlərinə görə, dünya-

nın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu ava-

danlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə 

müstəsna əhəmiyyətə malikdir.

Səhiyyə  naziri  Oqtay  Şirəliyev  Stomatoloji  Mərkəzdə  görülən 

işləri, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Bildirib 

ki, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə 

cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla ça-

lışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.

Daha    sonra  isə  nazir    O.Şirəliyev  və  rektor  Ə.Əmiraslanov 

ATU-nun  4  saylı  tədris  binasındakı  vəziyyət,  xüsusilə  elektron 

mikroskopiya  laboratoriyasında  quraşdırılan  yeni  avadanlıqla 

tanış olublar. Məlumat verilib ki, burada dünya universitetlərinin 

laboratoriyalarında  istifadə  olunan  tam  avtomatlaşdırılmış,  ən 

müasir analizatorlar yerləşdirilib.

Nazirlə  görüşdə  stomatologiya  fakültəsinin  dekanı,  professor 

Zöhrab  Qarayev,  uşaq  stomatologiyası  kafedrasının  müdiri, 

professor  Rəna  Əliyeva,  insan  anatomiya  kafedrasının  müdiri, 

professor Vaqif Şadlinski, kafedranın professoru Mübariz Allah-

verdiyev, epidemiologiya kafedrasının müdiri, professor İbadulla 

Ağayev, biokimya kafedrasının müdiri, professor Arif Əfəndiyev 

və digərləri iştirak ediblər.

Mayın 

2-də 

Azərbaycan 

Tibb 

Universitetində (ATU) tibb tələbələrinin və 

gənc  həkimlərin  1-ci  beynəlxalq  konqresi 

öz işinə başlayıb. Azərbaycanın ümummilli 

lideri Heydər Əliyevin anadan olmasının 91-

ci ildönümünə həsr olunmuş konqresə ATU-

nun  müəllim  və  tələbələri,  dünyanın  10-a 

yaxın  ölkəsinin  aparıcı  universitetlərinin 

professor  və  tələbələri  qatılıblar.  Tədbirdə 

əvvəlcə Azərbaycan Respublikasının dövlət 

himni  səsləndirilib.  Sonra  Azərbaycanın 

tarixi  keçmişindən  və  bu  günündən, 

zəngin  mədəniyyəti  və  tarixi-memarlıq 

abidələrindən  bəhs  edən  film  nümayiş 

etdirilib.

Konqresin  açılış  mərasimində  çı-

xış  edən  ATU-nun  rektoru,  Milli 

Məclisin deputatı, akademik Əhliman 

Əmiraslanov 

müasir 


müstəqil 

Azərbaycan  dövlətinin  memarı  və 

qurucusu,  xalqımızın  ümummilli  li-

deri  Heydər  Əliyevin  doğum  günü 

ərəfəsində  ölkəmizdə,  eləcə  də 

rəhbərlik etdiyi təhsil müəssisəsində 

bir  çox  beynəlxalq  əhəmiyyətli 

tədbirlərin 

keçirilməsinin 

artıq 


ənənəyə  çevrildiyini  bildirib.  Bunun 

ulu  öndərin  təhsilə  və  səhiyyəyə 

göstərdiyi  qayğı  ilə  bağlı  olduğunu 

diqqətə  çatdırıb:    “Bu  gün  açılışına 

toplaşdığımız  tələbələrin  və  gənc  həkimlərin 

ilk  beynəlxalq  konqresi  də  məhz  bu  ərəfəyə 

təsadüf edir. Mənə elə gəlir burada oturanların 

hər  biri  çox  gözəl  bilir  ki,  ulu  öndər  gəncliyə 

son  dərəcə  yüksək  qiymət  verirdi  və  böyük 

qayğı  göstərirdi.  Onun  gəncliyimizə  qayğısı 

sayəsində bir çox yüksək ixtisaslı mütəxəssislər 

yetişdirilmişdir  ki,  bu  gün  onlar  Azərbaycana 

layiqincə xidmət edirlər. Biz çox şadıq ki, ulu 

öndərin  gəncliyə,  təhsilə,  elmə,  səhiyyəyə, 

mədəniyyətə olan qayğısı və diqqəti möhtərəm 

Prezidentimiz  tərəfindən  uğurla  davam  etdi-

rilir.  Bu  konqres  də  cənab  İlham  Əliyevin  bu 

sahəyə  olan  diqqətinin  bariz  nümunəsidir. 

Tələbə  Elmi  Cəmiyyətində  belə  konfranslar 

hər  il  keçirilir.  Ancaq  bu  il  belə  qərara  gəldik 

ki,  bu  konfrans  tək  universitet  çərçivəsində 

yox,  beynəlxalq  səviyyədə  olsun.  Artıq  bu 

beynəlxalq konfrans reallaşıb. Dünyanin 10-a 

qədər  ölkəsindən,  xeyli  yüksək  ixtisaslı,  öz 

sahəsində  tanınmış  professor-müəllim  heyəti 

və  tələbələr  gəliblər.  Azərbaycana  gəlmiş  bu 

mütəxəssislər,  tələbələr  ölkəmizin  inkişafını, 

təhsilimizin müvəffəqiyyətlərini görürlər və öz 

ölkələrində Azərbaycan haqqında fikir forma-

laşdırırlar.  Gənclərimizin  elmi  tədqiqatlarının 

nəticələrinin müzakirəsi sayəsində diskussiya 

mədəniyyəti formalaşır”. 

TEC-in  elmi  rəhbəri,  professor  Amalya 

Əyyubovanın  əməyini  yüksək  qiymətləndirən 

rektor mayın 3-dək davam edəcək konqresdə 

təbabətin  aktual  problemlərinə  həsr  olun-

muş  elmi  müzakirələrin  aparılacağını  deyib: 

“Konqresdə həmçinin Türkiyə, İsrail və Rusiya-

nın  nüfuzlu  universitetlərinin  professorlarının 

onkologiya,  cərrahiyyə,  mikrobiologiya,  his-

tologiya,  stomatologiya,  əczaçılıq,  pediatriya, 

genetika,  tibbi  statistika  və  ümumi  mövzular 

üzrə elmi məruzələri dinləniləcəkdir. Eyni za-

manda,  yerli  və  xarici  tələbələr  təqdimatlarla 

çıxış  edəcəklər.  Bu  isə  ölkələrimiz  arasında 

elmi əlaqələrin qurulmasında böyük əhəmiyyət 

daşıyır”.

Qeyd  edilib  ki,  gənc  həkimlərin  elmi 

tədqiqatlara  cəlb  olunmasında  və  onlarda 

diskussiya  mədəniyyətinin  formalaşmasında 

belə tədbirlərin böyük əhəmiyyəti vardır.

Konqresdə  iştirakından  məmnun  qaldı-

ğını  bildirən  Türkiyənin  İstanbul  Universi-

tetinin  professoru  Cavit  Avçi  qeyd  edib  ki, 

dəfələrlə  Türkiyədə  olan  TEC-in  sədri,  do-

sent Müşfiq Həsənovla konqres öncəsi geniş 

fikir  mübadiləsi  aparıblar.  Bakıda  özünü  öz 

evindəki  kimi  hiss  etdiyini  söyləyən  türkiyəli 

professor təhsil əlaqələrimizin səmərəli olaca-

ğına əminliyini vurğulayıb. 

Rusiya  Federasiyasının  Tümen  Dövlət  Tibb 

Universitetinin professoru Vitali Bıçkov çıxışın-

da  dünya  ölkələrinin  tibb  təhsili  üzrə  təcrübə 

mübadilələrinin  mühüm  rolunu  qeyd  edib. 

Azərbaycanın sürətlə inkişaf etdiyini, ATU-nun 

tələbələri ilə ünsiyyətdən zövq aldığını bildirən 

rusiyalı alim ATU-ya xatirə hədiyyələri təqdim 

edib.


Konqresin bədii hissəsində Azərbaycan mu-

siqisinin  ölməz  inciləri  təqdim  olunub.  Dahi 

Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” ope-

rasından Gülçöhrənin ariyasını və digər musiqi 

parçalarını iştirakçılar alqışlarla qarşılayıblar.

Konqres öz işini plenar iclaslarda davam 

etdirib.

Arif MƏMMƏDLİ

Səhiyyə naziri ATU-nun 

Stomatoloji Klinikasının 

nəzdində yeni tikilən tədris 

mərkəzində olub

Bakıda tibb tələbələrinin və gənc həkimlərin 

1-ci beynəlxalq konqresi keçirilib

Tələbələrimiz Nabranda konfransda iştirak edəcək

Fotolar Cənnətalı Çingizindir


http://www.amu.edu.az

15 may  2014-ъц ил

4

A

zərbaycan  Respublikası-

nın 28 may 1918-ci ildən 

28  aprel  1920-ci  il  tarixinə 

qədər cəmi 23 ay davam edən 

müstəqilliyi  tarix  salnaməsinə 

qızıl  hərflərlə  yazılan  bir  dövr 

olsa  da,  Azərbaycan  xalqı  70 

ilə  yaxın  müddətdə  bolşe-

vik  işğalının  qurbanına  çev-

rildi.  Bu  illər  ərzində  ərazi 

bütövlüyümüzlə  birlikdə  elmi-

miz, təhsilimiz, səhiyyəmiz, iqti-

sadiyyatımız,  mədəniyyətimiz, 

ədəbiyyatımız,  incəsənətimiz, 

bütün mənəvi dəyərlərimiz, ye-

raltı  və  yerüstü  sərvətlərimiz 

məhrumiyyətlərə, talana, qarə-

tə,  müstəmləkə  tabe çili yi nə 

məruz  qalaraq  külli  miqdarda 

itkilərlə üzləşdi.

1991-ci  ildə  Azərbaycanın  70 

il müddətində daşıdığı bolşevik-

şovinist boyunduruğunu qıraraq 

azadlığa çıxması ilk vaxtlar sırf 

rəmzi məna daşıdı və ağır həyat 

imtahanı  qarşısında  qaldı.  İlk 

müstəqillikdə  olduğu kimi, ikin-

ci  müstəqilliyin  də  ilk  illərində 

Azərbaycanın  düşmənləri  onun 

müstəqilliyini  «beşikdə  ikən 

boğmağa», onu məhv etməyə ça-

lışırdılar.

1993-cü  il  iyunun  15-də 

Azərbaycanın  müstəqilliyinin 

tükdən  asılı  olduğu  bir  dövrdə 

ümummilli 

lider 


Heydər 

Əliyevin  yenidən  ölkəmizdə 

siyasi  hakimiyyətə  qayıdı-

şı  bütövlükdə  Azərbaycanla  

birlikdə  onun  elmini,  təhsilini, 

mədəniyyətini,  incəsənətini  də 

xilas  etdi.  Xilas  olunanlar  ara-

sında  Azərbaycan  səhiyyəsinin, 

Azərbaycan  tibb  elmi  və  tibb 

təhsili  sisteminin  də  olması 

bu  sahələrin  nümayəndələrini 

ürəkdən  sevindirdi,  onlar  da 

özlərində  yeni  ruh  yüksəkliyi, 

yeni güc, yeni qüvvə hiss etdilər. 

Bizə  elə  gəlirdi  ki,  belə  yüksək 

əhval-ruhiyyə  Azərbaycan  Tibb 

Universiteti  əməkdaşları  arasın-

da daha qabarıq şəkildə cərəyan 

edir. Bəlkə də bu onunla əlaqədar 

idi  ki,  1991-ci  il  fevralın  4-də 

N.Nərimanov adına Azərbaycan 

Dövlət 


Tibb 

İnstitutunun 

N.Nərimanov adına Azərbaycan 

Tibb  Universiteti  statusu  əldə 

etməsindən  sonra  ilk  dəfə  bu 

təhsil ocağında inamlı addımlar 

atılır,  Heydər  Əliyev  ideyaları-

nın gələcək qələbələrinin parlaq 

üfüqləri  aydın  sezilməyə  baş-

layırdı.  1993-cü  ildən  etibarən 

Azərbaycan Tibb Universitetində 

keçirilən  hər  bir  elmi  şura  icla-

sında  ölkəmizin  yeganə  ali  tibb 

təhsili ocağı olan bu ali məktəbin 

rektoru  akademik  Əhliman 

Əmiraslanov 

Azərbaycanın 

Dövlət  müstəqilliyi  haqqın-

da  səmimi  söhbətlər  apa-

rır, 


“müstəqilliyi 

insan 


mənəviyyatının ən dəyərli qida-

sı» adlandırırdı. Azərbaycandan 

beyin axınının sürətləndiyi çətin 

bir dövrdə Moskvadakı rahat iş 

yerini qoyub Bakıya gələn, xal-

qının, millətinin ağır günlərində 

ona  professional  həkim  yardımı 

göstərməyə  tələsən  əsl  Vətən 

oğlu  Əhliman  Əmiraslanov 

hər 


çıxışında 

əməkdaşlara 

müvəqqəti  çətinliklərin  öm-

rünün  az  olacağından  danışır, 

müstəqilliyimizin  təminatçısı 

dahi  Heydər  Əliyevin  ətrafında 

sıx  birləşməyin  vacibliyini  on-

lara  inandırıcı  dəlillərlə  izah 

edirdi.  Bu  çıxışların  həmin 

dövrdəki  stenoqrafik  yazıları 

ATU-nun  arxivində  hazırda  da 

saxlanılır.  Əhliman  müəllimin 

dövlət  müstəqilliyimizə  həsr  et-

diyi  səmimi  çıxışlarının  gücü, 

qüvvəsi onda idi ki, əməkdaşlar 

da, elmi şura üzvləri də bu səmimi 

çıxışları eyni səmimiliklə qəbul 

etmək  məfkurəsində  idilər  və 

onlar  bu  çağırışlara  adekvat 

reaksiya  verərək  ulu  öndərin 

ideyaları  ətrafında  sıx  birləşir, 

professional  borclarını  ləyaqətlə 

yerinə yetirirdilər.

İndi  o  vaxtdan  20  ildən  artıq 

bir  vaxt  keçib  və  biz  ATU-nun 

yaranmasının 84-cü ildönümünü 

yeni nailiyyətlərlə qarşılayırıq.

XX  əsrin  90-cı  illərinin  bi-

rinci  yarısında  –  1994-cü  il 

sentyabrın  20-də  ulu  öndər 

Heydər  Əliyevin  təşəbbüsü  və 

təşkilatçılığı  ilə  Bakı-Tbilisi-

Ceyhan  neft-boru  kəmərinin 

çəkilişi ilə əlaqədar müqavilənin 

-  «Əsrin  müqaviləsinin»  im-

zalanması  müstəqil  ölkəmizin 

iqtisadiyyatının  gələcək  inkişa-

fının möhkəm bünövrəsini qoy-

du.  Bu  müqavilədən  ruhlanan 

Azərbaycan  Tibb  Universiteti 

rəhbərliyi yeni layihələr hazırla-

yır, ölkəmizin tibb elminin, tibb 

təhsili sisteminin islahatlarla in-

kişaf  etdirilməsinin  yollarının 

axtarışlarını uğurla davam etdi-

rirdi.  Yadımdadır  ki,  Əhliman 

müəllim 1993-cü ildən etibarən, 

demək olar ki, hər dəfə elmi şura 

iclası keçirilərkən müzakirə olu-

nan  mövzular  üzrə  yekun  nitqi 

söyləyir  və  öz  nitqində  mütləq 

tibb elmi və tibb təhsili sistemi-

nin  inkişafını,  xarici  ölkələrdə 

olduğu  kimi,  Azərbaycan  Tibb 

Universitetinin  də  öz  klinikala-

rının  olması  ilə  əlaqələndirirdi. 

O,  deyirdi  ki,  «Nə  qədər  ki, 

ATU-nun öz klinikaları yoxdur, 

ölkəmizdə  tibb  təhsili  sistemi-

nin  mükəmməl  inkişaf  etməsi, 

beynəlxalq  standartlara  uyğun-

luğu haqqında tam fikir söyləmək 

o qədər də inandırıcı olmayacaq 

və  bu  inkişafa  nail  olmaq  üçün 

Azərbaycan  Tibb  Universiteti 

mütləq özünəməxsus klinikalara 

malik olmalıdır”. Ümumiyyətlə, 

Əhliman müəllimin elmi şura ic-

laslarındakı çıxışlarında iki mü-

hüm məsələ həmişə onun çıxış-

larının anna xəttini təşkil edirdi. 

Bunlardan  biri  qeyd  etdiyimiz 

kimi, xarici ölkələrdəkinə uyğun 

olaraq ATU-nun özünün klinika-

larının olmasından, digəri isə bu 

təhsil  ocağında  diplomdanson-

rakı  hazırlığın  SSRİ  dövründən 

qalma  internatura  sistemi  ilə 

deyil,  beynəlxalq  aləmdə  daha 

mükəmməl  sayılan  rezidentura 

sistemi ilə aparılmasına keçidin 

təşkilindən  ibarət  idi.  ATU-nun 

ayda bir dəfə keçirilən elmi şura 

iclaslarının hər birində müzakirə 

olunan  məsələlərin  biri  mütləq 

tibb təhsili ilə bağlı olurdu və ona 

görə  də  şahidi  olduğum  iclasla-

rın protokollarını stenoqramdan 

çap  vərəqinə  köçürdüyüm  üçün 

inamla  deyirəm  ki,  Əhliman 

müəllim hər iclasda bu məsələləri 

həmkarları ilə dönə-dönə ətraflı 

müzakirə  edir,  onların  birgə 

kollegial  həllinə  çalışırdı.  Rek-

tor  bu  məsələlərdən  danışarkən 

ilk  növbədə    birinci  cərgədə 

əyləşmiş  akademik  Böyükkişi 

Ağayevə,  akademik  Adilə  Na-

mazovaya,  digər  nisbətən  yaşlı 

professorlara  müraciət  edir,  on-

ların bu məsələyə münasibətləri 

ilə  maraqlanırdı.  Çünki  o 

dövrdə,  yəni  müstəqilliyimizin 

ilk  illərində  alimlərimizin 

beynəlxalq  əlaqələri  o  qədər  də 

sıx deyildi, yalnız akademiklərin 

və  tək-tək  professorların  xa-

rici  ölkələrin  ali  tibb  təhsili 

müəssisələri  ilə,  müvafiq  tibb 

alimləri  ilə  az-çox  əlaqələri  var 

idi və onlar xarici ölkələrdə elmi 

ezamiyyətdə  olduqdan  sonra 

həmişə hesabat xarakterli çıxış-

lar edir, təəssüratlarını elmi şura 

üzvləri  ilə  bölüşürdülər.  Onlar 

Əhliman  müəllimin  mütərəqqi 

ideyalarını  dəstəkləyərək  təs-

diqləyir  və  onun  ideyalarının 

reallığa  çevriləcəyini  ümidlə 

gözləyirdilər.  Lakin  bütün  bun-

lara  baxmayaraq  90-cı  illərin 

iqtisadi  çətinlikləri  illərində 

ölkə miqyasında maddi cəhətdən 

bunu  həyata  keçirmək  müm-

kün  deyildi.  Əhliman  müəllim 

bir nüansı da heç vaxt nəzərdən 

qaçırmırdı  və  qeyd  edirdi  ki, 

ölkəmizin 

iqtisadi 

qüdrəti 


tədricən  möhkəmləndikcə  biz 

mütləq bu arzularımıza  çataca-

ğıq.  Xoşbəxtlikdən  bu  belə  də 

oldu.


Azərbaycan  Tibb  Universiteti 

90-cı  illərin  ikinci  yarısının  ilk 

illərində,  daha  doğrusu  1996-cı 

ildə ulu öndərin bu təhsil ocağı-

na, həkimlərə, səhiyyə işçilərinə 

olan diqqət və qayğısı sayəsində 

Dünya Təhsil Birliyinin London-

da  çıxan  Beynəlxalq  reyestrinə 

daxil  edildi.  Bu,  MDB  ölkələri 

arasında  Rusiya  Federasiyası 

və  Ukraynadan  sonra  üçün-

cü  göstərici  idi.  Bundan  sonra 

Azərbaycan  Tibb  Universiteti 

akademik  Ə.T.Əmiraslanovun 

rəhbərliyi  altında  Qaradəniz 

Hövzəsiətrafı  Ali  Məktəblər 

Birliyinin, Beynəlxalq Universi-

tetlər Assosiasiyasının və Avro-

pa Ali Məktəblər Assosiasiyası-

nın tam hüquqlu üzvü seçildi.

Əhliman  müəllim  ulu  öndərlə 

görüşlərinin  birində  ATU-da 

tədris  binalarının  çatışmadığı 

barədə  mülahizələrini  söyləmiş 

və  hələ  SSRİ  dövründə  ümum-

milli  liderin  özü  tərəfindən 

bünövrəsi  qoyulan  11  mərtəbəli 

tədris  binasının  tikintisinin 

davam  etdirilməsi  haqqın-

da  fikirlərini  bildirmişdi.  Ulu 

öndər  ölkə  iqtisadiyyatının  ən 

çətin  dövründə  belə  ölkədə 

tibb  təhsilinin  yaxşılaşdırılma-

sı  naminə  bu  məsələni  diqqət 

mərkəzində  saxlayaraq  binanın 

inşasının  davam  etdirilməsinə 

qayğı ilə yanaşdı, bu istiqamətdə 

müvafiq göstərişlər verdi. 1998-

ci  il  sentyabrın  28-də  bina-

nın  açılışı  mərasimində  ulu 

öndər  dərin  məzmunlu  tarixi 

nitq  söylədi,  sonra  Əhliman 

müəllimlə 

birlikdə 

binada 

yerləşdirilmiş  bütün  kafed-



ralarla  tanış  oldu,  kollektivə 

öz  dəyərli  məsləhətlərini  ver-

di.  Bundan  sonra  2000-ci  ildə 

akademik 

Ə.T.Əmiraslanov 

çoxdan  bəri  elmi  şura  iclas-

larında  müzakirəyə  çıxardığı 

ATU-nun  öz  klinikalarının  ol-

ması  məsələlərini  ulu  öndərə 

açıb  söylədi  və  bu  məsələni 

yüksək  dəyərləndirən  ulu  öndər 

ATU-nun tarixində ilk dəfə Sto-

matoloji  Klinikanın  yaranması-

na göstəriş verdi. Tezliklə ATU-

nun ilk klinikasının yaradılması 

reallaşdı. Bununla da akademik 

Ə.T.Əmiraslanovun  son  10  ilin 

hər  günü,  hər  saatında  qəlbinin 

dərinliklərində  ölçüb-biçdiyi, 

hərtərəfli  hazırladığı  ideyanın 

təməl daşları ulu öndərin qayğısı 

sayəsində sıralanmağa başladı.

2006-2007-ci  dərs  ilinin 

əvvəlində  ümummilli  lide-

rimizin  sədaqətli  davamçısı 

cənab  Prezident  İlham  Əliyevlə 

olan  görüşlərində  akademik 

Əhliman  Əmiraslanov  ulu 

öndərin  bünövrəsini  qoyduğu 

ATU-nun  öz  klinikalarının  da-

vamının  gəlməsi  haqqında  olan 

fikirlərini  cənab  Prezidentə  çat-

dırdı və ondan bir neçə ay sonra 

–  2007-ci  ilin  iyun  ayında  ölkə 

başçımızın  göstərdiyi  diqqət  və 

qayğı  sayəsində  ATU-nun  say-

ca ikinci klinikası olan Onkoloji 

Klinika  təşkil  edilərək  müəllim 

və  tələbələrin,  xəstə  kontingen-

tinin  istifadəsinə  verildi.  Hər 

iki  klinika  dünya  standartları-

na  uyğun  ən  müasir  cihazlar, 

aparatlar,  avadanlıqlarla  təchiz 

olunduğuna  görə  bu  ixtisaslar 

üzrə  xarici  ölkələrdə  müalicəyə 

gedənlərin  sayı  kəskin  surətdə 



: uploads -> xeberler -> tebib q
tebib q -> Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində
tebib q -> Beş günlük rezident ol
tebib q -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib q -> Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb
tebib q -> Uşaqların göz sağlamlığı Ötən il oxuculara nümunəvi xidmət göstərilmişdir
tebib q -> Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub
tebib q -> İran nümayəndə heyəti atu- da qonaq oldu qiş İmtahan sessiyasina start veriLDİ
tebib q -> Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin
tebib q -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə