Сечилмиш ясярляри
lX
deyilir. Sap təbii olaraq yundan, barama lifindən,
cürbəcür texniki bitkilərdən əyirilirsə, süni yolla
sintetik materiallardan, polimerdən alınır. Sapı
parça toxumaq, tikiş tikmək, tor hörmək, xalça-
palaz toxumaq, yoğun örkənlər, kəndirlər və s.
üçün əyirirlər. Qədimdə sapı cəhrədə əyirir və bu
işlə ən çox qadınlar məşğul olurdu. Sap əyirmək işi
bütün başqa məişət işləri içərisində ən şərəfli və
məsuliyyətli iş hesab olunurdu. Cəhrədə işləməyi
bacaran, keyfiyyətli sap əyirən qızlar daim diqqət
mərkəzində olar, onlar bütün məclislərdə,
yığıncaqlarda, bulaq başında, səfərlərdə təriflənər,
adı-sanı oba-oba, ölkə-ölkə gəzərdi. İndi bizim bir
çox ədəbiyyatlarda keçmişdə qadın əməyindən
danışarkən cəhrədə sap əyirməyi, lampa işığında
işləməyi, beşik başında səhəri gözü ilə açmağı
məşəqqətli bir həyat tərzi kimi təqdim edir, keçmiş
qadın əməyində acınacaqlı səhnələr yaratmağa səy
göstərirlər. Bilməlisiniz ki, ən məşəqqətli ömür
işsizlik, bekarçılıq, avaralıqdır. Əmək insanı heç
vaxt alçaltmayıb, acınacaqlı vəziyyətə salmayıb,
əksinə, ucaldıb, şan-şöhrətə çatdırıb. Cəhrəyə, lam-
paya gələndə, vaxtilə cəhrə də, lampa da öz
dövrünün böyük texniki nailiyyəti hesab olunub.
Elm və texnikanın bugünkü səviyyəsindən
baxdıqda onlar bizə gerilik, cahillik kimi görünür.
Lakin, gəlin, bir dəqiqəliyə onlara dəri sapların,
qara çıraqların işləndiyi dövrdən baxaq. O halda
cəhrənin də, lampanın da zamanın irəliləyişi
418
Фирузя Мяммядли
olduğunu, qədim dövrlərdə ulu nənələrimizin
işlətdiyi bu məişət avadanlığının uzun və şərəfli bir
yol keçdiyini görərik.
Bu gün əyiricilik işi yüksək dərəcədə
mexanikləşdirilmişdir. İndi bu iş maşınlarla
görülür. Xüsusi dəzgahlar bir dəqiqə içərisində
minlərlə metr sap əyirir. Bir adam bir neçə dəzgahı
eyni vaxtda idarə edir. Ölkəmizdə adlı-sanlı
əyiricilər çoxdur. Onlar barədə radio-televiziya və
mətbuat daim maraqlı məlumatlar verir, verilişlər
hazırlayır. Əyiricilik peşəsinin bugünkü texniki
səviyyəsi bu sahədə xüsusi təhsilə malik olmağı
tələb edir. Elə buna görə də bir sıra peşə
məktəblərində gənclərə əyirici peşəsi böyük
müvəffəqiyyətlə öyrədilir.
Mantyor – işıqçəkən peşəsi barəsində:
Yəqin fikir vermisiniz: axşamüstü, hava
toranlıqlaşandan sonra kimsə əlini uzadıb, elektrik
lampasını yandırır. Əgər evdə ağsaqqal, ağbirçək
varsa, dərhal belə deyəcək: «Ömrünüz işıqlı
olsun!» Görün nə gözəl, nə yüksək, nə ülvi bir
diləkdir!.. Ömrün işıqlı olması – hər şeydən əvvəl
insanın can sağlığına, işıqlı dünyanı, ətraf aləmi,
ata-ananı, bacı-qardaşı, dost-tanışı, yaxınları –
əzizləri,
nəhayət,
hardasa
səni
gözləyən
yaxalamağa çalışan təhlükəni görmək imkanıdır.
İşıqlı ömür – gözün nuruna, sağlamlığına işarədir.
Daha sonra gözəl, firavan və əmin-amanlıq
şəraitində keçən həyata, sürülən ömrə işarədir. İşıq
|