515
Сечилмиш ясярляри
lX
əllə pambıq yığması işini yarıbayarı azaldan vasitə
olub, təsərrüfat aləti kimi birdən-birə qəbul olun-
mamışdır. Bu maşınların
geniş tətbiqi uzun
çətinliklərdən
sonra
həyata
keçirildi.
İlk
mexanizator xalqımızın igid qızı Sevil Qazıyeva
belə bir çətinlik qarşısında qaldığı təklənmənin
qurbanı oldu. Bununla belə, onun cəsarətli addımı
çox tez bir zamanda yüzlərlə Azərbaycanlı qızların
mexanizatorluq kurslarına yazılması,
bu sahədə
uğurla fəaliyyət göstərməsi, hər il Komsomolun
MK-si və Respublika Televiziyasının
keçirdiyi
müsabiqələrin qalibləri sırasına keçməsi üçün
uğurlu yol açdı.
Sevil Qazıyevanın adı, şöhrəti, hünəri
özündən sonra onlarca ardıcılın
yetişməsinə səbəb
oldu.
Mexanizatorluq
peşəsinə
texniki
peşə
məktəblərində yiyələnmək olar.