513
Сечилмиш ясярляри
lX
barama qurdunun verdiyi məhsul yaxşı keyfiyyətlə
qəbul olunur. Baramanın keyfiyyəti onun ağlığı,
təmizliyi,
iriliyi,
toxunuşunun
düzgünlüyü,
daşınması zamanı zibillənməyə və əzilməyə yol ve-
rilməməsi ilə ölçülür. Keyfiyyətli barama –
keyfiyyətli ipəkdir. Azərbaycanın bir sıra
rayonlarında – Xaçmazda, Dəvəçidə, Şəkidə,
Şamaxıda, Ağdaşda və s.
barama qurdu saxlayan
təsərrüfatlar vardır. Vaxtı ilə barama bəsləmək
üçün həyətyanı sahədəki peyvənd tut ağaclarını
budayırdılarsa, indi baramaçılıqla məşğul olan
təsərrüfatlar bu məqsədlə xüsusi çəkilliklər – cavan
tut ağacları bağları yetişdirmişlər. Bunun bir sıra
üstünlükləri vardır: hər şeydən əvvəl,
xüsusi
təsərrüfatlara zərər vurulmur. Digər tərəfdən, belə
çəkillərin yarpaqları cavan olur. Cavan yarpaqları
barama qurdu həvəslə yeyir. Budaqlarda tut ya
olmur, ya da az olur. Bu da budağı tutdan
təmizləmə zəhmətini yüngülləşdirir.
Və nəhayət
budaqlar ağır olmur. Bu isə barama qurdunu
əzilmək təhlükəsindən xilas edir.
Baramaçılıq təsərrüfatı haqqında aqillərin iş
təcrübəsi
və
bioloqların
eksperimentlərinin
nəticələrini əks etdirən ədəbiyyatlar az da olsa,
mövcuddur. Maraqlananlar
bu ədəbiyyatlar üzrə
əsaslı məlumat ala bilər.
«Qeyri-müəyyən şəxsli cümlə» mövzusunun
232 nömrəli çalışmasında verilmiş «qaz kəməri»