Фирузя мяммядли



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə263/321
tarix07.01.2024
ölçüsü3,91 Mb.
#212158
1   ...   259   260   261   262   263   264   265   266   ...   321
Сечилмиш ясярляри 
lX 
yaradıcılığına «Leksik yolla söz yaratma»nın 
tərkib hissəsi kimi baxmaq düzgün deyildir. Bu 
üsulla söz yaratma prosesi həm morfoloji və həm 
də sintaktik yolla söz yaratmanın bir sıra üsul və 
vasitələrini özündə birləşdirdiyindən onu söz 
yaradıcılığının müstəqil yollarından biri kimi qəbul 
etmək daha məqsədyönlüdür. 
H.Həsənov kalka üsulu ilə söz yaratmanı 
«Leksik-sintaktik üsul»la söz yaradıcılığına daxil 
edir. Müəllif bu üsulla söz yaratmanın yeddi 
növünü verir və S.Cəfərovun «Sintaktik üsulla 
sözlərin yaranma prosesinə daxil etdiyi «Mürəkkəb 
sözlərin yaranmasında maddi əsas» bölməsində 
verilmiş müddəaların hamısını qəbul edir. Yeri 
gəlmişkən, S.Cəfərov kalka yolu ilə söz yaratmanı 
sintiktik üsulla söz yaradıcılığı kimi qəbul edir. 
Bunun bir səbəbi hərfi tərcümə zamanı yaranan söz 
formalarının qrammatik norma baxımından 
sintaktik üsulla söz yaradıcılığının qrammatik 
maddələrinə uyğun gəlməsidirsə, digər səbəbi 
yaranan yeni leksik vahidlərin milli dilin bazasına 
əsaslanmasıdır. S.Cəfərov bu vahidləri mürəkkəb 
söz mövqeyindən şərh edərək yazır: «Mürəkkəb 
sözlərin bir qismi də başqa dillərdən hərfi tərcümə 
(kalka) yolu ilə düzəlir. 
Bu yol ilə düzələn mürəkkəb sözlər bu və ya 
başqa bir dildən hərfən tərcümə edilir. Məsələn,
 
dalnovidnıy-uzaqgörən, samokritika-özünütənqid, 
zubnoy paroşok-diş tozu
və s». (6.210) 


530 
Фирузя Мяммядли 
Söz 
yaradıcılığının 
yolları 
sırasında 
«Semantik yolla söz yaradıcılığı»na münasibət də 
birmənalı deyil. Alimlərin bir qismi (S.Cəfərov) 
semantik yolla söz yaradıcılığını «Sözlərin leksik 
yolla əmələ gəlmə prosesi»nə daxil edir və «Yeni 
məna kəsb etmə hesabına söz artımı» başlığı 
altında verir. Diqqət yetirilsə, müəllifin məsələyə 
«söz yaradıcılığı» yox, «söz atrımı» kimi yanaşdığı 
görünür. Bu mənada, S.Cəfərovun yeni məna kəsb 
etmə hesabına yeni sözün yarandığını qəbul 
etmədiyini müşahidə etmək çətin deyil. S.Cəfərov 
bu 
bölməyə 
çoxmənalılıq, 
omonimləşmə, 
substantivləşmə, atributivləşmə və adverbial-
laşmanı daxil edir. Təbii ki, bu proseslərin heç biri 
yeni söz yaratmır. Bu və ya başqa sözün məna 
genişlənməsi kəsb etməsi isə semantik əsasda «söz 
artımı» olub, lüğət tərkibini zənginləşdirən 
vasitələrdəndir. 
H.Həsənov söz yaradıcılığını tiplərə ayırır və 
göstərir ki, Azərbaycan dilində söz yaradıcılığının 
əsas tipləri aşağıdakılardır: a) leksik-semantik, b) 
morfoloji-sintaktik, v) leksik -morfoloji, c) leksik-
sintaktik. (6.298) 
Deməli, «müəllif söz yaradıcılığının yollarını 
araşdırarkən onları bir-birindən təcrid edilmiş 
vəziyyətdə deyil, biri-digərinin daxilində tədqiq 
edir. Bu isə nəticədə nə ayrıca leksik, nə semantik, 
nə də qrammatik baxımdan açıqlama vermir. Elə 
buna görə də müəllif leksik-semantik tipdən danı-


531 

Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   321




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin