Фирузя Мяммядли
«Say», «Əvəzlik» və «Feil» kimi əsas nitq hissələri
və bunların qrammatik kateqoriyaları verilmişdir.
«İsim» əşya bildirən, ad bildirən nitq
hissəsidir. Dünyada, bizi əhatə edən mühitdə,
bizdən kənarda və bizim mənəvi aləmimizdə maddi
və qeyri-maddi (mücərrəd) olan saysız-hesabsız
əşyalar mövcuddur. Şüur, insan təfəkkürü hər bir
əşyanın
spesifik
və
oxşar
cəhətlərini
müəyyənləşdirib, dildə onu ifadə etmək üçün
maddi qabıq – söz, linqvistik kod, semantik işarə
yaratmışdır. Əşya adlarının böyük bir qismini peşə
adı bildirən sözlər təşkil edir. Elə buna görə də
«İsim» orta məktəb şagirdlərinin peşə yönümünə
hazırlıq mərhələsində aparılası peşə məlumatı işi
üçün ən zəngin materiala (həm nəzəri, həm də
praktik) malik qrammatik kateqoriyalar toplusudur.
Lakin təəssüflə qeyd etməliyik ki, V sinfin
«Azərbaycan dili» dərsliyində verilmiş çalışmaların
böyük bir qismi bu tələbi ödəmir. Çalışmaların
məzmunu ancaq təsadüfdən-təsadüfə peşə informa-
siyası qazanmaq imkanına malikdir. Məsələn,
«Xüsusi və ümumi» isimlər mövzusu üzrə verilmiş
18 çalışmadan birində belə bu istiqamətdə iş
aparmaq imkanı yoxdur. Halbuki, ümumi isimlər
bunun üçün əlverişli məqamdır. «Tək və cəm
isimlər» mövzusu üzrə 194 nömrəli çalışmada
«sürü», «naxır», «at», «ilxı» sözlərinin məna
arenasında «çoban», «naxırçı», «ilxıçı» peşləri
barədə müsahibə aparmaq olar.
449
Сечилмиш ясярляри
lX
«İsmin
hallanması»
mövzusu
da
problemimizə müvafiq, məqsədyönlü iş aparmaq
üçün əlverişlidir. Lakin burada da münasib
çalışmaların olmadığını nəzərə alaraq, hal kateqori-
yası, bu kateqoriyanın formal əlamətlərinin
şagirdlərin zehnində möhkəmləndirilməsi məqsədi
ilə aparılan praktik iş zamanı şagirdlərdə, demək
olar ki, tanış əşya adlarının hallandırılması yolu ilə
bu barədə tam təsəvvür yaradılandan sonra müəllim
bir neçə peşə adının şagirdlər tərəfindən müstəqil
şəkildə hallandırılmasına nail ola bilər. Bu
məqsədlə yaxşı olar ki, məktəbin yerləşdiyi
regionda şagirdlərin gündəlik qarşılaşdıqları peşə
adamları ilə bağlı peşə adları seçilsin. Bu mənada
«rabitəçi»,
«avtomobil
çilingəri»,
«tokar»,
«dülgər», «dəmirçi», «bənna», «sürücü» və s.
sözlərin hallandırılması zəruridir. Qrammatik əmə-
liyyat başa çatandan sonra müəllim bu peşələr
barədə uşaqlarla müsahibə apara bilər. Müsahibə
sual-cavab və ya müəllimin izahı və şagirdlərin
peşəyə münasibəti barədə fikirlərinin öyrənilməsi
şəklində də aparıla bilər. Aşağıda «rabitəçi» və
«avtomobil çilingəri» peşələri barədə müəllimin
verəcəyi informasiyanın məzmununu veririk:
Avtomobil çilingəri:
Avtomobil
çilingəri
peşəsi
bilavasitə
avtomobil işi ilə əlaqədar olduğu üçün onun
yaranma tarixi də avtomobilin yarandığı vaxtlara
təsadüf edir.
|