Сечилмиш ясярляри
lX
zəruridir. Çalışmada təyinlər vasitəsi ilə əşyaların
əlamətləndirilməsi təklif olunduğundan şagirdlər
şübhəsiz ki,
qırmızı pomidor, dolu vedrə, yarımçıq
yeşik, bol məhsullu tarla, qollu-budaqlı, yamyaşıl
ağac, qarlı dağlar, pomidor yığan qızlar
və s.
ifadələrini
işlətməli
olacaqdır.
Təyinlər
müəyyənləşdirildikdən sonra müəllim bu ifadələr
içərisində kənd təsərrüfatı məhsulu kimi «pomi-
dorun» becərilməsi və xalq təsərrüfatı əhəmiyyəti
barədə ətraflı söhbət apara bilər.
«Zərflik» - baş üzvlərdən xəbərə aid olub, hal
və hərəkətin zamanını, tərzini, yerini, kəmiyyət və
keyfiyyətini, səbəb, məqsəd və nəticəsini, şiddət və
dərəcəsini və s. bildirir. Zərfliklər haraya?
Haradan? Harada? Necə? Nə cür? Nə vaxt? Nə za-
man? Nə üçün və s. suallara cavab verir.
Zərflik bilavasitə iş prosesi ilə bağlı olub, onu
müxtəlif cəhətlərdən müəyyənləşdirdiyinə görə bu
mövzunun tədrisi zamanı peşəyönümü üzrə ən
müxtəlif forma və məzmunda iş aparmaq imkanı
vardır. Belə ki, uşaqları zərfliyin müxtəlif növləri
üzrə (hələlik ancaq IV sinif dərsliyinin imkanı
dairəsində) sərbəst mövzular üzərində işlətmək,
müsahibələr keçirmək, kiçik hekayələr yazdırmaq,
öz valideynlərinin iş yeri ilə bağlı ev tapşırıqları
icra etdirmək, zərfliyin hər növünə dair bir cümlə
yazdırıb, üzərində peşə məlumatı istiqamətində
söhbət aparmaq və s. mümkündür. Zərlik mövzusu
üzrə
verilmiş
çalışmalar
içərisində
bizim
412
Фирузя Мяммядли
məqsədimizə müvafiq sözlərə təsadüf etmədik. 170
və 171 nömrəli çalışmalarda «motor», «tramvay»,
«mişar», «şlüz», «pomidor», «kəlbətin», «palıd»,
«banka», «pambıq», «çəkic», «aqronom» kimi
sənaye, kənd təsərrüfatı məhsulları, alət və
avadanlıqları, istehsal vasitələri və peşə adlarının
düzgün yazılışı tələb olunur. Çalışmanın icrasından
sonra müəllimin bu sözlərə dair geniş izahına
ehtiyac vardır. Burada ətraflı şərh olunmağa
ehtiyacı olan sözlərdən biri də «aqronom» sözüdür.
Müəllim bu sözün mənasının izahından sonra
aqnoromluq
peşəsinin
zəruriliyi,
kənd
təsərrüfatının, bağçılığın inkişafında bu peşənin
rolu barədə söhbət apara bilər. Uşaqlara başa sal-
maq lazımdır ki, aqronomluq peşəsi dərin və qədim
köklərə, böyük və tarixi əhəmiyyəti olan ənənələrə
malikdir. Hələ lap qədimlərdə bu peşə
bağbanlıq
adı ilə məşhur idi. Lap qədimlərdə ölkələr öz adlı-
sanlı, bacarıqlı, şöhrətli bağbanları ilə fəxr edər,
onların yetişdirdiyi bağ və bostan məhsulları ilə
başqa ölkələr qarşısında öyünərdilər. Bağbanlar
təbiətin, bağ-bağatın, bostan və tərəvəzin həkimləri
idilər. Ana öz körpəsinə bələd olan kimi, bağbanlar
da təbiətə, bağ-bağçaya, meyvə-tərəvəzə bələd
idilər. Elm və texnika inkişaf etdikcə bağçılığa
bağlı
kəşflər
çoxaldıqca
bağbanlığın
–
aqronomluğun ən müxtəlif istiqamətləri yarandı,
təhsilli bağbanlar – aqronomlar öz işlərində elmə,
texniki nailiyyətlərə əsaslandılar. İndi ölkəmizdə
|