Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə231/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   227   228   229   230   231   232   233   234   ...   321
Фирузя Мяммядли 
Məsələn, 
dülgər, dərzi, satıcı
sözlərini şəxsə görə 
dəyişdirməklə cümlə qurun: 
Mən dülgərəm.
Biz dülgərik. 
Sən dülgərsən.
Siz 
dülgərsiniz. 
O dülgərdir. 
Onlar 
dülgərdirlər. 
Mən dərziyəm.
Biz dərziyik. 
Sən dərzisən.
Siz dərzisiniz. 
O dərzidir. 
Onlar 
dərzidirlər. 
Mən satıcıyam.
Biz satıcıyıq. 
Sən satıcısan.
Siz satıcısınız. 
O satıcıdır. 
Onlar 
satıcıdırlar. 
Göründüyü kimi, peşə adı bildirən üç sözün 
şəxslər üzrə dəyişdirilməsi yolu ilə şəxs əvəzliyinə 
dair nəzəri biliyin möhkəmləndirilməsinə kömək 
etməklə bərabər, peşə istiqamətində söhbət 
aparmaq imkanı da əldə etmiş oluruq. Müəllim 
«Dülgərlik» peşəsi barədə söhbəti aşağıdakı plan 
əsasında qura bilər: 
1. Dülgər kimlərə deyilir. 
2. Dülgərlik peşəsinin xalq təsərrüfatında rolu 
və əhəmiyyəti. 
3. Dülgərlik peşəsində istifadə olunan alətlər 
və onlardan istifadə qaydaları. 
4. Dülgərlərə xas olan keyfiyyətlər. 
5. Dülgərlikdə işin əsas məzmunu və sistemi. 


467 
Сечилмиш ясярляри 
lX 
6. Dülgər əməyinə verilən qiymət və onun 
əmək haqqı. 
7. Dülgər peşəsinin öyrənilməsi yolları. 
Bu istiqamətdə söhbət aparmaq üçün müəllim 
özü də ciddi hazırlaşmalı, yaxınlıqda yerləşən 
dülgərlik emalatxanası tədris-istehsalat kombinatı 
və məktəbin əmək tərbiyəsi kabinəsi, eləcə də 
emalatxanası ilə yaradıcılıq əlaqəsi yaratmalıdır. 
«Satıcı» peşəsinin professioqramının texniki 
strukturu: 
1. Satıcı peşəsinin tarixi. Onun xalq 
təsərrüfatında əhəmiyyəti. 
2. Satıcının iş şəraiti. 
3. Satıcının psixoloji keyfiyyətləri. 
4. Satıcı üçün zəruri olan bilik, bacarıq və 
keyfiyyətlər. 
5. Satıcıdan tələblər. 
6. Satıcının əmək haqqı. 
7. Satıcı peşəsinə yiyələnmənin yolları. 
Qeyd etmək lazımdır ki, bu peşələrin ikisi 
haqqında da eyni gündə, eyni dərsdə məlumat 
vermək – dərsin məqsədinə xələl gətirər və 
uşaqların diqqətinin Azərbaycan dili üzrə keçilmiş 
yeni mövzudan yayındıra bilər. Buna görə də 
müəllim bu məlumatların hər hansı birini seçməklə 
kifayətlənə bilər. 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin