Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə232/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   228   229   230   231   232   233   234   235   ...   321
 
 


468 
Фирузя Мяммядли 
VI-VII siniflərdə Azərbaycan dili dərsliyinin 
peĢə informasiyası imkanları və Azərbaycan dili 
tədrisi prosesində Ģagirdlərin peĢə seçməyə 
istiqamətləndirilməsi yolları 
 
Orta təhsil sistemində ümumtəhsil fənlərinin 
tədrisi fonunda humanitar və ictimai fənlərin tədrisi 
şagirdlərin daha artıq dərəcədə konkret bilik 
adamlarını, mənimsəmənin möhkəm nəzəri və 
praktik söykəklərə mənsub olmasını tələb edir. Xü-
susən ana dili kimi insanın şəxsiyyət kimi 
formalaşıb özünü dərk etməsində, ictimai mövqeyi 
və fərdi mövcudiyyəti barədə aydın, cəmiyyətdən 
təcrid olunmuş şəkildə deyil, əksinə onun qaynar 
mühitində 
öz 
yeri, 
əhəmiyyəti, 
cəmiyyət 
quruculuğunda öz imkanları haqqında dəqiq 
təsəvvürə malik olmasında xüsusi rolu olan bir 
fənnin tədrisi bu fənn barədə quru, əzbərçi biliyə 
yox, köklü məlumata, nəzəri və praktik dərinliyə 
getmə qabiliyyətinə malik olmağı tələb edir. 
Bir qayda olaraq Azərbaycan dili dərsliyində 
müəllim peşəsi barədə söhbətin mövzusu ola bilən 
mətnlərə nadir hallarda rast gəlmək olur. Lakin 
«müəllim» sözünün semantik-informativ tutumunu 
açmaqla bu peşə barədə istənilən qədər danışmaq, 
şagirdlərin marağına səbəb ola biləcək nümunələr 
gətirmək olar. 
VI sinfin «Azərbaycan dili» dərsliyi (S.A. 
Cəfərov, Ə.A.Fərəcov. Azərbaycan dili, VI siniflər 


469 
Сечилмиш ясярляри 
lX 
üçün. Bakı, 1985) IV-V siniflərdə keçilmişlərin 
təkrarı ilə başlayır və Azərbaycan dili üzrə kursun 
«Sintaksis» bölməsinə dair çalışmalar verilir. Bu-
rada ilk tapşırıq kimi mətndə durğu işarələrinin 
yerini müəyyənləşdirmək tələb olunur. Mətn 
«bağçılıq», «bağbanlıq» peşələrinə dair məlumat 
vermək üçün əlverişlidir. Bu mətnin linqvistik 
tələbinin ödənilməsindən sonra mətni peşə 
məsələləri 
üçün 
ayrılmış 
xüsusi 
dəftərə 
köçürtdürmək və şagirdlərlə bir neçə dəqiqəlik 
sorğu-sual aparmaq olar. Yadda saxlamaq lazımdır 
ki, «bağçılıq», «bağbanlıq» peşələri barədə aşağı 
siniflərdə xeyli söhbət aparılmışdır. Kənd, kolxoz, 
sovxoz regionlarında yerləşən məktəblərdə bu 
sahədə aparılacaq peşə məlumatı işini şagirdlərin 
aşağı siniflərdə dinləyib yadda saxladıqlarına və 
həyatda 
gördüklərinə 
istinadən 
xatırlatmaq, 
bağçılıq, meyvəçiliklə əlaqədar maraqlı əhvalatlar 
danışma yolu ilə aparmaq olar. 
Aşağıda 6 nömrəli çalışmanın mətnini veririk: 
«Məşhur alim Miçurin əməyi çox sevirdi. O, 
bütün günü bağda yer şumlayır, ağaclara su verir
calaq edir, müşahidə aparırdı. Axşamlar isə öz 
otağında əyləşib kitab, jurnal oxuyurdu. Miçurin 
uzaq yerlərə məktublar yazırdı. Amerikadan, İngil-
tərədən və başqa ölkələrdən bu məktublara cavablar 
gəlirdi. 


470 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin