428
Фирузя Мяммядли
«Sözün mənalı hissələri» mövzusu üzrə verilmiş
335 və 337 nömrəli çalışmalarda pambıqçılıq
peşəsinə dair söhbət aparmaq, uşaqları onların
əmək tərbiyəsinə müsbət təsir edə biləcək cümlələr
üzərində çalışdırmaq faydalıdır.
«Eyniköklü sözlər
və eyni sözün müxtəlif
formaları» mövzusunun tədrisi ilə əlaqədar verilmiş
341 nömrəli çalışmada «kombayançı» peşəsinə dair
informasiyanın verilməsi zəruridir. Dərsin əsas
məqsədi ödənildikdən sonra bu məqsədlə ayırılmış
kiçik vaxtdan istifadə edərək «kombayançı»
peşəsinin tarixi, kombayanların yaradılması ilə
kənd təsərrüfatımızın məhsuldarlığında nəzərə
çarpan dəyişikliklər, kombayançılar
üzərinə düşən
məsul və şərəfli vəzifələr, partiya və dövlətimizin
bu zəhmət adamlarına diqqət və qayğısı, xam
torpaqların
fəthində
kombayançıların
rolu,
ölkəmizdə
adlı-sanlı
kombaynçılar
nəslinin
yetişməsi haqqında lirik bir üslubda danışmaq, taxıl
toplanışı işinin bugünü ilə keçmişi arasında
müqayisə aparmaqla şagirdlərə bu peşənin
zəruriyyəti və daimiliyi
barədə məlumat vermək
lazımdır.
343
nömrəli
çalışmada
«kolkozçu»,
«dənizçi», «suçu», «pambıqçı» peşələrinə dair
şagirdlərin
bildiklərini
yoxlamaq,
onları
maraqlandıran suallara cavab vermək münasibdir.
Müşahidələr
göstərir
ki,
kiçik
yaşlı
məktəblilərdə dənizçilik peşələrinə xüsusi meyl və