Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə252/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   248   249   250   251   252   253   254   255   ...   321
Фирузя Мяммядли 
Bu mövzu üzrə sərbəst yazıların aparılmasına 
da geniş imkanlar vardır. 
«Cümlənin baş üzvləri» mövzusu sintaktik 
konstruksiyanın iki qütbü – mütbəda və xəbər 
barəsində məlumat verir. Mübtədanın baş üzv kimi 
rolu – 
kim, nə və hara
suallarına cavab verməsinə 
dair praktik məşğələlər üçün çalışmalar müəy-
yənləşdirilir. Ümumiyyətlə, mübtəda, haqqında 
danışılan əşya və hadisələrin adını bildirdiyinə görə 
bu mövzunun tədrisi ən müxtəlif peşə adlarının 
şagirdlərə çatdırılması və bu peşələrə dair konkret 
məlumatların verilməsi üçün geniş imkanlara ma-
likdir. 
Mübtəda və xəbər mövzuları şagirdləri 
peşəyönümü işi sahəsində sərbəst mövzularda yazı 
işləri, ev tapşırıqları, kiçik hekayələr üzərində 
işlətməyə imkan verir. 
Həmin mövzu (cümlənin baş üzvləri) eyni 
dərəcədə «Xəbər» haqqında da məlumat verir və 
praktik məşğələlərə vaxt ayırır. Məlum olduğu 
kimi, xəbər cümlənin baş üzvlərindən olub, 
mübtədaya aid iş, hal, hərəkət və hökm bildirir. 
Xəbər bildirən sözlərin böyük bir qismi peşə 
məlumatlı olduğundan, daha doğrusu, belə sözlərin 
məzmun planındakı, məna tutumundakı peşə 
informasiyası imkanının mövcudluğu səbəbindən 
bu mövzunun tədrisində də şagirdlərin əmək 
tərbiyəsi və peşəyönümü işi üçün səmərəli yollar 
tapmaq mümkündür. Xüsusən, xəbər yerində 


509 
Сечилмиш ясярляри 
lX 
işlənən bir çox peşə adları bildirən isimləri və 
hərəkət, vəziyyət feillərini işlətməklə şagirdlərə 
həm xəbər mövzusuna dair məlumat vermək, həm 
də onlara peşə informasiyası aşılamaq olar. 
İş, hərəkət və vəziyyət feillərinin xəbər 
yerində işlənməsi də şagirdlərə yuxarıdakı 
məqsədlə söhbətlər aparmağa imkan verir: 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin