501
Сечилмиш ясярляри
lX
əmək
alətləri, istehsal vasitələri ilə bağlı sözlər –
«traktor», «kombayn», «radio» - həmin sahənin
peşə informasiyası üçün əlverişli misallardır. Bu
mənada, çalışmanın linqvistik tələbi ödənildikdən
sonra «traktorçu», «kombayançı», «radiotexnik»
peşələri barədə və aşağı
siniflərdə keçilənləri
xatırlatmaq yolu ilə məlumat vermək olar.
VII-VIII sinfin «Azərbaycan dili» kursu
«Sintaksis» bölməsi – söz birləşmələri,
cümlə və
onun müxtəlif növləri kimi mövzuları əhatə edir.
Söz birləşmələri – sözlərin möhkəm leksik-
qrammatik qanunları əsasında birləşib,
mürəkkəb
məna, ifadə və nəhayət cümlə əmələ gətirməsinə
xidmət edir. Sözlərin məna və qrammatik cəhətdən
tabelilik
vəziyyətində
birləşməsi
sintaktik
konstruksiyanın nitq fəaliyyətindəki roluna məntiqi
bütövlük, dolğunluq verir. Fikrin konkret və dəqiq
ifadəsinə imkan yaradır. Buna görə də nitq
mədəniyyətinin inkişafında «söz birləşmələri»nin
möhkəm qanunlarını mənimsəmək çox faydalıdır.
Məlumdur ki, insanın hərtərəfli və ahəngdar inkişa-
fında nitq dil normalarının
ədəbi dil səviyyəsində
qavranışı həlli vacib məsələlərdəndir. Orta məktəb
həcmində dil normaları belə bir səviyyəyə nail
olmağa
imkan verdiyindən, bunların aşağı
siniflərdən
məcburi
öyrədilməsi,
nəzəri
materialların praktik tətbiqinə imkan verən, həyati
problemlərlə, gənclərin peşə marağı
ilə daha çox