Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə264/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   260   261   262   263   264   265   266   267   ...   321
Сечилмиш ясярляри 
lX 
şarkən onu «üsul» adlandırır və gah sözlərin 
əvvəlki mənasını dəyişərək, yeni mənada 
işlənməsini, gah da məna və formaca dəyişərək 
müxtəlif mənbələrdən daxil olduğunu qeyd edir. 
Bu mülahizə isə ona imkan verir ki, leksik-
semantik üsulla «söz yaradıcılığının» mənbələrini: 
1.
Dialektlər hesabına söz artımı, 2. Başqa 
dillərin leksikası hesabına söz artımı, 3. Yeni məna 
kəsb etmə hesabına söz artımı, 4. Fonetik tərkibin 
dəyişməsi hesabına söz artımı. (6. 296) kimi tiplərə 
bölsün. 
Göründüyü kimi, müəllif «söz yaradıcılığı» 
ilə «söz artımı» anlayışları arasındakı fərqi görmür. 
Burada «Yeni məna kəsb etmə hesabına söz 
artımı» bölgüsünü görünür, «semantik yolla söz 
artımı» mənasında nəzərdə tutur ki, onu da S.Cəfə-
rovun bölgüsünə əsaslanaraq, «Leksik - semantik 
tip» kontektində izah edir. 
H.Həsənov yalnız bu bölgüdən sonra «Dilin 
daxili imkanları hesabına söz artımı» bölgüsündə 
semantik üsulun incəliklərinə varır və
sözlərin 
mənaca
 genişlənməsi, dəyişməsi
,
 ümumi isimlərin 
xüsusi isimlərə və əksinə keçməsi,
fıınksiya 
dəyişikliyi
 ilə yeni mənada işlədilməsi
imkanlarını 
təqdim etməklə S.Cəfərovun «Leksik yolla söz 
artımı» bölməsində verdiklərini qatıb-qarışdırır. 
Bununla da müəllifm «Semantik yolla söz 
yaradıcılığı» barəsində konkret fıkri aydın olmur. 


532 
Фирузя Мяммядли 
B.Xəlilov semantik yolla söz yaradıcılığını 
geniş planda götürür. Bu qəbildən olan sözyaratma 
müəllifm fıkrincə təkcə leksik vahidləri deyil, 
sintaktik vahidləri də əhatə etmələridir. Bu isə 
ondan irəli gəlir ki, o, ifadə yaradıcılığını da söz 
yaradıcılığı 
çərçivəsində tədqiq edir. İfadə 
yaradıcılığı daha çox çoxmənalı sözlərə aid olub, 
nitq vahidlərinin formalaşmasını təmin edir. 
Məsələyə bu istiqamətdə yanaşdıqda dildə yaranan 
bütün ifadələri atalar sözü və məsəlləri, aforistik 
ifadələri söz yaradıcılığı problemləri kimi qəbul 
etmək lazım gəlir. B.Xəlilov «Semantik yolla söz 
yaradıcılığından danışarkən yazır: «Bu cür söz 
yaradılması

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   260   261   262   263   264   265   266   267   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin