Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə260/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   256   257   258   259   260   261   262   263   ...   321
a) Dialekt və Ģivələr;
b) Yazılı tarixi mənbələr;
c) Qohum dillər; 
ç) Söz yaradıcılığı. 
Lüğət tərkibinin zənginləşməsini təkcə söz 
yaradıcılığı ilə məhdudlaşdırmaq dildə müşahidə 
edilən bir çox problemlərin şərhində böyük 
çətinliklər yarada bilər. Buna görə də tədqiqatçı-
alim 
H.Həsənovun 
«Lüğət 
tərkibinin 
zənginləşməsi söz yaradıcılığı ilə bağlıdır» fıkrini 
məqbul hesab etmək olmaz. Bu fıkir bir tərəfdən 
dildə söz yaradıcılığının rolunun şişirdilməsinə 
gətirib çıxarırsa, digər tərəfdən ədəbi dilin lüğət 
tərkibinin zənginləşməsində rolu olan digər 
mənbələrin inkarı deməkdir. Odur ki, bu 
mənbələrin heç birinin rolunu azaltmadan söz yara-
dıcılığının ədəbi dilin lüğət tərkibinin zənginləşmə-
sindəki əhəmiyyəti üzərində ətraflı dayanacağıq. 
Söz yaradıcılığı (Derivatologiya) Azərbaycan 
dilçiliyində ötən əsrin 60-cı illərində müstəqil şöbə 


525 
Сечилмиш ясярляри 
lX 
kimi formalaşmışdır. Əvvəllər söz yaradıcılığı 
məsələləri leksikalogiyanın və ya morfologiyanın 
mövzularından biri kimi öyrənilirdi. Azərbaycan 
dilçiliyində derivatologiya məsələlərini müstəqil 
dilçilik şöbəsi kimi ilk dəfə öyrənən prof. 
S.Cəfərov və prof. Afad Qurbanov olmuşdur. Söz 
yaradıcılığı sözlərin strukturu və onların əmələ gəl-
mə yolları barəsində təlimdir. Həsrət Həsənov bu 
fıkirdədir ki, söz yaradıcılığının leksikalogiyada 
öyrənilməsi daha məqsədyönlüdür. Çünki yeni 
yaranan sözlər bilavasitə lüğət tərkibinin 
zənginləşməsinə xidmət edir. Onun fikrincə söz 
yaradıcılığını dilçiliyin ayrıca bölməsi kimi yox, 
leksikanın 
(leksikologiyanın
- F.M.) tərkib hissəsi 
kimi öyrənmək lazımdır. 
«Söz yaradıcılığı» adından da bəlli olduğu 
kimi, sözlərin yaranma prosesini ifadə edir. 
Quruluş, struktur formullar təbii ki, bu sahəni 
«Morfologiya»ya bağlayır. 
Dilimizin söz yaradıcılığı onun möhkəm 
qayda və qanunlarına, lüğət tərkibinə və quruluş 
xüsusiyyətlərinə əsasən formalaşmışdır. Ona həm 
diaxron, həm də sinxron baxımdan yanaşmaq 
lazım gəlsə də, müasir Azərbaycan dilinin söz 
yaradıcılığı prpobleminin daha artıq sinxron 
aspektdə öyrənilməsi məqsədyönlüdür. 
Professor 
S.Cəfərov 
söz 
yaradıcılığı 
problemini həm sinxron, həm də diaxron 
istiqamətdə Leksikologiyanın mövzularından biri 


526 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin