465
Сечилмиш ясярляри
lX
şəklində aparmaq üçün müəllim aşağıdakı
suallardan istifadə edə bilər:
1. Dəmirçi – kimlərə deyilir?
2. «Dəmirçi»
peşəsinin keçmişi barədə nə
bilirsiniz?
3. İndi bu peşəyə ehtiyac necədir?
4. İndi dəmirçilər ən çox nə düzəldirlər?
5. Bu sənətkarların kənddə və şəhərdə
fəaliyyəti necədir?
Təbii ki, suallara şagirdlər ətraflı cavab verə
bilməyəcək. Buna görə də müəllim hər sual və
cavabdan sonra bu barədə özü danışmalı və
çalışmalıdır ki, şagirdə
peşənin sirləri barədə daha
çox məlumat versin. Bir sözlə müəllim özü qoyulan
suallar dairəsində peşə barədə informasiyaya hazır
olmalıdır. Məktəbli gənclərin tarixi filmlərdə
gördüyü dəmirçi obrazını xatırlatmaqla, müəllim bu
peşə sahiblərinin zahiri görkəmli, sağlamlığı,
xarakterindəki bariz cizgilər, nəhayət işi, peşəsi ba-
rədə uşaqlarda əyani
təsəvvür yaratmaq və peşəyə
maraq oyatmaq mümkündür.
«Əvəzlik» mövzularının tədrisi prosesində
sərbəst çalışmalar üzrə də peşə məlumatını
zənginləşdirmə
üzrə
səmərəli
iş
aparmaq
mümkündür. Bu mənada «Şəxs əvəzlikləri»
mövzusu üzrə müəyyən bir peşə adının şəxslər üzrə
dəyişdirməklə cümlə qurmaq tapşırığı sonradan
həmin peşə haqqındı geniş danışmaq imkanı verər: