34
KONSİLİUM
07/2010
konsilium
M
üxtəlif müəlliflərin
məlumatlarına əsasən, ilkin
revmokardit keçirmiş xəstələrin
20-25%-də qapaq aparatının zədələnməsilə
əlaqədar olaraq ürək qüsuru formalaşır.
Lakin son zamanlar ürək-damar sistemi
xəstəliklərinin ətraflı öyrənilməsi nəticəsində
məlum olmuşdur ki, müxtəlif koronar
patologiyalar zamanı yuxarıda qeyd olunan
dəyişikliklərdən əvvəl ürək boşluqlarının
və divarların həndəsi quruluşu dəyişilir. Bu
proses «remodelləşmə» adlanır.
Klinik praktikaya «sol mədəcik
remodelləşməsi» anlayışının daxil olması
ürək çatışmazlığının inkişaf mexanizmi
haqqında təsəvvürləri genişləndirməklə
yanaşı, onun müalicəsinə yeni yanaşma
tərzinin seçilməsində vacib rol oynayır.
Məlum olmuşdur ki, müxtəlif patologiyalar
zamanı ürəyin remodelləşməsinə
hemodinamik amillərlə yanaşı, renin-
angiotenzin, simpatiko-adrenal
sistemlər və bir çox hormonlar təsir
göstərir. Bu baxımdan kəskin revmatik
qızdırma zamanı (KRQ) yalnız qan
dövranı çatışmazlığının hemodinamik
təzahürlərinə deyil, həmçinin onun
patogenezinin neyrohumoral aspektlərinə
təsir edən angiotenzinçevirici fermentlərin
inhibitorları (AÇFİ) və oynaqlarda
poliartrit əlamətlərini aradan götürən
xondroprotektor tərkibli preparatların
təyini də xüsusi əhəmiyyət kəsb edir.
AÇFİ-nin bir çox xəstəliklər zamanı
effektivliyi təkcə renin-angiotenzin-
aldosteron sistemini (RAAS) blokadaya
alması ilə əlaqəli deyil. Onlar kallikrein-
kinin sistemini fəallaşdıraraq toxumalarda
azot oksidinin və prostosiklinin sintezini
artırır ki, bu da AÇFİ-lərin orqanqoruyucu
effektlərini təyin edir. Bu preparatlar arterial
və venoz vazodilatasiya yaratmaqla ürəyin
üzərinə düşən və ürəkdən çıxan yükü
azaldaraq sol mədəcik (SM) miokardının
hipertrofiyasını geriyə inkişaf etdirir və
dilatasiyasının qarşısını alır, ürəkdə regionar
qan dövranını yaxşılaşdırır.
Müxtəlif kardioloji xəstəliklər
zamanı SM remodelləşməsinə və onun
funksional vəziyyətinə AÇFİ-nin bir çox
nümayəndələrinin effektli təsirinə həsr
olunmuş elmi-tədqiqat işləri mövcuddur.
Nəşr olunan xarici və yerli elmi məqalələr
arasında kəskin revmatik qızdırma (KRQ)
keçirmiş xəstələrdə ürəyin morfofunksional
vəziyyətinə AÇFİ-nin təsiri barədə tədqiqat
işlərinə rast gəlinmir. Revmatik qızdırma
nəticəsində formalaşan ürək qüsurlarının
hələ də müasir səhiyyənin və tibb elminin
nəzəri və praktiki problemlərindən biri
sayıldığını nəzərə alsaq, KRQ zamanı ürək-
damar sistemində gedən remodelləşmə
prosesinə AÇFİ-nin təsiri aktual hesab
oluna bilər. Belə ki, revmokardit zamanı
ürək çatışmazlığına ağır valvulit və
onun nəticəsində formalaşan ürəkdaxili
hemodinamika pozulmaları səbəb olur ki,
bunun da qarşısının vaxtında alınmaması
ciddi proqnozla nəticələnə bilər.
Problemin aktuallığını nəzərə alaraq,
KRQ keçirmiş xəstələr arasında sol mədəcik
miokardının yığılma qabiliyyətinə və
SM-in struktur-funksional vəziyyətinə
AÇFİ qrupundan olan preparatların təsiri
öyrənilmişdir. Müayinəyə 25 nəfər KRQ
keçirmiş, II dərəcə mitral çatışmazlığı olan
16-18 yaşlı yeniyetmələr cəlb olunmuşdur.
Nəzarət qrupunun nəticələri həmin yaş
qrupundan olan 20 nəfər praktiki sağlam
yeniyetmənin məlumatları əsasında təşkil
olunub. Xəstələr 2 qrupa bölünmüşdür: 12
nəfər ümumi antirevmatik müalicə qəbul
etmiş, digər 13 nəfər xəstənin müalicəsinə
isə AÇFİ-qrupundan olan preparat əlavə
olunmuşdur. Xəstələr müalicədən əvvəl
və müalicədən 1 il sonrakı müddətdə
müayinə olunmuşlar.
Xəstələrə ümumi klinik, laborator-
instrumental müayinələrlə yanaşı standart
EKQ və ExoKQ (M- və B-rejimli)
tətbiq edilmişdir. ExoKQ-də aşağıdakı
parametrlər təyin edilmişdir: SM-in bədən
səthinə indeksləşdirilmiş son diastolik
və sistolik ölçüsü (SMDÖİ, SMSÖİ),
L.Teichholz düsturu ilə hesablanmış
SM-in son sistolik və diastolik həcminin
bədən səthinə indeksləşdirilmiş göstəricisi
(SMSHİ, SMDHİ), miokard liflərinin
sirkulyar qısalma sürəti (Vsf), SMAD-
nin orta yığılma sürəti (Vor), SMAD-
nin orta normallaşmış yığılma sürəti
(nVor), SMAD-nin sistolik qalınlaşma
dərəcəsi (SQDsmad), SMAD miokardının
KəsKİn revmatİK qızdırma
keçirmiş xəstələrin müalicəsinə yeni yanaşmalar
Mədİnə Hacıyeva,
ATU, Uşaq xəstəliklərinin
propedevtikası kafedrasının assistenti
Professor İbraHİM İsayev,
ATU, Uşaq xəstəliklərinin
propedevtikası kafedrası,
əməkdər elm xadimi, əməkdar həkim
Ürəyin qapaq aparatının üzvi
mənşəli zədələnmələrinin əsas
səbəbi sayılan kəskin revmatik
qızdırma qan-damar sistemində
buraxdığı izlərə görə bu sistemin
digər xəstəliklərindən heç də geri
qalmır. Kütləvi xəstəlik sayılmasa
da, Krq ürək qüsurlarını
formalaşdırmasına müvəqqəti
və ya daimi olaraq əmək
qabiliyyətini aşağı salmasına görə
kardiorevmatologiyanın ciddi
problemlərindən sayılır.
07/2010
KONSİLİUM
35
konsilium
maksimal yığılma sürəti (MYS), qovma
fraksiyası (QF%), SQ-nin sistolik ölçüsünün
diastolik ölçüyə nisbətini ifadə edən
boşalma fraksiyası (SQBF), “Devereux-
Penn-convention” düsturu ilə hesablanmış
SM miokardının kütlə indeksi (SMMKİ) və
SMDH/SMMK öyrənilmişdir.
Analiz zamanı məlum olmuşdur ki, həm
ümumi antirevmatik müalicə qəbul edən,
həm də müalicəsinə angiotenzinçevirici
fermentlərin inhibitorları (AÇFİ) əlavə
olunan xəstələrdə müalicədən əvvəl SM-
nin qeyd olunan bütün struktur-funksional
parametrləri statistik dürüst olmaqla
xeyli dərəcədə dəyişilmişdir. Revmatik
qızdırmaya qarşı ənənəvi müalicə alan
xəstələrin 1 ildən sonra təkrari müayinəsi
zamanı onların subyektiv şikayətləri
(təngnəfəslik, tez yorulma, zəiflik,
ürəkdöyünmə, oynaq ağrıları) nisbətən
azalsa da, öyrəndiyimiz göstəricilərin
qiymətlərində yaxşılığa doğru nəzərə çarpan
dinamika aşkar edə bilmədik.
Lakin, KRQ keçirən xəstələrdə
standart antirevmatik müalicə ilə
yanaşı angiotenzinçevirici fermentlərin
inhibitorları (AÇFİ) əlavə olunmuş
müalicə üsulunun müqayisəli təhlilindən
bəlli olmuşdur ki, ilk növbədə adı
çəkilən qrupdan olan preparatlar
xəstənin orqanizmi tərəfindən yaxşı
mənimsənilməklə heç bir narahatlıq
törətməyib. Angiotenzinçevirici
fermentlərin inhibitorları (AÇFİ)
qrupundan olan preparatı qəbul edənlərin
sol mədəciyinin funksional vəziyyətində
yaranan müsbət dinamika nəzərəçarpandır.
Kəskin revmatik qızdırma əleyhinə
ənənəvi müalicə alan uşaqlarda sol
mədəcik funksiyasında müsbət dinamika
izləmək mümkün olmamışdır. Təklif
olunan üsulla müalicə olunanlarda
isə angiotenzinçevirici fermentlərin
inhibitorları (AÇFİ) hemodinamik
yüklənməni azaltmaqla, ürəyin fəaliyyətini
asanlaşdıraraq funksional parametrlərin
də yaxşılaşmasına şərait yaratmışdır.
Angiotenzinçevirici fermentlərin
inhibitorlarının (AÇFİ) bu effektini həm
də onların neyrohumoral sistemə təsirilə
də izah etmək olar.
Beləliklə, KRQ keçirmiş uşaqlarda
ürəyin vəziyyətinə müsbət təsir göstərmək,
patoloji prosesin gedişini yüngülləşdirmək,
formalaşa bilən ürək çatışmazlığının
qarşısını almaqla xəstəliyin proqnozunu
yaxşılaşdırmaq və nəhayət, həyat
keyfiyyətini artırmaq üçün erkən dövrlərdən
etibarən ümumi antirevmatik müalicəyə
AÇFİ qrupundan olan prearatların əlavə
olunması məqsədəuyğundur.
Kəskin revmatik qızdırmanın 5 əsas
əlamətləri arasında rastgəlmə tezliyinə görə
karditdən sonra 2-ci yerdə dayanan və bu
cür xəstələrin həkimə müraciət etməsinə
daha çox səbəb olan simptom revmatik
poliartritdir. Klassik kəskin revmatik
qızdırma hücumu miqrasiyaedici poliartritlə
özünü biruzə verir. Əsasən ətrafların iri
oynaqları prosesə məruz qalsa da nadir
hallarda digər oynaqların da reaksiyasını
müşahidə etmək mümkündür. Revmatik
poliartritin spesifik xüsusiyyətlərindən biri
də budur ki, bir oynaqda yaranmış ağrı
və şişkinlik azalan kimi, başqa bir oynaq
patologiyaya məruz qalmaqla diqqəti cəlb
edir. «Miqrasiya» prosesi revmatik qızdırma
üçün səciyyəvi sayılsa da, mütləq əlamət
deyil. Yəni, bir neçə iri oynaq eyni zamanda
dəyişikliyə uğraya bilər. Poliartriti revmaktik
qızdırmanın diaqnostik kriteriyası hesab
etmək üçün xəstədə oynaq zədələnməsilə
yanaşı bu xəstəliyin ən azı 2 əlavə əlaməti
(qızdırma, eritrositlərin çökmə sürətinin
artması, antistreptolizin-O və ya digər
streptokokk anticisminin titrinin yüksək
olması və s.) olmalıdır. Revmatik poliartritin
səciyyəvi xüsusiyyətlərindən biri
də qeyri - steroid iltihab
əleyhinə preparatların
təsirinə tez və effektli təbe
olmasıdır. Bizim müşahidəmiz altında olan
və ürəyində remodelləşmə prosesi inkişaf
etmiş xəstələrin bir qrupunda yanaşı olaraq
revmatik poliartit əlamətləri rast gəlindiyinə
görə onların bəzilərinin müalicəsinə qeyri
- steroid iltihab əleyhinə preparatlarla
yanaşı xondroprotektor qrupundan olan
preparatlar da təyin edilmişdir. Həm
qeyri - steroid iltihab əleyhinə preparatlar
kimi ağrıkəsici və iltihab əleyhinə həm
də xondroprotektor xüsusiyyətinə malik
olan
“ArtroMag”
preparatının müalicə
kursunda təyin edilməsi məqsədəuyğundur.
“ArtroMag”
preparatı kapsul şəklində daxilə
gündə 2 dəfə 1 kapsul və eyni zamanda krem
şəklində gündə 2 dəfə oynağa çəkməklə
təyin olunmuşdur. Təxminən 7-10 günlük
qəbuldan sonra bu xəstələr, müalicəsinə
“ArtroMag”
daxil etmədiyimiz, lakin
artritdən əziyyət çəkən xəstələrlə müqayisə
olunmuşdur. Həm subyektiv, həm də
obyektiv olaraq
“ArtroMag”
preparatının
effektli təsiri diqqəti cəlb etmişdir. Belə
ki,
“ArtroMag”
qəbul edən xəstələrimizin
şikayətləri daha tez aradan qalxmış, oynağın
şişkinliyi və ağrısı xəstələrin sözlərinə
görə preparat qəbulundan 2-3 gün sonra
keçmişdir. Revmatik artritdən əziyyət çəkən
xəstələrdə
“ArtroMag”
preparatının əlavə
təsirlərinin yaranmadığını (qastroprotektiv
təsiri ilə əlaqədar) nəzərə alaraq onlara uzun
müddətli residiv əleyhinə aparılan müalicə
kursunda ağrıkəsici - iltihab əleyhinə
və xondroprotektor xüsusiyyətə malik
“ArtroMag”
preparatının təyin edilməsini
məqsədəuyğun hesab edirik.
“ArtroMag”
İtaliyanın ESİ zavodunun
istehsalı olan preparatdır. Həm ağrıkəsici və
iltihab əleyhinə, həm də xondroprotektiv
təsirə malikdir. Tərkibində xondroprotektiv
təsirə malik komponentlərlə (qlükozamin
sulfat, xondroitin sulfat, MSM, Mn)
yanaşı ağrıkəsici və iltihab əleyhinə təsirə
malik 4 bitkinin quru ekstraktı vardır.
“ArtroMag”
preparatının tərkibində
olan Şeytan caynağı , Aloe, Ağ söyüd,
Dağlıq öküzotu bitkilərinin ağrıkəsici
və iltihab əleyhinə təsiri ilə yanaşı
qastroprotektiv təsiri də vardır. Ona
görə də
“ArtroMag”
preparatını həm
uzunmüddətli müalicə kursunda, həm də
müxtəlif patologiyalı oynaq xəstəlikərində
geniş istifadə etmək olar.
“ArtroMag”
İtaliyanın ESİ
zavodunun
istehsalı olan
preparatdır
“ArtroMag” zəngin tərkibə malik
olduğuna görə geniş müalicəvi
xüsusiyyətlərə malikdir:
Qığırdağın elastikliyini təmin edir, degenerasiyanın
•
qarşısını alır, regenaerasiyanı stimulə edir.
Oynaqlarda ağrını aradan qaldırır.
•
Oynaq səthlərini qidalandırır və nəmləndirir.
•
Kalsiumun sümük toxumasına çökməsini təmin edir.
•
Oynağın hərəkətliliyini yaxşılaşdırır.
•
Oynaqlarda ağrı, şişkinlik və temperatur kimi iltihabi
•
əlamətləri aradan qaldırır.