459
Сечилмиш ясярляри
lX
manikürçü və eləcə də xalçaçılıq, saatsazlıq,
boyaqçılıq, aşbazlıq peşələri barədə şagirdlərin
keçmiş biliklərinə istinad etməklə söhbət apara
bilər. Bu mövzuda verilən yazılı ev tapşırıqları və
imla yazıları faydalı ola bilər. Məsələn,
müəllim
aşağıdakı mətni yazdırıb, orada işlənən sifətlərin
tapılmasını tapşıra bilər:
«Böyük
bacım
Əsmət
kəndimizin
yaxınlığında gözəl və yamyaşıl bir bağın içərisində
yerləşən xalçaçılıq məktəbində oxuyur. Bacım evə
gələndə həmişə məktəbdə gördüyü işlərdən danışır.
O deyir ki, xalçaçı peşəsi də rəssamlığın bir növü
olub, tətbiqi incəsənət adlanır.
Biz orada, hər
şeydən əvvəl, rəngləri ayırd etməyi, cürbəcür
rənglərdən
yerli-yerində
istifadə
etməyi
bacarmalıyıq. Biz adi kağız üzərində işlənən
ornamentləri rəngarəng sapların köməyi ilə zəngin
boyalarla xalçaya hörməyi öyrənirik. Bu, çox
maraqlı bir iş olub, bizə hədsiz sevinc bəxş edir».
Qeyd
etməliyik ki, mətnin linqvistik
(sifətlərin müəyyənləşdirilməsi ilə) təhlilindən
sonra müəllim burada işlənən «ornament» sözünün
lüğəvi mənasını izah etməklə, «xalçaçılıq» peşəsinə
dair söhbəti davam etdirə bilər və bu peşəyə şagird-
lərin marağını cəlb edə bilər.
«Xalçaçılıq»
peşəsi
barədə
şagirdlərə
çatdırılası ilkin məlumat Azərbaycan xalçaçılığının
tarixi, bugünü və gələcəyi barəsində müəllimin
müsahibəsi ilə başlayıb,
bu peşənin elmi-texniki