496
Фирузя Мяммядли
boru təmizləyən, dülgər, ağac emalçısı, montyor,
energetik, çilingər, tokar və s. peşələri daxildir.
Gəmiçilik peşələrinə matros, motorçu,
energetik, gəmi aşbazı, bufetçi, xidmətçi, feldşer və
s. peşələri daxildir.
Bütün bu peşələr üzrə gəmiçilik üzrə Texniki
Peşə Məktəbləri və texnikumlarında
ixtisas
qazanmaq mümkündür.
221 nömrəli çalışma təbiət mövzusuna həsr
olunmuşdur. Təbiəti qorumaq, ekoloji problemlər
müasir dövrümüzün
ən ümdə sosial-ictimai
problemlərindən olduğu üçün kiçik bir imkandan
belə istfadə etməklə bu sahədə söhbət aparmaq, şa-
girdlərin diqqət və marağını bu sahəyə yönəltmək
vacibdir. Buna görə də mətni bütövlükdə təqdim
etməyi lazım bilirik:
«Nəcəf bəy Vəzirov təbiət aşiqi idi.
Təbiəti
onun qədər sevən az adam tanıyıram. Hər gün
yerindən qalxan kimi saatlarca tarlalarda, çəmən və
bağlarda gəzmək adəti idi. Hər səhər erkən gələr,
əsasını pəncərəmizə vuraraq məni yuxudan oyadar-
dı. Birlikdə yaxındakı çəmənliklərdə, bağlarda
gəzdikdən sonra bostançılardan yer-yemiş alıb evə
qayıdardıq. Yolda şirin lətifələr söylər, bostançı ilə
zarafatlaşar, xülasə, vaxtını
xoş keçirməyə,
ürəyindən dərdləri dağıtmağa çalışardı.»
Mətni oxuduqdan sonra şagirdlərlə bağ,
bostan və tərəvəz məhsulları barədə aşağıdakı
suallar üzrə söhbət aparmaq olar: