475
Сечилмиш ясярляри
lX
olunan nəticələrdən insanın maddi və mənəvi
ehtiyaclarının təmini naminə görülən işlər barədə
məlumat vermək, şagirdlərdə orintoloqlara ciddi
maraq oyatmaq olar.
35 nömrəli tapşırıqda «suçu» peşəsi barədə,
43 nömrəli çalışmada «ekskovatorçu», 46 nömrəli
çalışmada «ovçuluq» peşəsi barədə məlumat
vermək mümkündür. Son iki peşənin mahiyyəti
uşaqlar üçün qaranlıq olduğundan bu barədə bir
qədər ətraflı məlumat vermək lazımdır.
«Ekskovatorçu» peşəsi qədim peşə deyildir.
Texnikanın inkişafı ilə bağlı olaraq son 40-50 ildə
yaranmışdır. Bu barədə xalq şairimiz Səməd
Vurğun gözəl deyir:
«Ekskovatorçu»
sözü yoxdur onun öz dilində.
Bəli, anlayış, əşya olmadığından bu sözə də
ehtiyac yox idi. Elə ki, bu nəhəng torpaq qazan
əmək aləti yarandı, onu adlandıran sözə də ehtiyac
yarandı, əmək aləti – əşya öz peşəsini ifadə edən
sözü – (ekskovatorçu) – yaratdı. 43 nömrəli çalış-
mada Səməd Vurğunun «Muğan» poemasından
fəhlələrin iş prosesini ifadə edən epizod
verilmişdir:
Dostları ilə paylaş: