420
Фирузя Мяммядли
yerdən başqa yerə gedərkən, minik kimi atdan, də-
vədən, öküzdən, eşşəkdən istifadə etmiş, iri
dənizləri, çayları, gölləri qayıqla, yelkənli gəmilərlə
üzüb keçmişlər. Kütləvi yürüşlərdə, köç zamanı
istifadə olunan at arabasının da, öküz arabasının da,
karvana qoşulan dəvələrin də, qayığın da, yelkənli
gəminin də sürücüsü olmuş, kimsə adamları bir
yerdən başqa
yerə aparmaq kimi məsuliyyətli, bir
çox hallarda isə təhlükəli bir işin ağırlığını
çiyinlərində daşımışdır. Görürsünüzmü, sürücülük
hardan başlayan, necə qədim bir peşədir! Bu gün
biz sürücü
deyəndə avtomobil sürücüsü, qatar
sürücüsü, təyyarə sürücüsü və s. başa düşürük. Elm
və texnikanın son nailiyyətlərindən yüksək sürət
götürmüş bu nəhəng, ecazkar maşınlar bir cüt
zəhmətkeş
əlinin hökmünə tabe olur, bir cüt əlin
hökmü ilə hərəkət edirlər. Hələ görün bu əllərə nə
qədər insan həyatı tapşırılır. Bu əllər hər gün
minlərlə həyatın xilaskarına çevrilir, minlərlə
arzunu, istəyi, diləyi mənzilinə, məkanına
qovuşdurur. Lakin əllərin
iradəsinə tabe olan bu
maşınlar sürücüdən bilik tələb edir. Maşınlar o
əllərə etibar olunur ki, onların özləri də peşəsini,
ixtisasını gözəl bilən bir beyinin, bir ağılın hökmü
ilə işləsin. Belə
olanda sürücü sərnişinlərin,
sifarişçilərin əfsanəvi simurğuna çevrilir, müqəddəs
Xızırına dönür. Axı, nağıllarımızdakı simurq quşu
da, müdrik Xızır da insanları bir an içində, göz
yumub-açan saatda bir mənzildən başqa mənzilə