Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
DİKLORAN
®
inyeksiya üçün məhlul
DICLORAN
®
Beynəlxalq patentləşdirilməmiş adı: Diclofenac sodium
Dikloran
®
- (inyeksiya üçün natrium diklofenak) 2-((2,6-dixlorfenil)amino)-fenilsirkə turşusunun natrium
duzudur.
Tərkibi
1 ml məhlulun tərkibində:
Natrium diklofenak Br.F……………….25mq
Benzil spirti Br.F……………..4% çəki/həcm
(konservant kimi)
Farmakoterapevtik qrupu
Qeyri-steroid iltihab əleyhinə preparat.
Farmakoloji xassələri
Farmakodinamikası
Dikloran qeyri-steroid iltihab əleyhinə preparat olub, farmakoloji təsirinin əsasında prostaqlandinlərin
biosintezini dayandırmaq xüsusiyyəti durur. Preparat iltihab əleyhinə, ağrıkəsici, hərarətsalıcı təsirə malikdir.
Farmakokinetika
75mq natrium diklofenak əzələ daxilinə yeridildikdən 20 dəqiqə sonra qan plazmasında maksimal qatılığa
(2mq/ml) çatır. Preparatın 99,7 %-i plazma zülalları ilə birləşir ki, bunun da 99,4 %-i albuminin payına düşür.
Preparatın 60 %-i böyrəklər, qalan hissəsi isə ödlə xaric olur.
Kəskin böyrək çatmamazlığı olan - xəstələrdə ödlə xaric olan metabolitlərin xüsusi çəkisi artır ki, bu da
preparatın qanda konsentrasiyasının artmasının qarşısını alır.
İstəfadəsinə göstərişlər
Dayaq-hərəkət sisteminin iltihabi-degenerativ xəstəlikləri (revmatoidli artrit, spondilit, spondiloartrit,
osteoartroz, spondiloartroz);
Oynaqətrafı yumşaq toxumaların revmatik xəstəlikləri;
Kəskin podaqra;
Onurğa sütununda ağrılar;
Travmadan sonrakı ağrı sindromu və iltihab;
Cərrahi müdaxilədən sonrakı ağrılar və iltihabi proses;
Ginekoloji xəstəliklərdə ağrı sindromu və iltihabi proseslər;
Böyrək və öd kisəsi ağrıları.
Əks göstərişlər
- natrium diklofenaka və ya preparatın tərkibinə daxil olan digər preparatlara qarşı həssaslıq;
- anamnezdə asetilsalisil turşusunun və ya digər qeyri-steroid iltihab əleyhinə preparatların istifadəsi
nəticəsində yaranan bronxial astma, rinit, məxmərək olduqda;
- kəskinləşmə dövründə olan MBT-nın eroziv-xora xəstəlikləri;
- hamiləlik və laktasiya;
- 18 yaşınadək uşaqlar;
- qanyaranma funksiyasında əmələ gələn izah olunmaz pozğunluqlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Kaliumqoruyucu diuretiklərlə birlikdə təyin edildikdə qanda kaliumun miqdarının artması müşahidə olunur.
Digər qeyri-steroid iltihab əleyhinə preparatlarla və qlükokortikoidlərlə birgə təyin etdikdə əlavə təsirlərin
yaranması təhlükəsi artır.
Dolayı təsirli antikoaqulyantlarla birgə təyin edildikdə qanaxmalar yarada bilər.
Dikloran qanda litium, diqoksin və siklosporinin qatılığını artırdığı üçün, onların birgə istifadəsi zamanı
dozanın tənzimlənməsi lazımdır.
Peroral antidiabetik preparatlarla birgə təyin edildikdə hipo- və hiperqlikemiya yarana bilər.
Dikloran təyin edildikdə 24 saat əvvəl metotreksat qəbul edilib edilmədiyinə diqqət yetirmək lazımdır, çünki
bu zaman onun toksikiliyi artır.
Xüsusi göstərişlər
Anamnezdə MBS-nin eroziv-xora xəstəliyi olan, həmçinin kəskin qaraciyər və böyrək çatmamazlığı olan
xəstələrə ehtiyatla təyin etmək lazımdır.
Dikloran yüksək dozalarda trombositlərin aqreqasiyasını ləngitdiyi üçün, hemostatik pozğunluğu olan
xəstələrə təyin etdikdə ehtiyatlı olmaq lazımdır.
Dikloran yaşlı, xroniki ürək çatışmazlığı, arterial hipertoniyalı xəstələrə və cərrahi müdaxilədən dərhal sonra
ehtiyatla verilməlidir.
Dikloran-la müalicə kursu boyu qaraciyər, böyrək funksiyasını, periferik qanın tərkibini diqqət sahəsində
saxlamaq lazımdır.
Dikloran qəbul edən xəstələr yüksək diqqət və cəld reaksiya tələb edən məşğuliyyətlərdən çəkinməlidirlər
(məs.: avtomobil idarəetmə).
İstifadə qaydası və dozası
Yalnız əzələdaxilinə yeritmək üçün!
İnyeksiya üçün Dikloran sağrı nahiyəsinin üst bayır kvadratına dərinə yeridilir.
İnyeksiya üçün Dikloran-ı 2 gündən artıq istifadə etmək olmaz, bu müddətdən sonra preparatın peroral
qəbuluna keçmək lazımdır. Ağır hallarda, istisna kimi, 75mq (1 ampul) preparat gün ərzində 2 dəfə istifadə
edilə bilər, lakin bu zaman inyeksiyalar arasındakı interval 12 saat olmalıdır.
Dikloran inyeksiyaları yaşı 18-dən az uşaqlarda istifadə olunmur!
Doza həddinin aşılması
Aşırı doza tətbiq edildikdə simptomatik tədbirlər görmək lazımdır.
Plazma zülalları ilə birləşdiyindən hemodializ effekt vermir.
Əlavə təsirləri
MBS-tərəfindən: epiqastral nahiyədə ağrılar, meteorizm, iştahanın pozulması.
Nadir hallardə MB traktının eroziv-xoralı zədələnmələrinin qanaxma ilə ağırlaşması, aftoz stomatit, ezofagit,
qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi.
MSS-i tərəfindən: baş ağrıları, başgicəllənmə, yorğunluq hissi. Nadir hallarda görmənin və qavramanın
pozulması, qulaqlarda küy, qıcıqlanma, qıcolmalar, yuxunun pozulması, depressiya, qorxu hissi, psixi
pozğunluqlar.
Dermatoloji reaksiyalar: dəridə səpgilər, məxmərək, ekzema, Stiven-Conson sindromu, eritrodermiya,
saçların tökülməsi, fotosensibilizasiya.
Böyrək funksiyası tərəfindən: nadir hallarda şişkinlik, proteinuriya, hematouriya, kəskin böyrək çatmamazlığı,
nefrotik sindrom.
Qaraciyər funksiyası tərəfindən: qaraciyər funksiyasının pozulması, hepatit.
Qanyaranma sistemi tərəfindən: ayrı-ayrı hallarda trombositopeniya, leykopeniya, aqranulositoz, hemolitik
anemiya, aplastik anemiya.
Ürək qan-damar sistemi tərəfindən: nadir hallarda taxikardiya, döş qəfəsində ağrılar, arterial hipertenziya.
Allergik və immunopatoloji reaksiyalar: nadir hallarda bronxial astma tutmaları, anafilaktik reaksiyalar.
Yerli reaksiya: inyeksiya yerində bərkimə, nadir hallarda isə nekroz və ya abses ola bilər.
Buraxılış forması
3ml məhlul şüşə ampulda buraxılır. 5 ampul içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.
Yararlılıq müddəti
2,5 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25ºC-dan aşağı temperaturda, işıqdan və rütubətdən qorumaqla, uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Aptekdən buraxılma şərti
Həkim resepti ilə buraxılır.
İstehsalçı
Yunik Farmasyutikal Laboratoriz
(«C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi)
– firması tərəfindən istehsal olunmuşdur.
Vorli, Mumbay - 400 030, Hindistan.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com