Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə225/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   221   222   223   224   225   226   227   228   ...   321
Фирузя Мяммядли 
olaraq verilir. Sürücü peşəsinə avtomobil nəqliyyatı 
müəssisələri nəzdindəki avtomobil məktəblərində 
yiyələnmək olar. Arzu edənlər Ç.İldırım adına 
Azərbaycan Politexnik İnstitutunda avtomobilin 
istismarı şöbəsinə daxil ola bilər. 
Sürücü peşəsinə dair söhbət zamanı ayrı-ayrı 
nəqliyyat vasitələrində sürücü peşələrinin fərdi 
cəhətləri, məsuliyyəti, istehsal münasibətlərinin, 
istehsal proseslərinin, plan və öhdəliklərin 
ödənilməsində, sosial münasibətlərin normal dava-
miyyətində rolu və əhəmiyyəti barədə rəvan bir 
üslubda aydın və cazibədar bir dillə verilən 
məlumat şagirdlərdə bu peşənin sirləri barədə daha 
geniş təsəvvür yaradar. 
Məsələn, müəllim «avtobus sürücüsü» peşəsi 
barədə şagirdlərin əvvəlki biliklərinə istinad edərək 
əlavə edir ki, adamların hər gün iş başına və eləcə 
də evə vaxtında çatdırılmasında avtobus sürücüləri 
böyük rol oynayır. Avtobus sürücüsü yalnız maşını 
idarə etməklə kifayətlənməməli, həm də onu təmir 
etməyi bacarmalıdır. O diqqətli olmalı, hər xırda 
məsələ üçün əsəbiləşməməli, sərnişinlərlə səmimi 
rəftar etməlidir. Sonra müəllim məlumat verir ki, 
elmi-texniki 
tərəqqinin 
sürətləndirilməsi 
ilə 
əlaqədar olaraq, robot texnikası istehsalata geniş 
tətbiq olunacaqdır. Şübhəsiz ki, avtomobil 
nəqliyyatı sahəsində də avtomatlaşdırılmış texnika 
növlərindən istifadə olunacaqdır. Ona görə də bu 
gün hər bir adam kompüter savadına malik olmalı, 


455 
Сечилмиш ясярляри 
lX 
kompüter texnikasının tətbiqi yollarını dərindən 
mənimsəməlidir. Gələcəkdə avtobus sürücüsü 
olmaq istəyənlər VIII sinfi bitirərək rayonun tədris-
istehsalat kombinatında (əgər varsa) peşəqabağı 
hazırlıq keçdikdən sonra həm işləyə, həm də 
sürücülük məktəblərində təhsillərini davam etdirə 
bilərlər. 
V sinif «Azərbaycan dili» dərsliyinin 
«Mürəkkəb isimlərin əmələ gəlməsi və yazılışı» 
mövzusu üzrə verilmitş çalışmalarda mürəkkəb 
isimlərə və onların yazılışına dair gətirilən nümu-
nələrin çox təəssüf ki, istehsalat prosesləri, 
məhsuldar əmək və peşə anlayışı ifadəçiləri ilə heç 
bir münasibəti yoxdur. Mürəkkəb adlar bizi əhatə 
edən maddi aləmin bütün başqa sahələrini ehtiva 
etdiyi kimi, elm və texnikanın ən müxtəlif sahə-
lərinə, peşələrə dair nominativ informasiya 
səviyyəsində anlayışları ifadə edən leksik vahidlərə 
də aiddir. Belə ki, «fotoaparat», «vintburan», 
«qazaparat», «kino mexanik», «taxılsovuran» 
(maşın), «otbiçən» (maşın), «qaz operator» (peşə), 
«təmirçi operator» (neft sənayesi üzrə peşə), 
«mühəndis-texnik», 
«meşəbəyi» 
(peşə), 
«göydələn» (hündür binalar) və s. kimi iki müstəqil 
sözün bir vurğu ilə deyilib, bir leksik mənanın ifa-
dəsinə xidmət etməklə əmələ gələn mürəkkəb 
sözlərdən nümunə gətirmək, onların formuldaxili 
mahiyyətini şagirdlərə linqvistik aspektdə izah 
etdikdən sonra lüğəvi məna sferasında peşə 


456 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin