Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə243/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   239   240   241   242   243   244   245   246   ...   321
Сечилмиш ясярляри 
lX 
gözəyarı, səs gələn yeri isə düzgün təyin etməyi 
bacarmalıdır. 
«Feili bağlama tərkibləri haqqında ümumi 
məlumat» mövzusunun tədrisində imla yazmaq 
məqsədi ilə təqdim edilən 177 nömrəli çalışma 
tikinti fəhləliyi işi üzrə söhbət aparmaq üçün 
əlverişlidir. Mətnin məzmunu əməyin qiymətlən-
dirilməsindəki 
mənəvi 
stimulu 
ilə 
də 
diqqətəlayiqdir: 
«İran ədəbiyyatının görkəmli simalarından 
olan Şeyx Müsləhəddin Sədi (1134-1291) səyahət 
edərkən kərpickəsən bir qocaya rast gəlir. Qoca 
işlədikcə Sədnin şeirlərini oxuyur və təhrif edirmiş. 
Şair bunu görüncə qocanın kəsdiyi kərpicləri ayaq-
layıb əzməyə başlayır. Qoca ona: 
– Onları mən zəhmət çəkib kəsmişəm. Nə 
üçün korlayırsan? – dedikdə Sədi: 
– Oxuduğun şeirləri də mən zəhmət çəkib 
yazmışam. Bəs, sən nə haqla onları təhrif edirsən? 
– deyə cavab vermişdi». 
Mətndən çıxan ibrətamiz nəticə ondan 
ibarətdir ki, başqasının əməyini də öz əməyin kimi 
qiymətləndirməyi bacar. Çünki haçansa sənin də 
əməyin kimin tərəfindənsə qiymətdirilməlidir. Elə 
olmasın ki, başqası da sənin əməyini pis kökə 
salsın. 
Mətnin peşə məlumatı imkanlarına gəldikdə 
onu qeyd etmək lazımdır ki, burada hasilə gətirilən 
tikinti materialından (kərpicdən) söhbət gedir. Bu 


492 
Фирузя Мяммядли 
mənada müəllim şagirdlərin diqqətini tikinti 
işlərinin vacib komponentlərinə cəlb etmək məq-
sədi ilə aşağıdakı suallarla sinfə müraciət edə bilər: 
1. Tikinti işlərində zəruri olan hansı 
materialları tanıyırsınız? 
2. Neçə cür kərpic vardır və hansılardır? 
3. Qədim dövrlərdən bizə yadigar qalan 
abidələrdə hansı kərpic növü ilə rastlaşmısınız? 
4. Son dövrlərdə tikinti işlərinə daha hansı 
materiallar daxil olub? 
5. Kərpicin necə kəsildiyini, necə hasilə 
gəldiyini bilirsinizmi? 
Əlbəttə, bu sualların hər biri öz-özlüyündə 
yaxşı bir söhbətin mövzusu ola bilər. Və 
mümkündür ki, şagirdlər suallara dəqiq və ətraflı 
cavab verə bilməsin. Belə hallarda müəllimin öz 
şərhi 
vacibdir. 
Müəllim 
konkret 
olaraq 
aşağıdakıları şagirdlərə çatdırılmalıdır: 
1. Kərpic, taxta, mil, tir, sement, beton, 
palçıq, dəmir, daş, qum, gil, su, şüşə, ağac 
materialları, mərmər üzlüklər, panellər və s... 
2. Çiy kərpic, qızılkərpic və daş kərpic 
(kubik). 
3. Lap qədim dövrlərdən etibarən kərpicin hər 
üç növündən geniş istifadə olunmuş, abidələrdə 
əsasən qızılkərpic və kubik kərpiclərlə qarşılaşırıq. 
Çiy kərpicin qalıqlarına qədim istehkam və strateji 
hasar qalıqlarında təsadüf olunur. 


493 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin