I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 5.47 Mb.

səhifə1/94
tarix31.01.2017
ölçüsü5.47 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   94

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



1

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş 

 

“TÜRKOLOJİ ELMİ-MƏDƏNİ 



HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR 

VƏ YENİ ÇAĞIRIŞLAR” 

mövzusunda Beynəlxalq konfransın 

 

 



 

 

MATERİALLARI  



(I hissə)  

 

Bakı, 14-15 noyabr 2016-cı il 



 

 

 



 

 

 



 

 

 



 

 

 



“Elm və təhsil” 

Bakı – 2016 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



2

KONFRANSIN RƏYASƏT HEYƏTİ 

 

AKİF ƏLİZADƏ 



AMEA-nın prezidenti, akademik   

 

İSA HƏBİBBƏYLİ 



AMEA-nın vitse-prezidenti, akademik 

 

KAMAL ABDULLAYEV 



Millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik 

 

TEYMUR KƏRİMLİ 



AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik 

 

NAİLƏ VƏLİXANLI 



Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik 

 

NƏRGİZ AXUNDOVA



 

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü 

 

RAFAEL HÜSEYNOV 



 

N.Gəncəvi  adına Milli Azərbaycan Ədəbiyyatı  Muzeyinin direktoru, akademik  

 

TEYMUR BÜNYADOV



 

Akademik 

 

MÖHSÜN NAĞISOYLU



 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü 

 

NİZAMİ CƏFƏROV



 

Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü 

 

GÖVHƏR BAXŞƏLİYEVA



 

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru,  

AMEA-nın müxbir üzvü 

 

YAQUB MAHMUDOV



 

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü 

 

MUXTAR İMANOV



 

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü 

 

ƏRTEGİN SALAMZADƏ



 

AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



3

KONFRANSIN TƏŞKİLATÇILARI: 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti  

Azərbaycan Respublikası Təhsil Nazirliyi  

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  

AMEA Nəsimi adına Dilçilik İnstitutu  

AMEA Nizami adına Ədəbiyyat İnstitutu  

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu 

   

Konfrans 2016-cı il noyabr ayının 14-15-də Bakı şəhərində keçiriləcəkdir 



Açılış mərasimi

:  AMEA Rəyasət Heyətinin binası, Böyük akt zalı, III m. 

Bölmə iclasları

: AMEA-nın Mərkəzi  Elmi Kitabxanası, II, III, IV m. 

Ünvan: Bakı, H.Cavid prospekti, 115 

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ 



İSA HƏBİBBƏYLİ 

AMEA-nın vitse-prezidenti, akademik, sədr 

MÖHSÜN NAĞISOYLU 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 

AMEA-nın müxbir üzvü, müavin 

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİNİN ÜZVLƏRİ 



ŞAHİN MUSTAFAYEV  

 

AMEA-nın müxbir üzvü  



İLHAM TAHİROV  

 

 



fil.ü.e.d., prof.  

İSMAYIL 


KAZIMOV 

 

  fil.ü.e.d., 



prof. 

İSMAYIL MƏMMƏDLİ  

 

fil.ü.e.d., prof. 



MAYIL ƏSGƏROV  

 

 



fil.ü.e.d., prof. 

MƏMMƏD ƏLİYEV 

  

 

fil.ü.e.d., prof. 



MƏSUD 

MAHMUDOV 

  fil.ü.e.d., 

prof. 


NADİR 

MƏMMƏDLİ 

  fil.ü.e.d., 

prof. 


SAYALI SADIQOVA     

 

fil.ü.e.d., prof. 



SEVİL MEHDİYEVA     

 

fil.ü.e.d., prof. 



AYNEL MƏŞƏDİYEVA  

 

fil.ü.f.d., dos.  



AYTƏN BƏYLƏROVA  

 

fil.ü.f.d., dos.  



BABA MƏHƏRRƏMLİ  

 

fil.ü.f.d., dos.  



RASİM 

HEYDƏROV 

  fil.ü.f.d., 

dos. 


TEYYUB QULİYEV    

 fil.ü.f.d., 

dos. 

ELÇİN İBRAHİMOV  



 

KONFRANSIN MƏSUL KATİBİ: 

SEVİNC MƏMMƏDOVA 

  

fil.ü.f.d., dos.  



 

KONFRANSIN MƏTBUAT KATİBİ: 

TƏRANƏ ŞÜKÜRLÜ    

 

fil.ü.f.d., dos.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



4

KONFRANSIN MATERİALLAR TOPLUSUNUN 

REDAKSİYA HEYƏTİ: 

 

ELMİ REDAKTOR: 



MÖHSÜN NAĞISOYLU  

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, 

AMEA-nın müxbir üzvü 

 

 



REDAKSİYA HEYƏTİ ÜZVLƏRİ: 

 

İLHAM TAHİROV,    



fil.ü.e.d., prof.  

İSMAYIL KAZIMOV,  

fil.ü.e.d., prof. 

İSMAYIL MƏMMƏDLİ, 

fil.ü.e.d., prof. 

MAYIL ƏSGƏROV,    

fil.ü.e.d., prof. 

MƏSUD MAHMUDOV,  

fil.ü.e.d., prof. 

NADİR MƏMMƏDLİ   

fil.ü.e.d., prof. 

SAYALI SADIQOVA,  

fil.ü.e.d., prof. 

SEVİL MEHDİYEVA,  

fil.ü.e.d., prof. 

AYNEL MƏŞƏDİYEVA,   fil.ü.f.d., dos.  

AYTƏN BƏYLƏROVA,  

fil.ü.f.d., dos.  

BABA MƏHƏRRƏMLİ,  

fil.ü.f.d., dos.  

SEVİNC MƏMMƏDOVA,  fil.ü.f.d., dos.  

RASİM HEYDƏROV   

fil.ü.f.d., dos. 

TEYYUB QULİYEV    fil.ü.f.d., 

dos. 

ELÇİN İBRAHİMOV  



 

Kompüter dizaynerləri  

CAHİD KAZIMOV 

LALƏ DƏMİROVA 

JALƏ ƏSGƏRZADƏ 

 

Kompüter operatorları 



PƏRVİN İSAYEVA 

RƏNA MƏMMƏDOVA 

XATİRƏ MƏLİKOVA 

TƏHMİNƏ AXUNDOVA 

ANARƏ BABAYEVA 

FİRƏNGİZ MƏMMƏDOVA 

MİNARƏ MƏLİKZADƏ  

 

Məruzə mətnlərindəki orfoqrafik, qrammatik və üslubi xətalara görə müəlliflər 



məsuliyyət daşıyır.  

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



5

 

BİRINCİ TÜRKOLOJİ QURULTAYIN 90 İLLIK YUBİLEYİNİN KEÇİRİLMƏSİ 



HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

2016-cı ildə Bakı şəhərində Birinci Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi tamam 

olur.  

Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında yeni mərhələnin təməlini 



qoymuş diqqətəlayiq hadisələrdəndir. Qurultayda əsaslı müzakirə obyektinə çevrilmiş problemlərlə 

bağlı böyük perspektiv əhəmiyyətə malik qərarlar qəbul edilmiş, latın qrafikalı yeni əlifbaya keçidin 

elmi-metodik prinsipləri işlənib hazırlanmışdır. Həmin əlifbanın ilk kütləvi tətbiqinə türkdilli 

respublikalardan məhz Azərbaycanda başlanılması hələ XIX əsrdən etibarən burada mütərəqqi 

ziyalıların əlifba islahatı uğrunda fəal şəkildə apardıqları mübarizənin nəticəsi idi. Lakin sovet idarə 

üsulu çox keçmədi ki, bütün bunların ardıcıl gerçəkləşdirilməsinin qarşısını müxtəlif vasitələrlə 

aldı. 

XX yüzilliyin sonlarına doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa 



etməsi ilə Azərbaycan dilinin rəsmi dövlət dili statusu qəti surətdə təsbit edildi və Türkoloji 

Qurultay tərəfindən vaxtilə irəli sürülmüş tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi 

üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra 

latın qrafikalı yeni əlifbaya keçildi və ölkənin ictimai-siyasi həyatının, xalqın yazı mədəniyyəti 

tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm addımlar atıldı. 

Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların 

formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi 

tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə 

əlamətdardır. Qazanılan nailiyyətlər eyni zamanda Qurultayın təşkili işinə töhfələr vermiş totalitar 

rejim qurbanı görkəmli alimlərin xatirəsinə ehtiramın ifadəsidir. 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

və türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını 

nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək 

məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Birinci Türkoloji 

Qurultayın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll 

etsin. 

 

 



 

 

İlham Əliyev 



Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 18 fevral 2016-cı il 

 

 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



6

Akif Əlizadə 

Azərba

ycan Milli Elmlər  



Akademiyasının Prezidenti

, akademik  

 

BİRİNCİ TÜRKOLOJİ QURULTAY – TÜRK XALQLARININ MƏDƏNİ  



HƏYATINDA MÜHÜM HADİSƏ  

1926-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultay türk 

xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini 

qoyan ən əlamətdar hadisələrdən biridir. Bu möhtəşəm toplantıda keçmiş Sovet İttifaqının müxtəlif 

bölgələrində, ucsuz-bucaqsız və geniş bir coğrafi məkanda yaşayan çoxsaylı  türk xalqlarının 

mədəni həyatı üçün bir sıra qlobal məsələlər müzakirə olunmuş, yaxın gələcəyə yönələn mühüm 

qərarlar qəbul edilmiş və ən başlıcası keçmiş Sovet İttifaqı məkanında yaşayan bütün türk xalqları 

üçün latın qrafikalı əlifbaya keçidin elmi-metodoloji prinsipləri işlənib hazırlanmışdır. 

Birinci Türkoloji Qurultayın keçirilməsi üçün Azərbaycanın paytaxtı Bakı şəhərinin seçilməsi 

heç də təsadüfi olmamışdır. Məsələ burasındadır ki, həmin dövrdə bir sıra elmi-mədəni sahələrdə 

olduğu kimi, türkologiya elmində də Azərbaycan ən qabaqcıl sıralarda yer tuturdu. Maraqlıdır ki, 

latın əlifbasının ilk kütləvi tətbiqinə də keçən əsrin 20-ci illərinin sonunda türkdilli respublikalardan 

məhz Azərbaycanda başlanılmışdır. Təqdirəlayiq haldır ki, Sovet İttifaqının süqutundan sonra da 

türkdilli müstəqil respublikalar içərisində ilk dəfə latın əlifbasına keçən Azərbaycan Respublikası 

olmuşdur. Məlum olduğu kimi, hazırda digər türkdilli respublikalardan yalnız Özbəkistanda və 

Türkmənistanda latın əlifbası tətbiq olunur. Türkiyə Cümhuriyyətinə gəldikdə isə, qardaş ölkə 

1928-ci ildən bəri latın əlifbasına keçmişdir.  

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra da ölkəmiz türkoloji 

araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınmışdır. Nüfuzlu “Türkologiya” jurnalının 

müasir elmi tələblər səviyyəsində Azərbaycan Milli Elmlər Akademiyasında öz işini davam 

etdirməsi bunun əyani sübutudur. Qeyd etmək lazımdır ki, Azərbaycanın türkologiya elmi 

sahəsində qazandığı uğurları Birinci Türkoloji Qurultayın təşkilinə töhfələr vermiş və sonralar 

repressiyaya məruz qalmış türkoloq alimlərin xatirəsinə dərin ehtiramın ifadəsidir. 

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Birinci Türkoloji Qurultaya dövlət 

səviyyəsində hüquqi qiymət vermiş və həmin tarixi hadisənin 90 illik yubileyi ilə bağlı 18 fevral 

2016-cı ildə sərəncam imzalamışdır. Sərəncamda qeyd olunduğu kimi, “XX yüzilliyin sonlarına 

doğru Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpa etməsi ilə Azərbaycan dilinin 

rəsmi dövlət dili statusu təsbit edildi və Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş 

tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı”. 

Azərbaycan Milli Elmlər Akademiyasında ölkə Prezidenti cənab İlham Əliyevin Birinci 

Türkoloji Qurultayın 90 illik yubileyi ilə bağlı sərəncamından irəli gələn vəzifələri yerinə 

yetirilməsi istiqamətində indiyədək bir sıra elmi tədbirlər, sessiya və konfranslar keçirilmiş, bu 

möhtəşəm toplantının müasir dövrdə də öz aktuallığı ilə seçilən və böyük əhəmiyyət daşıyan 

çağırışları işığında bir sıra qərarlar qəbul edilmişdir. Həmin toplantılarda Azərbaycan alimləri ilə 

yanaşı, digər ölkələrdən gələn türkoloq alimlər də iştirak etmişlər. 

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin, Nəsimi adına Dilçilik 

İnstitutunun və Akademiyanın digər institutlarının təşkilatçılığı ilə keçirilən bugünkü möhtəşəm 

Beynəlxalq Konfrans həmin tədbirlərin yekunu olaraq olduqca əhəmiyyətli bir elmi-mədəni 

hadisədir. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Türkoloji elmi-mədəni 

hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq Bakı Konfransında 250-dən 

artıq məruzəçinin, o cümlədən türk dünyasının müxtəlif ölkə və diyarlarından gəlmiş 60 nəfər 

türkoloq alimin iştirakı bu toplantının yüksək səviyəsini açıq-aşkar bir şəkildə sübut edir. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



7

İsa Həbibbəyli 

Azərbaycan Milli Elmlər Akademiyasının 

 vitse-prezidenti, akademik 

 

BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN DƏRSLƏRİ VƏ MÜASİR ÇAĞIRIŞLAR 



 

  Ümumən dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Bakı 

Türkoloji Qurultayı tarix kimi də, müasirlik baxımından da mühüm əhəmiyyətə malikdir. 1926-cı 

ilin 26 fevralından 5 martına kimi Azərbaycanda keçirilmiş Birinci Türkoloji Qurultay həm də türk 

xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya 

proseslərinin dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisədir. Törkologiyanı böyük və 

sistemli elmi təlim kimi təqdim edən Bakı Türkoloji Qurultayı beynəlxalq miqyasda da böyük əks-

səda tapmışdır. Bu, Azərbaycanın dünya türkologiyasına, geniş mənada ümumdünya elminə çox 

qiymətli töhfəsidir. Birinci Türkoloji Qurultay türk dünyasının çoxəsrlik tarixinin və böyük 

gələcəyinin elmi cəhətdən tədqiq edilib öyrənilməsinin möhtəşəm proqramıdır.  

Ümumdünya coğrafiyasında böyük yer tutan türk dünyasını landşaft olaraq Böyük çöl 

birləşdirir. Böyük çöl coğrafiyası dünya xəritəsində meşə mühiti ilə səhra arasında olan geniş 

əraziləri əhatə edir. Bəzən də yuxarı sərhədlərini dağlar, aşağı uzantılarını dənizlər əhatə edən 

Böyük çöl Şərqdən Qərbə doğru, Gündoğandan Günbatana qədər uzanıb gedir. Böyük çölün böyük 

bir hissəsində isə landşaft bir qədər dəyişir, çöllük əraziləri bözqır torpaqlar əvəz edir. Böyük çöllə 

Bozqırın torpaq örtüyündə və hətta bitki aləmində müəyyən fərqlər olduğu kimi, türk dünyasının 

etnik tərkibində də bir-birini tamamlayan oğuzlar, qıpçaqlar, türkmənlər, qaşqaylar və sair kimi 

bənzər müxtəlifliklər vardır. Bu, eyniliklərin və bənzər müxtəlifliklərin sintezi, yəni Böyük çöllə 

Bozqır landşaftının vəhdəti geniş mənada türk dünyasını özündə cəmləşdirir. At, ilxı, çadır, yovşan, 

karvanqıran, sürü, çaylar və vadilər Böyük çölün və Bozqırın rəmzləri kimi türk dünyasını 

səciyyələndirir. Eyni zamanda, türk dünyasında adət-ənənə, mətbəx, məişət və mərasimlər də oxşar, 

yaxın və doğmadır. Ən əsası isə dil faktoru türk dünyasında mühüm birləşdirici vasitə kimi çox fəal 

iştirak edir. Qədim türklərin tanrıçılıq inancı ilə sonrakı dövrlərin islam dini dünyagörüşü arasındakı 

birlik də türk dünyasını mədəni zənginliyə və mənəvi  bütövlüyə qovuşdurmuşdur. Qədim türk 

inanclar sistemi ilə islam dini dünyagörüşünün çarpazlaşması XI-XIII əsrlərdə böyük müsəlman 

intibahını yaratmışdır. Müsəlman intibahı bəşəriyyətə qüdrətli elm, sənət, fikir bahadırları bəxş 

etmişdir. Bu mənada türk dünyası coğrafiya baxımından  ümumdünya coğrafiyasının üzvi tərkib 

hissəsi olduğu kimi, üfüqlərdən-üfüqlərə qədərki geniş ərazilərdəki qohum xalqların mədəniyyətləri 

də böyük bir toplumun zəngin mənəvi mirası olmaqdan başqa, həm də bəşər sivilizasiyasının 

ayrılmaz bir parçasıdır. Bu, bənzər müxtəlifliyə malik olan landştaftda yaşayan qohum xalqları 

tarixi tale, ortaq köklər və milli-mənəvi  dəyərlər birləşdirir. Həmin böyük coğrafiyada baş verən 

etnik proseslər və inteqrasiya türk dünyasında və ümumən dünyada yenidən zənginləşməni 

şərtləndirir, daha böyük inkişafa təkan verir. Bu  isə  türk dünyasının, son nəticədə isə dünya 

mədəniyyətinin daha da inkişaf etdirilməsinə xidmət edir. Buna baxmayaraq, Türk dünyasında baş 

verən bu inkişaf və dəyərlərə ikili standartlarla yanaşma XX əsrin əvvəllərindən etibarən siyasi-

ideoloji mühitdə pantürkizm, panislamizm kimi düşünülmüş damğaları meydana çıxarmışdır. Eyni 

zamanda, tarixin müxtəlif  dövrlərində etnik proseslərdə qabaran yersiz millətçi ideyalar ümummilli 

dəyərlərin üfüqlərini aşdıqda daxili ziddiyyətlərə, hətta bəzi hallarda parçalanmaya gətirib 

çıxarmışdır. Bu prosesləri tənzimləməyin ən münasib yolu, əsas vasitəsi mədəniyyət və ədəbiyyat 

amilinin üstünlüyünün qorunub saxlanılmasından və ardıcıl olaraq inkişaf etdirilməsindən ibarətdir. 

Mədəniyyət - cəmiyyətdə ortaq dəyərlərin və baxışların tarazlı bir səviyyədə yaşadılmasına, 

qabarma və çöküşmələr arasındakı ziddiyyətlərin, çatların aradan qaldırılmasına əlverişli şərait 

yaradır. Həm də mədəniyyət amili müxtəlif  sivilizasiyalar arasındakı əlaqələrin, yaxınlaşmaların, 

bəzən isə hətta harmoniyanın təmin edilməsində mühüm rol oynayır. Buna görə də türk dünyasında 

mədəniyyət faktoru milli-mənəvi dəyərlərlə bəşəri dəyərlər arasında böyük körpü funksiyasını 

yerinə yetirir. Mədəniyyət isə geniş anlayış olub dil, ədəbiyyat, teatr, musiqi, təsviri sənət, mətbuat, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



8

adət-ənənə, milli mətbəx və sair kimi mənəvi sərvətləri əhatə edir. Mədəniyyətlə qoşa addımlayan 

ədəbiyyat milli ruhu və mənəviyyatı möhkəm surətdə qoruyub saxlayır və gələcək nəsillərə ötürür.  

Bakı şəhərində bunlara görə 26 fevral - 6 mart 1926-cı ildə keçirilmiş Birinci Türkoloji 

Qurultay ilk növbədə türk dünyasının inkişafında  baş vermiş böyük  mədəniyyət hadisəsidir. 

Birinci Türkoloji Qurultay – türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi 

epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forumdur. Bu qurultay XX əsrin 

əvvəllərində türkoloji elmi-mədəni mühitin ən aktual məsələlərinə: dilçilik, latın əlifbası, 

orfoqrafiya, tarix, ədəbiyyat, folklor, incəsənət, etnoqrafiya, terminologiya, metodika sahələrində ən 

aktual problemlərin həllinə, mövcud səviyyəsinə və inkişaf etdirilməsi yollarına işıq salan mühüm 

baxışlar sisteminin əməli-nəzəri ifadəsidir. Türk dünyası sistemində mədəni inteqrasiyanın və 

maarifçiliyin nəzəri əsaslarının və təcrübi-əməli imkanlarının müəyyən edilib istiqamət-

ləndirilməsində Birinci Türkoloji Qurultay böyük rol oynamışdır. Birinci Türkoloji Qurultayın 17 

iclasında dinlənilib müzakirə edilən 38 məruzədə humanitar və ictimai elmlərin, türkologiyanın ən 

aktual problemləri əhatə olunmuş və konkret təkliflər irəli sürülmüş, mühüm qərarlar qəbul 

edilmişdir. Bu planetin bərabərhüquqlu üzvü olan türk xalqlarının milli-mənəvi varlığının və 

gələcəyinin qurultayıdır. Ümumiyyətlə, türkologiyanın bütün genişliyi ilə beynəlxalq miqyasda 

inkişaf etdirilməsi baxımından Birinci Bakı Türkoloji Qurultayının müzakirələri və direktivləri 

xüsusi əhəmiyyətə malikdir. Qurultayda keçmiş Sovetlər Birliyində yaşayan türkdilli xalqların, 

Avropa  türkologiyasının nümayəndələrinin təmsil olunması, Türkiyə və İran ziyalılarının 

 

iştirakının təmin edilməsi əhatə olunan türkoloji mühitin genişliyini, miqyasını aydın şəkildə 



təsəvvür etməyə imkan verir. Coğrafi cəhətdən yanaşsaq, Birinci Türkoloji Qurultayda Böyük Çöl 

və Bozqır landşaftında yaşayan  xalqların əksəriyyətinin gərkəmli nümayəndələrinin təmsil edildiyi 

nadir hadisədir. 

Birinci Türkoloji Qurultay türk xalqları kimi, türkologiyanın da böyük coğrafiyasını bütün 

genişliyi və zənginliyi ilə əks etdirir. Elmi fikrin və coğrafi mühitin genişliyi bu forumun böyük elm 

hadisəsinə çevirmişdir. Bu, türkologiyanın elmi coğrafiyası, türk xalqları coğrafiyasının isə 

türkologiyasıdır. Bu, böyük Çöl və Bozqır landştaftı və mədəniyyətinin bütövlüyünün elmi-nəzəri 

əsaslarının bəyannaməsidir. Bu, türk dünyasının dünya türologiyasına möhtəşəm töhfəsidir. Bu, 

dünya türkoloji mühitində Azərbaycanın yerini və mövqeyini göstərən şərəfli tarixi hadisədir.   

Ölkələr üzrə Birinci Türkoloji Qurultayın nümayəndə heyətləri həmin xalqların tanınmış, 

görkəmli alimlərindən və ictimai xadimlərindən ibarət olub, türkologiyanın müstəqil elm sahəsi 

kimi nə qədər böyük potensiala malik olduğunu bütün reallığı ilə əks etdirirdi. Məlum olduğu kimi, 

Türkoloji Qurultayda Türkiyə Cümhuriyyəti 4 nəfərlik nümayəndə heyəti (onlardan 1 nəfəri alman 

və 1 nəfəri macar alimi olmaqla), Rusiya Federasiyası 48, Almaniya 2, Qazaxıstan 4, Özbəkistan 

11, İran 1, Türkmənistan 4, Qırğızıstan 2, Gürcüstan 5, Ermənistan 2 təmsilçi ilə iştirak etmişdir. 




  1   2   3   4   5   6   7   8   9   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə