505
Сечилмиш ясярляри
lX
cəsarət tələb edən bu peşəyə nail olmaq üçün onun
özünəməxsus cəhətləri və sirləri ilə tanış olmaq
vacibdir. Elektrik qaynaqçısı peşəsinə Texniki Peşə
məktəblərində yiyələnmək olar.
VII sinfin «Azərbaycan dili» dərsliyində
verilən çalışmalarda peşəyönümü işinə imkan verən
nümunələr
az olsa da, maraqlı və xüsusi izahat
işinə ehtiyacı olan sözlər də vardır. Qeyd etmək
lazımdır ki, şagirdlərin əməyə müsbət münasibət
istiqamətində
tərbiyələnməsi
işi müəlliflərin
diqqətindən yayınmamışdır. Elə buna görədir ki, 74
nömrəli çalışma da məzmunca bütünlüklə tarix
boyu görkəmli şəxsiyyətlərin zəhmət, insan əməyi
barədə dediyi mənalı sözlərə həsr olunmuşdur. Bu
mətnin oxunması və təhlili istər linqvistik və istərsə
də peşəyönümü baxımından son dərəcə zəruridir.
75 nömrəli çalışmada işlənmiş «müəllim»,
«laborant»
sözlərindən
istifadə
edərək,
«müəllimlik»,
«laborantlıq»
peşələri barədə
məlumat vermək və bu peşələrin professioqramını
təqdim etmək olar.
Müəllimlik – bəşər tarixi yaranandan bəri
mövcud olan peşələrin ən şərəflisi, ən müqəddəsi,
ən vacib olanıdır. Ailədə ata-ana qayğısı, tərbiyəsi
nə qədər vacibdirsə, cəmiyyətdə müəllim tərbiyəsi,
müəllim nəsihəti bir o qədər zəruridir.
Bütün pe-
şələrin, bütün ixtisasların öz istiqamətvericisi, öz
yetişdirəni, öz rəhbəri vardır ki, bu da müəllimdir.
Lap ibtidai icma quruluşunda belə ən ibtidai