523
Сечилмиш ясярляри
lX
SÖZ YARADICILIĞI LÜĞƏT TƏRKĠBĠNĠN
ZƏNGĠNLƏġMƏSĠ YOLLARINDAN BĠRĠ
KĠMĠ
Dil xalqın maddi
və mənəvi mədəniyyətinin
göstəricisi olmaqla insanların əmək fəaliyyəti və
cəmiyyətin
siyasi-ictimai durumu ilə, həmçinin,
dünyada baş verən qlobal proseslərlə sıx bağlıdır.
Bir sözlə, dəyişən,
yaranan nə varsa, dildə öz
əksini tapır. Cəmiyyət həyatında
gedən bu
proseslər dilin lüğət tərkibinin daimi dinamikasını
tənzimləyir; köhnə söz və ifadələr dilin passiv
fonduna keçir, yaranan yeni məfhumlar yeni adlar,
yeni sözlər tələb edir.
Azərbaycan dilinin lüğət tərkibinin inkişafı
prosesi onun özəl qayda-qanunlarına
uyğun bir
şəkildə davam etmiş və davam etməkdədir.
Dilin lüğət tərkibinin zənginləşməsi dildaxili
və dilxarici amillərlə tənzimlənir. Bu mənada, yeni
yaranan anlayışları və ya cəmiyyətin sosial-iqtisadi
həyatına
daxil
olan
texnoloji
yenilikləri
adlandırmaq ilk növbədə doğma dilin daxili imkan-
larına əsaslanır.
Əgər bu imkan məhduddursa,
yalnız onda xarici mənbələrdən söz götürmək
vacib hesab edilir.
Qəbul olunmuş ümumi rəylərə
əsasən, hər bir dilin lüğət tərkibinin zənginləşməsi
iki mənbədən qidalanır.
a) Daxili mənbələr. b) Xarici mənbələr.
524
Фирузя Мяммядли
a). Daxili mənbələr əsasında lüğət tərkibinin
zənginləşməsi.
Azərbaycan
dilinin
lüğət
tərkibinin
zənginləşməsində
daxili mənbələr mühüm rola
malikdir. Dilimizin lüğət tərkibini zənginləşdirən
daxili mənbələr görkəmli dilçi alimlərimiz tərəfin-
dən
birmənalı
olaraq
aşağıdakı
kimi
müəyyənləşdirilmişdir:
Dostları ilə paylaş: