449
Сечилмиш ясярляри
lX
«İsmin
hallanması»
mövzusu
da
problemimizə müvafiq,
məqsədyönlü iş aparmaq
üçün əlverişlidir. Lakin burada da münasib
çalışmaların olmadığını nəzərə alaraq, hal kateqori-
yası, bu kateqoriyanın
formal əlamətlərinin
şagirdlərin zehnində möhkəmləndirilməsi məqsədi
ilə aparılan praktik iş zamanı şagirdlərdə, demək
olar ki, tanış əşya adlarının hallandırılması yolu ilə
bu barədə tam təsəvvür yaradılandan sonra müəllim
bir neçə peşə adının şagirdlər
tərəfindən müstəqil
şəkildə hallandırılmasına nail ola bilər. Bu
məqsədlə yaxşı olar ki, məktəbin yerləşdiyi
regionda şagirdlərin gündəlik qarşılaşdıqları peşə
adamları ilə bağlı peşə adları seçilsin. Bu mənada
«rabitəçi»,
«avtomobil
çilingəri»,
«tokar»,
«dülgər», «dəmirçi», «bənna», «sürücü» və s.
sözlərin hallandırılması zəruridir. Qrammatik əmə-
liyyat başa çatandan sonra müəllim bu peşələr
barədə uşaqlarla müsahibə apara bilər.
Müsahibə
sual-cavab və ya müəllimin izahı və şagirdlərin
peşəyə münasibəti barədə fikirlərinin öyrənilməsi
şəklində də aparıla bilər. Aşağıda «rabitəçi» və
«avtomobil çilingəri» peşələri barədə müəllimin
verəcəyi informasiyanın məzmununu veririk:
Avtomobil çilingəri:
Avtomobil
çilingəri
peşəsi
bilavasitə
avtomobil işi ilə
əlaqədar olduğu üçün onun
yaranma tarixi də avtomobilin yarandığı vaxtlara
təsadüf edir.