Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə262/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   258   259   260   261   262   263   264   265   ...   321
(çayın qolu)
nitq 
vahidi kimi, ya da komponentlərin bu və ya başqa 
dərəcədə məcaziləşməsinə əsaslanan
(əldən düş-
mək)
dil vahidi - frazeoloji vahid kimi formalaşır. 
Professor 
A.Qurbanov «Leksik yolla söz 
yaradılması»na abbreviaturaları daxil edir. Bizcə 
bu, söz yaradıcılığının leksik üsulla ifadəsində ən 
doğru yoldur. 
Prfessor B.Xəlilov söz yaratmada leksik 
üsuldan danışarkən S.Cəfərovun bölgüsünə 
əsaslanır və «Kalka üsulu ilə söz yaratma»nı da bu 
bölgüyə daxil edir. Müəllif kalka üsulu ilə söz 
yaratmadan danışarkən kalkaların hərfı tərcümə 


528 
Фирузя Мяммядли 
yolu ilə yaranması faktından çıxış edərək, bu 
üsulun leksik yolla söz yaratmanın bir üsulu kimi 
qəbul edir. O yazır: «Kalka üsulu ilə sözyaratma 
barəsində dilçilikdə bir-birindən fərqli fıkirlər ol-
muşdur. Bəzilərinin fıkrincə, kalka üsulu ilə 
yaranan sözlər alınmadır və ya alınma sözlərin bir 
növüdür. 
R.A.Budaqov, 
Q.Q.Musabayev, 
Ş.A.Abiyeva və sairlərin fıkrinə görə, kalkalar 
əcnəbi sözlərin quruluşu əsasında formalaşdığı 
üçün alınmaların bir növü hesab edilməlidir. 
İkinci fıkir tərəfdarları (N.A.Baskakov, 
A.A.Reformatski və s.) kalkaları alınma hesab 
etməmiş, kalka üsulu ilə yaranan sözləri hər bir 
dilin daxili imkanları, qrammatik qaydaları əsa-
sında yarandığı fıkrini söyləmişlər. 
Kalkaları alınanların bir növü hesab etmək 
düzgün deyildir. Bu yolla söz yaratma dilin daxili 
imkanları və qanunları əsasında baş verir. Ona görə 
də kalka üsulu ilə söz yaratma dilin daxili 
imkanları əsasında sözyaratmanın bir növü kimi 
qəbul edilməlidir. Ona görə ki, başqa bir xalqdan 
gələn anlayışı ifadə etmək üçün milli dilin öz 
leksik-qrammatik imkanlarından istifadə edilir. 
Burada yalnız anlayış, məfhum bir xalqdan 
digərinə keçir, ötürülür. Ancaq həmin anlayışı, 
məfhumu ifadə edən Söz isə milli dilin bazası 
əsasında yaranır, formalaşır». (4.397) 
Alimin bu fıkri ilə tam razılaşmaq lazım 
gəlir. Amma fıkrimizcə, kalka üsulu ilə söz 


529 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin