Doktor mom ® kold rab



Yüklə 16.8 Kb.

tarix04.05.2017
ölçüsü16.8 Kb.

Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

DOKTOR MOM 



®

 KOLD RAB     xaricə istifadə üçün məlhəm 

DOKTOR MOM 

®

 COLD RUB 



 

 

Tərkibi 

Hər 20 q məlhəmin tərkibində: 

Aktiv komponentlər: 

Kamfora 


 

 

  1,05 q 



Levomentol 

 

 



  0,61 q 

Muskat yağı  

 

0,11 


ml 

Terpentin yağı  

 

1,11 ml 


Timol   

 

 



  0,02 q 

Evkalipt yağı  

 

0,30 


ml 

Köməkçi maddə: 

20 q-a qədər lazım olan ağ yumşaq parafin. 

 

Təsviri 

Yarımşəffaf, ağ və ya ağımtıl rəngli mentol və kamfora iyli məlhəmdir. 

 

Farmakoterapevtik qrupu 

Təbii mənşəli yerli qıcıqlandırıcı vasitə. 

 

ATC kodu 

R05X 


 

Farmakoloji xassələri 

Yerli qıcıqlandırıcı, yayındırıcı, iltihab əleyhinə və antiseptik təsir göstərir. 

 

İstifadəsinə göstərişlər 

Zökəm, burun tutulması hissi ilə müşayiət olunan kəskin respirator xəstəliklərin simptomatik müalicəsi

həmçinin əzələ, bel, baş ağrıları zamanı. 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

Preparatın tətbiq olunacağı nahiyələrdə dəri örtüklərinin zədələnməsi, dəri xəstəliklərinin olması; 

2 yaşına qədər uşaqlar. 

 

İstifadə qaydası və dozası 



Yalnız xaricə istifadə üçün! 

- zökəm və ya burunun tutulması zamanı məlhəm burun qanadlarının dərisi üzərinə çəkilir; 

-  əzələ, bel ağrıları zamanı  məlhəm ağrı nahiyəsinə  çəkilir. Daha yaxşı  nəticə  əldə etmək üçün ağrılı 

nahiyəni qızdırıcı sarğı ilə bağlamaq lazımdır; 

- baş ağrısı zamanı məlhəm gicgah nahiyəsi dərisinə çəkilir. 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamilə və süd verən qadınlarda istifadə təcrübəsinin olmaması ilə əlaqədar olaraq preparatın bu qrupa təyin 

edilməsi məsləhət görülmür. 

 

Əlavə təsirləri 

Allergik reaksiyalar. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. 

 

Xüsusi göstərişlər 

Məlhəmin gözlərə, burunun selikli qişasına və  ağız boşluğuna, həmçinin zədələnmiş  dəri nahiyəsinə 

düşməsinin qarşısını alın. 

 


Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri 

Preparat  nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə  mənfi təsir 

göstərmir. 

 

Buraxılış forması 

20 q məlhəm ağzı polietilenlə laminə olunmuş alüminium folqa ilə qapalı, burulan qapaqlı polipropilen 

flakonda buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+15ºC-dən +25ºC-yə qədər temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz. 

 

 

Qeydiyyat şəhadətnaməsinin sahibi 



«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 

 

İstehsalçı 

«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə